21 Dekabr 2024 08:35
99
İQTİSADİYYAT
A- A+
Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Naxçıvan Sənaye Parkının yaradılması haqqında" 5 dekabr 2024-cü il tarixli fərman imzalayıb. 

Fərmanda deyilir ki, Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Fərmandan o da məlum olur ki, Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500  min manat ayrılacaq. Parkın yaradılması Naxçıvanda sənayenin inkişafına yeni təkan verəcək, muxtar respublikada əhalinin məşğulluğunda önəmli rol oynayacaq. Yeni parkın səmərəli fəaliyyət göstərməsi üçün yerli və xarici sahibkarların sərmayə qoyması isə sahibkarlığın inkişafını stimullaşdıracaq. 

Azərbaycanda dayanıqlı inkişafın və əhalinin sosial rifahının təminatında sənayenin xüsusi payı var. Elə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri də Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirməkdir. Bununla bağlı konkret addımlar atılır, əməli tədbirlər görülür. Qısa dövr ərzində ölkəmizdə 6 sənaye parkı və 4 sənaye məhəlləsinin yaradılması, onların fəaliyyətinin təşkili, idarə olunması bunun təsdiqidir. İndiyədək sənaye zonalarına yerli və xarici investorlar tərəfindən 6 milyard manatdan çox sərmayə yatırılıb, bu zonalarda 100-dən çox müəssisə rezident kimi qeydiyyatdan keçib, 60-dan artıq istehsal sahəsi yaradılıb. Sənaye parkları və məhəllələrində investorlar üçün yaradılan münbit şərait yerli sahibkarlarla yanaşı, xarici sahibkarları da özünə cəlb edir. Təsadüfi deyil ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdən 5-dən çoxu xarici investorlara məxsusdur. Növbəti illərdə sənaye zonalarındakı mövcud layihələrə sahibkarlar tərəfindən daha çox investisiya yatırılması proqnozlaşdırılır. Bunun sayəsində isə həmin zonalarda istehsal edilən sənaye məhsullarının çəkisi və çeşidi artacaq. Onu da xatırladaq ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, o cümlədən istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bununla yanaşı, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilirlər.

Bütün bunlar ilk növbədə ölkədə qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edir. Üstəlik, sənaye zonalarında sahibkarlar tərəfindən ən son texnologiyalardan istifadə olunması keyfiyyət və maya dəyəri baxımından istehsal edilən məhsulların xarici bazarlara ixracına imkan yaradır. Son dövrlər ölkədən dünya bazarına qeyri-neft-qaz məhsullarının ixracının artması da bununla bağlıdır. 

Məlumdur ki, hər bir sahənin inkişafı investisiya qoyuluşu tələb edir. Ona görə də dövlət qeyri-neft-qaz sənayesində çalışan sahibkarlara dəstək verir, o cümlədən onlara güzəştli kreditlərin əldə edilməsində yardımçı olur. Bundan əlavə, sənaye parkları və sənaye məhəllələrində fəaliyyət göstərən yerli və xarici sahibkarlar qeyd etdiyimiz kimi, bir çox vergi və rüsumdan azad edilməklə yanaşı, əlavə güzəştlərdən də istifadə edirlər. Dövlətin bu səviyyədə dəstəyi sahibkarların bu sektorda fəaliyyətlərini genişləndirmələri üçün stimul verir. 

Söz düşmüşkən qeyd edək ki, Prezidentin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiyanı həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Xatırladaq ki, hələ 2020-ci il yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Bunun əsasında MDB məkanında ilk dəfə Azərbaycanda sözügedən mərkəz yaradılıb ki, bu da ölkəmizi rəqəmsal və texnoloji regiona çevirmək məqsədindən irəli gəlir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

09:17
21 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:03
21 Dekabr

"D"dən "B12"yə...

08:55
21 Dekabr

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

08:50
21 Dekabr

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

08:45
21 Dekabr

Milyon-milyon yaşıl ağac

08:40
21 Dekabr

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

08:35
21 Dekabr

D-8-ə üzvlük Azərbaycanın iqtisadi mövqelərini gücləndirəcək

08:30
21 Dekabr

Paşinyan saxta rəqəmlərlə xalqı aldadır

08:25
21 Dekabr

Sülhdən yayınması Ermənistanı fəlakətə aparır

08:20
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!