21 Dekabr 2024 08:50
104
DÜNYA
A- A+
Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"


Tezliklə Avropaya iqtisadi apokalipsis gələcək. Avropalılar ekzistensial problemlə üzləşirlər. Bu barədə politoloq Metyu Karniçniq "Politico"da dərc olunan məqaləsində bildirib.

İndi Avropa iqtisadiyyatı sürətlə çökür və real məhv olmaq təhlükəsi altındadır. Bununla belə, Asiya və ABŞ-dən Avropa mallarına güclü tələbat sayəsində xüsusilə iqtisadiyyat son onilliklər ərzində sabit qalıb.

Ekspertin iddiasına əsasən, Çinin uzunmüddətli bumu - müəyyən mallara tələbatın qısamüddətli artması ilə bağlı istehsalın, ticarətin və işgüzar fəallığın yüksəlməsi prosesi zəiflədikcə və Vaşinqtonla ticarət gərginliyi trans-Atlantik ticarət mənzərəsini qarışdırdıqca, bayram və firavanlıq günləri açıq şəkildə başa çatır.

Proqnozlara görə, 2025-ci ildə Avropa böyük iqtisadi çətinliklə üzləşəcək. Bu, ilk növbədə ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla bağlıdır. 

Politoloqun vurğuladığı kimi,  respublikaçı prezident ciddi şəkildə Avropanı hədəfə alır. Belə ki, ABŞ-nin 47-ci prezidenti tamamilə hər şeyə yeni tariflər tətbiq etməklə yanaşı, NATO üçün əsas tələbini sərtləşdirə bilər. Bu da Avropa ölkələrinin öz müdafiələri üçün alyansa böyük məbləğdə pul töhfəsi ola bilər. Əks halda avropalılar Amerikanın müdafiəsini itirmək təhlükəsilə üzləşəcəklər.

Məqalədə qeyd olunur  ki, Avropa ölkələri indi vergi daxilolmalarının azalması fonunda yaranmış kəsirlərin öhdəsindən gəlməkdə böyük çətinlik çəkirlər. Bununla belə, gələcəkdə daha da böyük maliyyə gərginliyinin yaranacağını istisna etmək olmaz. 

Politoloqun fikrincə, tənəzzüllər və ticarət müharibələri daim gəlib-gedir, lakin Avropa İttifaqı artıq innovasiya səhrasına çevrilib və kənarda qalıb.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Avropa və Amerika ÜDM-i arasında bir neçə onilliklər əvvəl yaranan uçurum yaxın illərdə daha da genişlənəcək. BVF-nin Avropa Departamentinin rəhbəri Alfred Kammerin sözlərinə görə, qitənin problemləri onilliklərə gedib çıxır: "Son 25 ildə əmək məhsuldarlığında daim genişlənən bir boşluq yaranıb".

Avropa üçün yeni iqtisadi perspektivin müəllifləri xəbərdarlıq edirlər ki, aşağı məhsuldarlıq və qocalmış işçi qüvvəsi 2029-cu ilə qədər regionun ÜDM artımını 1,45 faizə qədər azaldacaq. Bu arada, növbəti beş il ərzində ABŞ-də ÜDM-in orta artımı ildə 2,29 faiz səviyyəsində proqnozlaşdırılır. ABŞ qlobal maliyyə böhranından və xüsusən də koronavirus pandemiyasından sonra ÜDM artımında Avropanı geridə qoyub.

A.Kammer əlavə edir ki, koronavirus pandemiyası problemi daha da pisləşdirib. Avropada ÜDM artımı 2000-2019-cu illərin orta göstəricisi ilə müqayisədə 0,6 faiz azalıb, ABŞ-də isə cüzi də olsa artıb.

BVF hesab edir ki, Avropanın acınacaqlı mənzərəsi aşağı biznes investisiyaları və çox zəif transsərhəd fəaliyyətilə bağlıdır. Digər mühüm amil əmək məhsuldarlığı baxımından "Qoca qitə" ilə Amerika arasında böyük fərqdir. 

BVF-nin təhlilində həmçinin vurğulanır ki, ABŞ və Avropa arasında məhsuldarlıq fərqi iqtisadiyyatın bütün sektorlarında mövcuddur, lakin bu, texnologiya sahəsində özünü xüsusilə büruzə verir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

09:17
21 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:03
21 Dekabr

"D"dən "B12"yə...

08:55
21 Dekabr

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

08:50
21 Dekabr

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

08:45
21 Dekabr

Milyon-milyon yaşıl ağac

08:40
21 Dekabr

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

08:35
21 Dekabr

D-8-ə üzvlük Azərbaycanın iqtisadi mövqelərini gücləndirəcək

08:30
21 Dekabr

Paşinyan saxta rəqəmlərlə xalqı aldadır

08:25
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!