21 Dekabr 2024 08:25
104
SİYASƏT
A- A+
Paşinyan saxta rəqəmlərlə xalqı aldadır

Paşinyan saxta rəqəmlərlə xalqı aldadır


Qonşu dövlətlərə qarşı ərazi iddialarını hələ də saxlaması, əlaqələrin normallaşdırılmasına qarşı çıxması Ermənistanın tənəzzülünü davam etdirməkdə, üzləşdiyi problemlərin miqyasını daha da artırmaqdadır.  Baş nazir Nikol Paşinyanın  vəziyyəti dəyişdirəcəyinə ümid edən sadə ermənilər isə hansısa yeniliklərin olmamasından getdikcə daha güclü formada narazılıq edirlər.  

Ölkədə N.Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur və hətta fikirlər səslənir ki, bu gedişlə onun və komandasının hakimiyyətdən devriləcəyi istisna edilmir.

Ermənistanda sosial-iqtisadi vəziyyətin təhlili aydın şəkildə göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi halda, əhalinin gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. 

Bu fonda Ermənistan hökumətinin iki məsələ ilə bağlı aciz qaldığı bildirilir. "4rd.am" nəşrinin yazdığına görə, bunlardan biri narkotik maddələrin artıq məktəbə çatması, digəri isə onlayn mərc oyunları ilə bağlıdır. 

Çox maraqlıdır ki, bu günə qədər Ermənistan sərhədlərindən ölkəyə qanunsuz narkotik vasitələrin keçirilməsinin qarşısının alınmasına dair ciddi bir statistika yoxdur. Bu isə bir daha sübut edir ki, narkotik maddələrin dövriyyəsi erməni hökumətinin əsas gəlir mənbələrindən biridir və dövlət bu işdə xüsusi maraqlıdır.

Rəsmi rəqəmlər Paşinyan hakimiyyəti dövründə onlayn mərclərin həcminin 1800 dəfə artdığını göstərir. İşsizlik, sosial problemlər məngənəsində boğulan ermənilər çarəni ya narkotik maddələrin alverində, ya da onlayn mərclərdə müəyyən məbləğ əldə etməkdə görürlər. Bu isə böyük faciələrə, problemlərə səbəb olur. Qumar oyunlarının və psixoaktiv maddələrin yayılmasının statistikası artıq təhlükəli həddə çatıb. Bu işə azyaşlıların və hərbçilərin də cəlb edilməsinə başlanılıb.

Hazırda Ermənistanda rəsmi statistikaya görə, 7612 nəfər könüllü olaraq narkotik istifadəçisi kimi qeydiyyatdan keçərək müalicə alır. Amma reallıq odur ki, ölkədə narkotik istifadəçilərinin sayı 250 mindən çoxdur. Onların böyük əksəriyyətini gənclər təşkil edir. Rəsmi statistika göstərir ki, 2018-ci ildən sonra 18-25 yaşlılar arasında narkotik maddədən istifadə 108 faiz artıb. Bu dövrdə narkotiklə əlaqəli cinayətlərin sayı 47 faiz artıb. Bu, sadəcə rəsmi rəqəmlərdir. Reallıq isə daha faciəvidir.

Ölkədə onlayn qumarla bağlı da mənzərə acınacaqlıdır. Təkcə 2023-cü ildə Ermənistanda onlayn uduşlu oyunlara mərclərin ümumi məbləği 6,3 trilyon dramdan çox olub ki, bu da 43 milyon dollar deməkdir. Onlayn mərc və qumar oyunlarında da korrupsiya riskləri nəzərə çarpır. Məsələn, bu sahədə əsas payçı olan iş adamlarının dövlət məmurları ilə sıx əlaqələri var. 

Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır. Hesab edilir ki, Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı bir milyonu  ötüb. Hökumət isə vəziyyəti ört-basdır etmək üçün saxta rəqəmlərlə xalqı aldatmaqla məğuldur. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

09:17
21 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:03
21 Dekabr

"D"dən "B12"yə...

08:55
21 Dekabr

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

08:50
21 Dekabr

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

08:45
21 Dekabr

Milyon-milyon yaşıl ağac

08:40
21 Dekabr

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

08:35
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!