18 Dekabr 2024 08:00
262
İQTİSADİYYAT
A- A+
Bugünkü uğurlar sabaha daha inamla baxmağa əsas verir

Bugünkü uğurlar sabaha daha inamla baxmağa əsas verir


2024-cü ilin tarixə qovuşmasına iki həftədən də az vaxt qalır. Odur ki, ilboyu baş verən mühüm hadisələr, keçirilən əhəmiyyətli tədbirlər bir-bir yada düşür.  Hər sahədə  görülmüş işlər bir daha təhlil edilərək onlara yekun vurulur və qarşıdakı ildə həyata keçiriləcək layihələrin, nəzərdə tutulan tədbirlərin planı tutulur, konturları çəkilir. Bu da təsadüfi deyil, çünki hər yeni ilin təməli elə əvvəlki  illərin özüdür.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2 fevral  2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib.  Burada beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Bu ilin dövlət başçısı tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də məhz həmin prioritetin məntiqi davamına çevrildi. Dünyada ən böyük beynəlxalq tədbirlərdən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti  - 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi də məhz "Yaşıl dünya naminə həmrəylik ili"mizdə baş tutdu. Və COP29-dan söz düşmüşkən qeyd edək ki, ölkəmiz bu möhtəşəm tədbirə yüksək səviyyədə evsahibliyi etdi. Dünya Azərbaycanın nailiyyətlərini, çoxlu sayda qonaq qəbul etmək və mötəbər tədbirlər keçirmək bacarığını bir daha gördü. Eləcə də "yaşıl gündəliyimiz" hamıya bir daha bəlli oldu. 

Ümumiyyətlə, 2024-cü il xalqımızın, ölkəmizin həyatında zəngin hadisələrlə dolu bir ildir. Bu il müdrik dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevi yenidən Prezident seçdik. Rəhbərimizin ətrafında həmişə olduğu kimi sıx birləşərək yeni uğurlara imza atdıq. Respublikanın hər bölgəsində müsbət yeniliklər baş verdi: yeni müəssisələr açıldı, infrastruktur yaradıldı, yollar çəkildi, körpülər salındı. Düşmənin 30 il ərzində xarabalığa çevirdiyi yurd-yuvamızın yenidən qurulmasını sürətlə davam etdirdik. Başqa sözlə, bu il Qarabağda və Şərqi Zəngəzurda  bərpa-quruculuq işləri daha geniş vüsət aldı. Bu il də yeni evlər tikildi, iş yerləri açıldı, neçə kənd və şəhər məskunlaşmağa başladı.

İşğaldan azad olunmuş ərazilərimizdə hətta beynəlxalq tədbirlər keçirildi. Deyilənlərə qayıdaraq qeyd edək ki, ümumiyyətlə, çoxsaylı beynəlxalq tədbirə evsahibliyi etdik. "Əsrin müqaviləsi"nin 30 illiyi qeyd olunan bu ildə növbəti "Bakı Enerji Həftəsi" də böyük uğurla keçirildi. İqtisadiyyatımızın bel sütunu olan neft-qaz sektorunda nailiyyətlər davam etdirilməklə yanaşı, "yaşıl enerji"yə keçiddə də irəliyə addımlar atıldı. "Yaşıl enerji" layihələri paytaxtdan bölgələrə "addımladı". Abşeronda, Neftçalada, Biləsuvarda, hətta işğaldan azad olunmuş Cəbrayıl rayonunda tikiləcək  yeni bərpaolunan enerji stansiyalarının təməli qoyuldu.

Bu il sentyabrın 26-da Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə dediyi kimi: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Və bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər də bunu təsdiqləyir".          

Beləliklə, ilin ötən 11 ayına aid bəzi makroiqtisadi göstəricilər: yanvar-noyabr aylarında iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektoru 6,4 faiz artıb. Strateji valyuta ehtiyatları 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcu ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

Azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb. Böyük Qayıdış çərçivəsində bu günədək 2417 ailə - 9306 nəfər öz doğma yurd-yuvasına köçürülüb.

Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 faizə çatıb (o cümlədən Naxçıvanda 100 faiz). Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrini və digər qonşu ölkələri qabaqlayır. 2021-ci ildən bu günədək ölkə üzrə 2700 kilometrdən çox avtomobil yolu yenidən qurulub və təmir olunub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə 45 layihə icra edilir.

Gələcək üçün qurulan planlarımız əsaslı, proqnozumuz nikbin, əzmimiz böyükdür. 2025-ci ildə dövlət büdcəmizin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə isə 4,9 faiz real artım tempi gözlənilir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir.

Növbəti  ilin büdcəsinin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında  qalmağa davam edəcək. Dövlət büdcəsində "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1,1 milyard manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılacaq. 

Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək. 

Ölkəmizdə iqtisadiyyatın inkişafı ilə sosial məsələlərin miqyasının genişlənməsi bir-biri ilə sıx bağlıdır. Başqa sözlə, iqtisadiyyatımız inkişaf etdikcə vətəndaşların rifah halı daha da yaxşılaşır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, dövlətimizin siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır. Bu il də belə olub, gələn illərdə də belə olacaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moldova Prezidentinin andiçmə mərasimi dekabrın 24-də keçiriləcək  

17:36
18 Dekabr

Faktiki hava: Şahdağ və Qaxda qar yağır

16:58
18 Dekabr

Türkiyədə FETÖ-yə qarşı antiterror əməliyyatı keçirilib

16:57
18 Dekabr

Adilbek Kasımaliyev Qırğızıstan Nazirlər Kabinetinin yeni sədridir 

16:56
18 Dekabr

“Apple” yeni məhsul üzərində çalışır

16:55
18 Dekabr

Kənd təsərrüfatı heyvanlarının sığorta haqqı azaldılıb

16:55
18 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar 6218 nəfərin namizədliyi irəli sürülüb  

16:53
18 Dekabr

Cənubi Koreya ABŞ-Şimali Koreya danışıqlarının bərpası ehtimalını nəzərdən keçirir  

16:47
18 Dekabr

İrakli Kobaxidze: “Makkeyn İnstitutu” Gürcüstanda istədiyinə nail ola bilmədi  

16:41
18 Dekabr

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

16:37
18 Dekabr

Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması üçün 6 milyon 52 min 721 bildiriş çap olunacaq  

16:21
18 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:17
18 Dekabr

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM  

16:06
18 Dekabr

Dağlıq rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq

15:39
18 Dekabr

Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir

15:18
18 Dekabr

Süni intellekt xəstəliyi tapılmayan uşağa diaqnoz qoyub

15:17
18 Dekabr

Maştağa qəsəbəsində ağacəkmə aksiyası keçirilib

15:09
18 Dekabr

TƏBİB-in icraçı direktoru: Qızılcaya yoluxma halları əhəmiyyətli şəkildə azalıb  

15:07
18 Dekabr

Rusiyalılar Türkiyədə mənzil alan əcnəbilər arasında liderdir

15:06
18 Dekabr

Üçqat Olimpiya iştirakçısı Azərbaycan millisindəki çıxışını başa vurub

14:56
18 Dekabr

Beynəlxalq Enerji Agentliyi: Bu il dünyada kömürə tələbat rekord həddə çatıb

14:52
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!