21 Dekabr 2024 08:20
133
SİYASƏT
A- A+
Sülhdən yayınması Ermənistanı fəlakətə aparır

Sülhdən yayınması Ermənistanı fəlakətə aparır


"Ermənistan yarandığı zamandan indiyə kimi heç vaxt müstəqil dövlət olmayıb, konstitusiyasında və sözdə müstəqil olduğunu desə də, bu ölkə böyük dövlətlərin yedəyində və arxasında gizlənərək onların siyasətini yürüdüb, onların diktəsini həyata keçirməklə məşğul olub. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlaması, bu ərazini boz bölgəyə çevirməsi də böyük güclərin diktəsi, dəstəyi ilə baş tutub". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, Azərbaycanın gücü, Ali Baş Komandanın qətiyyəti, uğurlu siyasəti və qəhrəman ordumuzun 2020-ci ildə qazandığı böyük qələbə və birgünlük antiterror əməliyyatı ilə suverenliyimizin bərpası bölgədə yeni siyasi mühit formalaşdırıb. Azərbaycan burada güclü tərəfdir. Bundan başqa, Azərbaycan qalib tərəf olmasına baxmayaraq, bölgədə müharibənin bitməsi və yeni düzənin formalaşması üçün sülh müqaviləsinin müəllifi oldu. Beş baza prinsiplərindən irəli gələn məsələlərlə bağlı iki ölkə arasında danışıqların aparılması istiqamətində Azərbaycanın səylər göstərməsi ciddi faktdır. "Artıq münaqişənin bitməsindən 4 il keçməsinə baxmayaraq, Ermənistan bu və ya digər formada sülhdən yayınmağa çalışır. Əslində, keçirilən üçtərəfli və çoxtərəfli görüşlərdə böyük uğurların əldə olunmaması, Ermənistanın öz ərazisindən plasdarm kimi istifadə edilməsinə razılıq verməsi, siyasətində qarışıq münasibətlər formalaşdırması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına faktiki üzv olaraq Qərbə tərəf reveranslar etməsi, Rusiyadan uzaqlaşdığını göstərərək ticarət dövriyyəsini dəfələrlə artırması, ərazisində ABŞ səfirliyinin 2 mindən yuxarı nümayəndəsinin olması, Avropa İttifaqının, hətta NATO-nun hərbi mütəxəssislərinin uzun müddətdir Ermənistan sərhədinə yerləşməsi və mütəmadi olaraq "binokl şou"su göstərməsi, İranla olan münasibətlər təsdiqləyir ki, bu dövlət əks qütbdə olan qüvvələri öz ərazisində yerləşdirməklə özünü çıxılmaz vəziyyətə salıb", - deyə deputat bildirib.

V.İskəndərov qeyd edib ki, sülh müqaviləsi üzrə 15 maddənin razılaşdırılması,  digər iki məsələ üzrə problemin yaranması məsuliyyəti Ermənistanın üzərinə düşür. Çünki bu məsələlər konkret sülh müqaviləsi imzalamaq üçün əsas şərtlərdir və onların həll olunmaması sülh sazişinin imzalanmasını yubadır. Ermənistan rəsmilərinin tez-tez sülhdən danışmasına baxmayaraq, bu ölkənin öldürücü silahlarla silahlanması onların əsas niyyətini göstərir. Prezident İlham Əliyevin Dmitri Kiselyova verdiyi müsahibəsində qeyd etdiyi kimi, Ermənistanla şərti də olsa 1000 kilometrdən artıq sərhədimiz var. Həmin sərhədə yaxın Ermənistan tərəfində hərbi hissələrin tikilməsi, hərbi insfrastrukturun salınması, Azərbaycan tərəfdə isə yeni şəhər və kəndlərin salınması, əhalinin köçürülməsi, mülki insanların yaxın məsafədə yaşaması gələcəkdə eskalasiyaya gətirib çıxara bilər. Bu da arzuolunmazdır. 

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan bir çox məsələdə razılığa gələrək sülh istiqamətində müsbət nümunə ortaya qoysalar da, amma bu danışıqların tam irəliləməsinə başda Fransa olmaqla, ABŞ, digər dövlət və anti-Azərbaycan qüvvələri imkan vermirlər: "Azərbaycan dəfələrlə Avropa İttifaqı missiyasının şərti sərhəddəki yarıtmaz fəaliyyətini və arzuolunmaz olduğunu, onların getmələrinin vaxtının çatdığını, Ermənistanın silahlanmasının kövrək sülhə mənfi təsir etdiyini bəyan edib. Düşünürəm ki, rəsmi İrəvan Azərbaycanın təklif və tələblərini gözardı etməməli, real icrası üçün əməli addımlar atmalıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətlə bağlı fikirləri reallıqdır

09:41
21 Dekabr

Maqdeburq şəhərində Milad yarmarkasında qanlı hadisəni törədən şəxsin həkim olduğu müəyyən edilib - YENİLƏNİB-2

09:33
21 Dekabr

Şuşaya köçən sakin: Artıq illərdir davam edən yurd həsrəti sona çatır

09:31
21 Dekabr

Şuşaya köçən sakin: Geri qayıtmaq olduqca qürurvericidir

09:23
21 Dekabr

Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ qeydə alınıb - YENİLƏNİB

09:17
21 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

09:03
21 Dekabr

"D"dən "B12"yə...

08:55
21 Dekabr

Politico: "Avropada bayram və firavanlıq günləri başa çatıb"

08:50
21 Dekabr

İşıqlı məqsədlər, müqəddəs amallar yolçusu

08:45
21 Dekabr

Milyon-milyon yaşıl ağac

08:40
21 Dekabr

Naxçıvan Sənaye Parkı ölkə iqtisadiyyatının inkişafına yeni güc qatacaq

08:35
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!