22 Dekabr 2024 08:07
129
SİYASƏT
A- A+
Azərbaycana göstərilən növbəti qlobal etimad

Azərbaycana göstərilən növbəti qlobal etimad


 İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Qahirədə keçirilən XI Sammitində Azərbaycanın yekdilliklə quruma üzv seçilməsi müstəqillik tariximizdə beynəlxalq diplomatik uğurlarımızın sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yaddaşlarda qalacaq.

 Bu hadisə Prezident İlham Əliyevin qətiyyətli və effektiv xarici siyasətinin məntiqi nəticəsi olmaqla bərabər, həm də dövlətimizin çoxtərəfli və güclü diplomatiyasının daha bir uğurudur. Azərbaycan müsəlman dövlətləri və islam aləmini təmsil edən beynəlxalq platformalarla daim sıx təmasdadır. İslam dünyasının nüfuzlu qurumu olan D-8-ə üzvlük həmrəylik, təəssübkeşlik və qarşılıqlı maraqların təmin olunması prinsipinə əsaslanan məhsuldar əməkdaşlığın göstəricisidir.

 

İslam dünyasının elitar birliyi

 

D-8-in sıralarına inkişaf etməkdə olan səkkiz müsəlman dövləti daxildir. Bu, böyük coğrafiyanı əhatə edən müsəlman dünyasının səkkiz qabaqcıl dövlətinin elitar birliyidir. Təşkilatın yaradılması təşəbbüsü qardaş Türkiyəyə məxsusdur. 1996-cı ilin 22 oktyabrında İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Konfransında Türkiyənin təklifinin müsbət nəticəsi olaraq İndoneziya, Malayziya, Pakistan, Misir, İran, Nigeriya və Banqladeş prioritet hədəf kimi iqtisadi kooperasiyanın dərinləşdirilməsi ideyasını əsas tutaraq vahid platformada təmsilçiliyə razılıqlarını bildiriblər. Bir il sonra, 15 iyul 1997-ci ildə adıçəkilən dövlətlərin rəhbərləri və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə D-8-in əsası qoyulub. Qurumun katibliyi təsis konfransının keçirildiyi İstanbul şəhərində yerləşir. Hazırda reallaşmaqda olan əməkdaşlığın hədəfləri və konturları "2020-2030-cu illər üçün Yol xəritəsi"ndə öz əksini tapır.

Üç qitəni təmsil edən üzv dövlətlərin məcmu ÜDM-si 4 trilyon dollardan artıqdır. Ticarət dövriyyəsi isə 130 milyard dolların üzərindədir. Bu ölkələrin əhalisinin sayı müsəlman aləminin ümumi əhalisinin təqribən 60 faizini təşkil edir. "İslam səkkizliyi" simvolik adını almış qurum üzvləri böyük iqtisadi potensiala malikdirlər. Bu, qurumun lazımi anlarda siyasi həmrəylik göstərməsi yolunda olduqca vacib amildir. Azərbaycanın D-8-ə üzvlüyü dövlətimizin islam coğrafiyasındakı yeri və mövqeyinin daha da möhkəmlənməsi, müsəlman dünyasında baş verən hadisələrdə oynadığı rolun bir o qədər də təsirli və keçərli olması anlamına gəlir.

 

Azərbaycanın nüfuzu

 

"İslam səkkizliyi"nə üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın parlaq nümunəsidir. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu addımlarına əsaslanan çoxqütblü xarici siyasətimizdə islam dünyası ilə əməkdaşlığın dərinləşdirilməsinin xüsusi önəmi var. Azərbaycanın D-8-ə qoşulması ölkəmizin multilateralizm siyasətinə sadiqliyinin bariz göstəricisidir. İslam coğrafiyasını təmsil edən təşkilatlar və dövlətlərlə sıx və məhsuldar əməkdaşlıq Azərbaycana müxtəlif geosiyasi maneələrin aşılması prosesində ciddi dəstək deməkdir. 44 günlük Vətən müharibəsi ərzində və son 4 ildə Azərbaycana qarşı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində edilən hər hansı hücum cəhdinin qarşısı, o cümlədən qardaş müsəlman dövlətlərinin birgə səyi və dəstəyi sayəsində neytrallaşdırılmışdır. Ötən ilin avqust-sentyabr aylarında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransanın nəticəsiz qalmış siyasi təxribatlarını bu baxımdan xüsusilə qeyd etmək lazımdır.

Prezident İlham Əliyev ilk dəfə D-8-in IX Sammitində iştirak edib. Bu il dekabrın 19-da Azərbaycanın qurumun tam üzvlüyünə yekdilliklə qəbul edilməsi dövlət başçısının müsəlman aləmində malik olduğu hörmətin, ölkəmizə göstərilən diqqət və qayğının, habelə hədsiz marağın təcəssümüdür. Belə bir mötəbər qurumda təmsilçilik təşkilat üzvlərinin lazım gəldikdə Azərbaycana göstərəcəkləri dəstəklə bərabər, dövlətimizin də islam dünyasının problemlərinin həllində daha yaxından iştirak imkanı əldə etməsi deməkdir.

 

Həmrəylik və təəssübkeşliyin model nümunəsi

 

Hazırkı qeyri-sabit, siyasi təlatümlərlə bol zaman kəsiyində müsəlman dövlətlərinin birliyi onların qarşısına çıxan müxtəlif səpkili çətinliklərin dəf edilməsi baxımından olduqca vacibdir. Sıx kooperasiya formatında əməkdaşlıq edən islam dünyası problemlərini özü həll edə bilər. Əks halda kənar qüvvələrin, xüsusilə islamofob ölkələr qrupunun islam aləmindəki daxili proseslərə müdaxilə cəhdləri bu böyük coğrafiyada yerləşən hər bir dövlət və xalq üçün ağrılı nəticələrə səbəb ola bilər və olur. Kollektiv Qərbin təhriki və qızışdırıcı müdaxiləsi ilə yaxın tariximizdə izlədiyimiz ağrı-acılı, qanlı hadisələr yüzminlərlə müsəlmanın və müsəlman ailəsinin şəxsi faciəsinə çevrilmişdir. Şəhərlər və kəndlər yerlə bir olmuş, milyonlarla insan vətənlərindən və tarixən mental bağlılığa malik olduqları torpaqlardan məcburən qaçqın düşmüşlər. Son on ildən artıq müddətdə Suriya əhalisinin uzaq Avropa qitəsinin fərqli ölkələrində pənah axtarışı ilə çətin tale yaşaması bu faciəni gözlərimiz önündə canlandıran qlobal dramdır.

Suriyada baş verən son hadisələrin böyük insan tələfatları olmadan ötüşməsi müsəlman ölkələrinin birliyi və yardımlaşması nümunəsidir.

Azərbaycanın islam dövlətləri ilə tarixən ənənəvi dost və mehriban münasibətləri olub. Qardaş Türkiyə ilə münasibətlər bu gün ən yüksək pillədə qərarlaşıb. Bütün sahələrdə qarşılıqlı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir. Dost Pakistan və Səudiyyə Ərəbistanı 30 ilə yaxın müddətdə dövlətimizə güclü mənəvi dəstək göstəriblər. Bu dövlətlər Azərbaycan torpaqlarını Ermənistanın işğal etməsi səbəbindən həmin dövlətlə diplomatik münasibətlər qurmayıblar. İkinci Qarabağ savaşı günlərində  Azərbaycanın yanında olublar. Bu dəstək və müdafiə bütün islam dünyası üçün həmrəylik və təssübkeşliyin model nümunəsi qismində çıxış edə bilər.

 

D-8 və Azərbaycanın zəngin potensialı

 

Azərbaycan müsəlman dünyasını təmsil edən dövlətlərlə, sırf islam coğrafiyasını əhatə edən çoxtərəfli platformalarla yanaşı, bir sıra digər qurumlar çərçivəsində də əməkdaşlıq etməkdədir. Məsələn, bu qəbildən olan beynəlxalq təşkilatlardan Qoşulmama Hərəkatını xüsusi vurğulamaq lazımdır. BMT-dən sonra üzvlərinin və əhatə etdiyi qitələrin sayına görə ikinci böyük millətlərarası institut olan bu qurumda xeyli sayda müsəlman dövləti təmsil olunur. Azərbaycan təşkilat daxilində bu ölkələrlə hökumətlər və parlamentlər səviyyəsində sıx, işgüzar ünsiyyətə malikdir. Bu reallıq regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticarət və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

D-8-in əsas hədəf və məramı iqtisadi müstəvidə daha sıx birgə əməkdaşlıqdan ibarətdir. Bu amil Azərbaycan qarşısında yeni üfüqlər açır. Birinicisi, dövlətimizin bu elitar ölkələr qrupuna qəbul edilməsi iqtisadi nüfuz və imkanlarımızın daha geniş miqyasda tanınması və qəbul edilməsi deməkdir. İkincisi isə, D-8 Azərbaycanın malik olduğu iqtisadi resurslar, təcrübə və logistik imkanlar baxımından islam aləmi ilə mövcud olan əməkdaşlıq göstəricilərini daha da yüksəltmək üçün əlverişli fürsətdir.

Azərbaycan tarixboyu Qərblə Şərqin kəsişdiyi bölgədə yerləşməklə bir növ körpü rolunu oynayıb. Ölkəmiz tarixi İpək yolunun üzərində yerləşib. Qərb, Avropa ölkələrinin Şərq bazarına ənənəvi marağı xalqımızın və dövlətçilik tariximizin bu qlobal siyasi, iqtisadi-ticari prosesdən təcrübə toplamasına, zənginləşməsinə öz töfhəsini verib. Prezident İlham Əliyevin geniş siyasi və iqtisadi gücü Azərbaycanın malik olduğu bu tarixi fürsətdən maksimum şəkildə yararlanmasına təminat yaradır. Ölkəmiz özünün inkişaf etmiş və şaxələnmiş yol-nəqliyyat infrastrukturu ilə müasir dünyanın logistik problemlərinin həllində aparıcı rollardan birini oynayır.

Azərbaycanın ərazilərini geri qaytarması, suverenliyini və sərhədlərinin bütövlüyünü bərpa etməsi təkcə dövlətimiz və xalqımız üçün deyil, daha qlobal coğrafiyada digər dövlətlər, hətta qitələr üçün əməkdaşlıq hüdudlarını genişləndirir. Məsələn, bu gün aktual olan Orta dəhliz layihəsinin əsas bəndlərindən biri kimi məhz Azərbaycan çıxış edir. Ölkəmizin qeyri-dayanıqlı dünyada sabitlik adası olması iri iqtisadi mərkəzlərin və bazarların mal mübadiləsi prosesində aparıcı və həlledici faktor qismində çıxış etməsinə şərait yaradır. Xüsusilə son 2 ildə Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik fonunda dünya bazarında baş verən  proseslər, ənənəvi yükdaşıma istiqamətlərinin aktuallığını itirməsi reallığında Azərbaycanın mövqeləri durmadan güclənir.

Azərbaycan D-8-ə məhz belə geniş imkanları və proseslərə təsir alətləri ilə üzv olub. Ölkəmizin malik olduğu iqtisadi resursları, logistik infrastrukturu, intellektual potensialı ilə "İslam səkkizliyi"nin aparıcı üzvlərindən biri olacağı şübhə doğurmur. Siyasi gündəmdə olan və mütləq gerçəkləşəcək Zəngəzur dəhlizi islam coğrafiyası ilə yalnız Azərbaycan və Cənubi Qafqazı deyil, həmçinin Orta Asiyanın türk dövlətlərini, Rusiyanı, uzaq Çini və Cənub-Şərqi Asiyanın zəngin, qabaqcıl bazarlarını əlaqələndirə bilər. Təkcə bu fakt Zəngəzur dəhlizinin hansı qlobal əhəmiyyət daşıdığını sübut edir.

 

Çoxqütblü əməkdaşlığa əsaslanan müstəqil siyasət

 

Azərbaycanın D-8-ə üzvlüyü dövlətimizin xarici siyasət gündəmini tamamlayan növbəti uğurlu addımdır. Rəsmi Bakı islam dünyası ilə həmrəyliyə bərabər "Qlobal Cənub" adını almış inkişaf etməkdə olan dövlətlər qrupu ilə fəal münasibətlər qurmaqda maraqlıdır. Ölkəmiz eyni zamanda Avropa İttifaqının ayrı-ayrı üzvləri ilə strateji səviyyəyə qaldırılmış münasibətlərə malikdir. Avropa qitəsinin 10-dan çox ölkəsi mavi yanacağa olan tələbatını Azərbaycan qazı hesabına ödəyir. Bərpaolunan enerji potensialımızın qarşıdakı illərdə xüsusi kabellə Gürcüstan, Qara dəniz, Rumıniya və Macarıstan marşrutu ilə Avropaya çatdırılması qitənin iqtisadi həyatındakı təmsilçiliyimizi daha da dərinləşdirəcək.

Çoxqütblü və müxtəlif istiqamətli iqtisadi və siyasi fəaliyyət yalnız gerçək müstəqilliyə malik dövlətlər tərəfindən həyata keçirilə bilər. Azərbaycanın özünün xarici siyasət fəaliyyətini və gündəmini müəyyən etməsi bizim, həqiqətən də, möhkəm dövlətçiliyə əsaslanan müstəqilliyə malik olmağımız deməkdir. D-8-ə üzvlük bu yöndə imkanlarımızı daha da genişləndirəcək və Azərbaycanın islam dünyasının həyatında daha fəal rol oynamasını təmin edəcək. 

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!