15 Mart 2025 18:57
288
SİYASƏT
A- A+
XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

XII Qlobal Bakı Forumu: “Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib


XII Qlobal Bakı Forumunun sonuncu günündə 11-ci panel iclası “Gənclər danışsın, biz dinləyək” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, panel iclasına Qlobal Siyasət İnstitutunda tədqiqatçı və Lafiya Nigeriya Fondunun təsisçisi Klaudia Marta Xmielovska moderatorluq edib.

Paneldə çıxış edən Harvard Biznes Məktəbində MBA tələbəsi və “Terran Paragon” təşkilatının qurucusu və icraçı direktoru Uilliam Uanq bildirib ki, onun təşkilatı qlobal istedadı inkişaf etməkdə olan ölkələrlə birləşdirmək, bilik mübadiləsini təşviq etmək və XXI əsrin bilik iqtisadiyyatını qabaqcıl şirkətlər və dövlət qurumları ilə strateji tərəfdaşlıqlar vasitəsilə irəlilətmək məqsədini güdür: “Bizim şirkətimiz gənclərə kömək edir, çünki gələcəkdə onlar liderlər olacaqlar. Biz gənclərə hər sahədə kömək etməyə hazırıq”. O, həmçinin özünün iş və təhsil təcrübəsini bölüşüb.

“De Jong Capital”da Baş ofis rəhbəri (Managing Partner Büro rəhbəri) Paskal Rathle təmsil etdiyi şirkətin strategiyası və fəaliyyəti haqqında məlumat verib.

“ABŞ-da bir şirkətdə baş icraçı direktorun maaşı sıravi işçilərin məvacibindən 40 dəfə çoxdur, bu, nə dərəcədə düzgündür? Belə ədalətsiz gəlir bölgüləri qarşısında gənclərin işlə təmin olunması və öz rifahını yüksəltməsi üçün heç bir motivasiya qalmır. Etikaya sadiqlik, bərabər bölgü məsələləri prioritet olmalıdır”, - deyə o əlavə edib.

“DIFC Authority”də Qrup Strategiyası üzrə köməkçi menecer Milind Taneja bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə dövlət büdcəsinin 50 faizdən çoxu borcların və kreditlərin ödənilməsinə sərf edilir. Bu isə o deməkdir ki, onlar nə evlər tikməyə, nə təmiz enerji keçidləri üçün infrastruktur yaratmağa, nə də əsas səhiyyə xidmətlərini təmin etməyə maliyyə ayıra bilmirlər. “Bu, bizim üçün böyük bir böhrandır. Bu, təkcə iqtisadi problem deyil, həm də kifayət qədər maliyyələşmənin olmaması səbəbindən dayanıqlılıq və davamlı inkişaf üçün yaranan insan böhranıdır. Bu o deməkdir ki, biz maliyyələşdirmə məsələsini həll etmədikcə, çoxlu insanın həyatını təhlükəyə atırıq, onları əsas xidmətlərindən və iqtisadi imkanlardan məhrum edirik və nəticə etibarilə dayanıqlı inkişafla xarakterizə olunan gələcəyə sürətlə çatmağımıza mane oluruq. Beləliklə, bu məsələ çox təcili həll olunmalıdır. Son bir neçə gündə biz bu mövzu ətrafında geniş müzakirələr apardıq”, - deyə Milind Taneja vurğulayıb.

COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin gənclər üçün yaratdığı çağırışlardan danışaraq, onların bu qlobal problemin həllində fəal rol oynaya biləcəyini bildirib.

“Gənclərin ekoloji təşəbbüslərdə iştirakı və innovativ həll yolları tapmaq bacarığı iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Davamlı inkişafın təmin olunması üçün gənclərin maarifləndirilməsi və onların qərar qəbuletmə prosesinə cəlb olunması vacibdir”, - deyə Leyla Həsənova diqqətə çatdırıb.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrindən və mövcud problemlərdən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!