19 Yanvar 2025 09:40
170
CƏMİYYƏT
A- A+
Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir


Tovuzda "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Qeyd edilmişdir ki Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş  20 Yanvar faciəsindən 35 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Bu qırğın  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Lakin düşmənlər buna nail ola bilmədilər. Bu gün biz 20 Yanvar faciəsinin ildönümünü suverenliyimizin tam bərpa olunduğu bir dövrdə -  "Konstitusiya və Suverenlik İli"ndə qürurla qeyd edirik.

Çıxış edənlər bildirmişlər ki, 20 Yanvar faciəsinə etiraz edən Ümummilli Lider Heydər Əliyev həmin günlər özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Kommunist Partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev həmin günlər Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı   20 Yanvar hadisəsinə ilk siyasi- hüquqi qiymətini vermişdir.

Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir. Prezident 20 Yanvar şəhidlərinin ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunmuş və faciəni əks etdirən sərgiyə baxış keçirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

10:37
19 Yanvar

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

10:05
19 Yanvar

Mənim sualım var

10:00
19 Yanvar

Kədərin səsi - səssizlik

09:55
19 Yanvar

Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil dövlətdir

09:50
19 Yanvar

"20 Yanvar - Azadlığımıza gedən yol"

09:45
19 Yanvar

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

09:40
19 Yanvar

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

09:35
19 Yanvar

Qərənfillərin ağladığı gün

09:30
19 Yanvar

Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

09:25
19 Yanvar

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

09:20
19 Yanvar

Tarix boyu yaşayacaq əsərlər

09:15
19 Yanvar

"Mən türkəm, qorxub təslim olan deyiləm"

09:10
19 Yanvar

"20 Yanvar" abidəsi azadlıq uğrunda mübarizənin simvoludur

09:05
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!