19 Yanvar 2025 09:20
176
CƏMİYYƏT
A- A+
Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri


1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixinin şanlı səhifəsidir.  Bu gün hər bir azərbaycanlının, sülhsevər insanların yaddaşında əbədiyyətə qədər gedəcək bir tarixdir. Hər zaman bu tarix xatırlanacaq, yad ediləcək. 35 il keçməsinə baxmayaraq, insanların beynindən həmin Qanlı Yanvar günlərinin acıları silinməyəcək. 

Əsas hadisələr paytaxtda baş versə də, regionlarımız da həmin faciənin acısını yaşamışdır. Qanlı Yanvar gecəsi rayonlara xəbər veriləndə ki, paytaxtda xeyli insan şəhid olub, hər kəs öz yaxın çevrəsini axtarmağa başlamışdır. Həmin günlər Qubaya xəbər gəlmişdi ki, 20 Yanvar şəhidlərinin dördü bu rayonun oğullarıdır. Dördünün də yaşı kiçicik fərqlə bir-birinə yaxın idi. Eyni illərin adamları olan bu insanlar şəhid adı ilə bu gün axirətdə birləşiblər.

Raqif Hüseynovu Qubada hamı yaxşı tanıyırdı. 8 övlada tərbiyə verən, qəlbi təmiz, hamı ilə ünsiyyət qurmağı bacaran Raqif 1985-ci ildə günahsız yerə 8 il həbs cəzası almışdı. O, cinayət baş verən ərazidən təsadüfən keçdiyinə görə həbs edilmişdi. Sonradan cinayətkarlar onun üzünə duraraq hadisənin onun etdiyini bildirmişlər. Raqifin şəhidliyindən sonra o adamların bəlasını Allah verdi. Bu gün onu şərləyənlərin nəslindən bir nəfər də olsun sağ adam qalmayıb. Raqifin övladları, nəvələri isə Qubanın fəxridirlər.

20 Yanvar ərəfəsində Raqif azadlığının ilk günlərini yaşayırdı. Bakıda həbs yerindən pasportunu alıb Qubaya qayıtmalı idi. Pasportunu alan Raqif indiki 20 Yanvar dairəsinə gəlir ki, yolüstü maşınlardan biri ilə Qubaya qayıtsın. Lakin taksidən düşdüyü yerdə atılan gülləyə tuş gəlir. Raqif Hüseynov azadlığın şirinliyini dadmamış həlak olur.

Elçin Qeybullayev əsgəri xidmətini Əfqanıstanda keçmişdi. 1968-ci ildən olan Elçin orta məktəbdən sonra Xaçmazdakı texniki peşə məktəbini bitirmişdi. Əsgərlikdən sonra Bakıya gələrək burada 20 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə işə düzəlmişdi. Az zamanda özünə hörmət qazanan Elçinə mənzil vermək istəyən idarənin məsul işçisinə belə demişdi: "Qardaş, mənə burada heç nə lazım deyil. Yataqxanada qalıram bəsimdi. Mən onsuz da bir ilə çıxıb Qubaya gedəcəm. Kimin evə ehtiyacı varsa, ona da verin. Mənim üçün rayonum dünyanın cənnətidir".   

Həmin 20 Yanvar gecəsi 2 saylı tibb məktəbindən təmirdən qayıdırdı. İki nəfər idilər. Yolda əlisilahlı əsgərləri görəndə bir qədər çaşqınlıqla əsgərlərə tərəf gedirlər. Onlara silah qaldıranlara "Mən beynəlmiləl döyüşçüyəm. Axı nə olub bu şəhərdə?!" deyir. Lakin  əsgərlər onları atəşə tutur. Elçin səhər səkinin kənarında başını müqəddəs saydığı torpağa qoyub gözləri əbədi yumulmuş halda tapılır. Əfqanıstanda oddan-alovdan keçsə də, bir vaxtlar tərkibində döyüşdüyü ordunun əsgərləri tərəfindən  qətlə yetirilən Elçin cənnət bildiyi Qubada Şəhidlər xiyabanında dəfn olunur.

Mirzə Qəniyevin soykökü Yerfidəndir.  1958 -ci ildə anadan olan Mirzə ailəsi ilə birlikdə Bakıda yaşayırdı. Su idarəsində çilingər işləyən Mirzə gec evlənmişdi. İlk və yeganə övladı Şövqini dünyalar qədər sevirdi. Həmişə iş yerində dostlarına "Gərək tez evlənəydim, uşaq nə yaxşı varlıq imiş" deyirdi. 

Həmin gün də oğlunun yanına tələsən Mirzə taksiyə minir. Evlərinə çathaçatda maşını vururlar. Sonra onları maşından çıxarıb bərk döyürlər. İki güllə yarası alan Mirzə xeyli müddət  həyatla ölüm arasında mücadilə aparır. Fəqət alın yazısı onu ailəsinə deyil, müqəddəs şəhidlik zirvəsinə qovuşdurur. 

Müzəffər Həsənov da Yerfi kəndində doğulmuşdu. 4 uşaq atası olan Müzəffər bir müddət əvvəl Bakıya köçmüşdü. Sürücü işləyib ailəsini dolandırırdı. 

Müzəffərin ölümü də qəribə olmuşdu. O, iki dəfə ölüb və iki dəfə də dəfn edilib. Həmin gecə oğlunu evdə tapmayan Müzəffər çölə çıxır. Oğlu isə sən demə qonşuda imiş. Bir qədər sonra evə qayıdan Zahir də atasının ardınca onu axtarmağa gedir. O, səhərə yaxın kolların arasından atasının pencəyini tapır. Ətrafı axtaran oğul bir meyit görür. Həmin meyit əzilmiş halda olduğundan onu tanıya bilmirlər. Boyuna görə onu atası bilən Zahir dostları ilə parçalanmış cəsədi məscidə aparır. Atasının adı ilə Şəhidlər xiyabanında dəfn edilir, üç mərasimi də verilir. 

Ancaq sonrakı gün Müzəffərin sağ olduğu xəbəri yayılır. Xəstəxanaya gələn Zahir atasını görür. Sonradan Müzəffər bunları söyləyib: "Əsgərlərə yaxınlaşıb salam verdim. Onlar məni qarşılarında görəndə yaxınlaşıb burda niyə dayandığımı soruşdular. Dedim ki, oğlumu axtarıram. Sonra onlar məni döyməyə başladılar. Məni  tankın yanına sürüyüb apardılar. Bu zaman ora yaxınlaşan bir nəfər zabit məni onların əlindən aldı. Danışığından ukraynalıya oxşayırdı. Həmin zabit maşın tutub məni xəstəxanaya göndərdi".

Lakin həkimlər Müzəffəri xilas edə bilmirlər. O, yanvarın 29-da dünyasını dəyişir. Üstündən 35 il keçsə də, onun yerinə dəfn ediləninsə kimliyi bilinmir. Hər dəfə xiyabana gələn əzizləri Müzəffərlə bərabər, onu da yaxın adam kimi ziyarət edir, ruhuna dualar oxuyurlar. 


Akif  ƏLİYEV,

"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

10:37
19 Yanvar

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

10:05
19 Yanvar

Mənim sualım var

10:00
19 Yanvar

Kədərin səsi - səssizlik

09:55
19 Yanvar

Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil dövlətdir

09:50
19 Yanvar

"20 Yanvar - Azadlığımıza gedən yol"

09:45
19 Yanvar

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

09:40
19 Yanvar

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

09:35
19 Yanvar

Qərənfillərin ağladığı gün

09:30
19 Yanvar

Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

09:25
19 Yanvar

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

09:20
19 Yanvar

Tarix boyu yaşayacaq əsərlər

09:15
19 Yanvar

"Mən türkəm, qorxub təslim olan deyiləm"

09:10
19 Yanvar

"20 Yanvar" abidəsi azadlıq uğrunda mübarizənin simvoludur

09:05
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!