19 Yanvar 2025 09:35
172
CƏMİYYƏT
A- A+
GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib


Gəncə Dövlət Universitetində (GDU) 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə universitetin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək 1990-cı ildə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışmışdır. Bildirmişdir ki, 35 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordu birləşmələri yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir.  Xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.

Sonra universitetin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış etmişdir. Demişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi vətənpərvərliyin zəfər salnaməsidir: "O ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir".

Tədbirdə universitetin Rus dili kafedrasının dosenti Sevda Əliyevanın "20 Yanvar - Yaddaşlara həkk olunan gün", Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun "20 Yanvar faciəsi unudulmaz bir tarixdir", Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun "Tarixin qan yaddaşı", Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyevanın  "Qar üstünə qan yağırdı", Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Nigar Məmmədovanın "20 Yanvar milli qürur günümüz" adlı məruzələri dinlənilmişdir.

Çıxışlardan sonra  tələbələr 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirlər səsləndirmişlər.


Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

10:37
19 Yanvar

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

10:05
19 Yanvar

Mənim sualım var

10:00
19 Yanvar

Kədərin səsi - səssizlik

09:55
19 Yanvar

Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil dövlətdir

09:50
19 Yanvar

"20 Yanvar - Azadlığımıza gedən yol"

09:45
19 Yanvar

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

09:40
19 Yanvar

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

09:35
19 Yanvar

Qərənfillərin ağladığı gün

09:30
19 Yanvar

Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

09:25
19 Yanvar

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

09:20
19 Yanvar

Tarix boyu yaşayacaq əsərlər

09:15
19 Yanvar

"Mən türkəm, qorxub təslim olan deyiləm"

09:10
19 Yanvar

"20 Yanvar" abidəsi azadlıq uğrunda mübarizənin simvoludur

09:05
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!