Yeni texnologiyaların tətbiqi bizim üçün prioritetdir. Lakin onların yaratdığı təhlükələri aradan qaldırmaq üçün də çox çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas XII Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” mövzusunda keçirilən panel iclasındakı çıxışında deyib.
“Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir. İşçi heyətə gəldikdə, qadınlar onun yalnız 20 faizini təşkil edir. Bu müzakirələrə hazırlaşanda biz idarəçilik sahəsində və təhlükəsizlik baxımından hansı məsələlərin vacib olduğu barədə danışdıq. Məlum oldu ki, Afrikada emal mərkəzinə cəmi 2 faiz məlumat göndərilir. Qeyd etmək lazımdır ki, BMT bu sahədə müxtəlif təşəbbüslər irəli sürüb, bura təhlükəsizlik, monitorinq və digərləri daxildir. Ötən il biz BMT sistemində 50-dək mexanizm hazırlamışıq. UNESCO-nun hazırladığı Etik davranış mexanizmini də xüsusi vurğulamaq istərdim. Bu baxımdan, süni zəka ilə bağlı BMT-nin Baş katibinin çağırışını xüsusi qeyd etmək istəyirəm.
Düşünürəm ki, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlər yaradılmalı, qanunvericilik təkmilləşdirilməli, insanların bacarıqları inkişaf etdirilməlidir. Dünya ölkələrinin yalnız 5 faizinin süni zəka sahəsində bacarıqlı kadrları var. Biz süni zəka sahəsində bacarıqlı kadrların sayının artırılması üçün 100-dən çox ölkəni bir araya gətirib, qlobal tədris mərkəzləri yaratmışıq”, - deyə Tomas Lamanauskas əlavə edib.
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir
Ermənistan "sülh" oyunu oynayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!