08 Noyabr 2024 08:20
91
SİYASƏT
A- A+
Tariximizi şərəfləndirən qələbə

Tariximizi şərəfləndirən qələbə


Azərbaycan xalqı Vətən müharibəsindəki Zəfərin 4-cü ildönümünü qarşılayır. 44 gün davam edən və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən bu müharibədə respublikamızın pozulmuş ərazi bütövlüyü güc yolu ilə bərpa edildi, xalqımız qətiyyətlə öz milli haqqına sahib çıxdı. Bu savaş və qazandığımız böyük Zəfər möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin, qətiyyətli siyasi kursunun ən möhtəşəm nəticəsi kimi tariximizə həkk olundu.

Vətən müharibəsi xalqımızın əyilməz ruhunu, torpaqlarının işğal altında qalması faktı ilə barışmayacağını  göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı. 44 gündə beynəlxalq ictimaiyyət cənab Prezident İlham Əliyevin yenilməzliyinə və siyasi müdrikliyinə şahidlik etdi. Dövlət başçısı bir siyasi lider kimi öz dövlətinin və xalqının hüquqlarını güc yolu ilə təmin etməyin nümunəsini ortaya qoydu.  

Müharibə günlərində Azərbaycana nə qədər təzyiqlər və təhdidlər oldu, respublikamızın ünvanına həqiqətdən uzaq böhtanlar səsləndi. Ordumuzu guya dinc əhalini hədəfə almaqda ittiham etməyə çalışdılar. Hətta maskası yırtılan Fransa 2020-ci ilin oktyabrında BMT tərəfindən Azərbaycana qarşı qətnamənin qəbuluna cəhd etdi. Amma bunların heç biri Azərbaycanı öz yolundan döndərə bilmədi və ordumuz qalibiyyət yürüşünü layiqincə başa vurdu. Dəqiq hazırlanaraq həyata keçirilən "Dəmir yumruq" əməliyyatının nəticəsi olaraq Şuşa zəfərindən sonra düşmən kapitulyasiya etdi, məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan üçtərəfli Bəyanata imza atmağa məcbur edildi. 

Bəlkə də bəzilərinə torpaqlarımızın işğaldan azad edilməsi sıradan adi bir uğur kimi görünə bilər. Amma çağdaş beynəlxalq münasibətlər sisteminin reallıqlarını, müharibənin getdiyi 44 gün ərzində və ondan sonra Prezident İlham Əliyevin həm də diplomatiya meydanındakı qələbələrini, Azərbaycana qarşı beynəlxalq cəbhə yaratmaq cəhdlərinin qarşısının uğurla alınmasını  nəzərə alanda görürük ki, bu Zəfər necə qazanılıb və nə qədər əzəmətlidir. Çünki bu savaşda Azərbaycan Ermənistanla yanaşı, ona havadarlıq edən Qərb siyasi mərkəzlərinə, Fransaya, Avropa Parlamentinə qalib gəldi, onların tarixi ərazilərimizdə ikinci erməni dövləti yaratmaq planlarını iflasa uğratdı.

Vətən müharibəsi və əldə etdiyimiz zəfər həm də bəlli həqiqətlərin praktik təsdiqi kimi yadda qaldı. Belə ki, bu hadisə ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının, tarixinin ən qüdrətli dövlətinə çevrilməsinin nümayişi oldu. Bir daha təsdiq olundu ki, Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini belə həll etməyə qadir olan mütləq gücə çevrilib. 

Bu savaş Azərbaycan Silahlı Qüvvələrinin ən yüksək döyüş qabiliyyətinə malik olmasının praktik təsdiqidir. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları bütün dünyada hərbi nəzəriyyələrə yenidən baxılması zərurətini yaratdı, hərb elmində yeni yanaşmaların tətbiqinin qaçılmaz olduğunu göstərdi.  

Eyni zamanda savaş günlərində bütün dünya Azərbaycan xalqının sarsılmaz milli həmrəylinə şahidlik etdi. 44 gün ərzində xalqımız yumruq kimi bir oldu, Ali Baş Komandanın ətrafında sıx birləşdi. 

Vətən müharibəsi xalqımızın vətənpərvərlik hisslərinin də nə qədər yüksək  və güclü olduğunu göstərdi. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə müqəddəs şəhidlik məqamına ucalan qəhrəman hərbçilərimizin xatirəsi isə hər zaman xalqımız tərəfindən uca tutulacaq. Məhz onların sayəsində Vətən müharibəsində dövlətçiliyimizin qürur dolu zəfər tarixi yazıldı.

Olduqca fərəhlidir ki, xalqımız ötən ildən etibarən Zəfər Gününü bir qədər fərqli və daha böyük coşqu ilə qarşılayır. Çünki artıq Qarabağda erməni separatizminə də son qoyulub. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan dövləti bütün əraziləri üzərində özünün suverenliyini təmin etdi, torpaqlarımızda ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Artıq Xankəndi şəhərində və Qarabağ iqtisadi rayonunun hər yerində Azərbaycan bayrağı dalğalanır.

Eyni zamanda bir neçə ay əvvəl Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tamamilə tərk etmələri, o cümlədən Qazaxın Ermənistanla sərhəddəki Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin də işğaldan azad edilməsi xalqımızın qələbələr və uğurlar salnaməsini bir qədər də zənginləşdirdi. Bu Zəfərlə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir tarixi yeni uğurlarla daha da zənginləşdi.

Vətən müharibəsindəki Zəfər xalqımızı daha da gücləndirdi, dövlətimizi zirvələrə ucaltdı. Zəfərlərimiz bu gün də davam edir. Qarabağın və Şərqi Zəngəzurun bərpası məhz onun davamı və nəticəsidir. 4 ilə yaxın müddətdə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, 8 min nəfərdən artıq keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı həqiqətən qürurvericidir. Bütün bu uğurlarımızın memarı və müəllifi olan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tariximizin əlamətdar uğurları qazanılacaq. Xalqı nüfuzlu, dövləti isə uca edən məhz belə uğurlardır.


Müşfiq MƏMMƏDLİ, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

FHN Zəfər Günü ilə əlaqədar şəhid övladlarına "qapı"larını açdı

09:20
08 Noyabr

Qalibiyyət strategiyası

09:15
08 Noyabr

Sumqayıtda qışa hazırlıq ciddi nəzarətdədir

09:10
08 Noyabr

Biləsuvarda QHT ekoloji aksiya keçirdi

09:05
08 Noyabr

Hacıqabul MRX-də Pediatriya şöbəsi fəaliyyətə başlayıb

09:00
08 Noyabr

Laçın və Zəngilanda təlimlər olub

08:55
08 Noyabr

Möhtəşəm Zəfər

08:50
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!