08 Noyabr 2024 09:05
100
CƏMİYYƏT
A- A+
Biləsuvarda QHT ekoloji aksiya keçirdi

Biləsuvarda QHT ekoloji aksiya keçirdi


Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gənclər İctimai Birliyi "Yaşıl dünya naminə" layihəsi çərçivəsində təmizlik və ağacəkmə aksiyası keçirib. Aksiya Azərbaycanın Milli Qəhrəmanı   Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

40 məktəblinin qoşulduğu tədbirdən öncə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondu, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına məlumat verib. Kompleksin rəhbəri Aqşin Bağırov bildirib ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir: "Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Onun fəsadlarına qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir". Çıxış edən Azad Quliyev isə layihənin aktuallığını qeyd edib, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açıb.

Çıxışlardan sonra məktəblilərin də iştirakı ilə müəyyənləşdirilmiş ərazi tullantılardan təmizlənib. Sonra 50 həmişəyaşıl şam ağacı əkilib. Sonda iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim olunub. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!