08 Noyabr 2024 09:25
608
İQTİSADİYYAT
A- A+
Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir


Tanınmış şirkətlər bu sahədə ölkəmizlə əməkdaşlığa maraq göstərirlər


Noyabrın 11-də Bakıda dünyanın ən mötəbər tədbiri - COP29 öz işinə başlayacaq. BMT-nin himayəsi altında baş tutan bu sessiyanın ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir. Həmin etimadsa boş yerdən yaranmayıb. Azərbaycan neft və qazla zəngin olsa da, dünyada "yaşıl enerji"yə ilk keçid edən ölkələr sırasında yer alır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilən ərazilərdə "yaşıl enerji" mənbələrinin yaradılacağını bəyan etməyimiz və artıq Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji stansiyalarının inşa edilməsi bu keçidin təsdiqidir. Ümumi gücü 270 meqavat təşkil edəcək həmin stansiyalar Qarabağ və Şərqi Zəngəzuru elektrik enerjisi ilə tam təmin etməklə yanaşı, "yaşıl enerji" ixrac etməyimizə də imkan verəcək. 

Qarabağ və Şərqi Zəngəzur bölgəsində "yaşıl enerji"dən daha yaxşı istifadə edilməsi üçün bir sıra əlavə tədbirlər də görülür. Məsələn, "yaşıl enerji" zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji istehsalı ilə yanaşı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrinə üstünlük verilməsi, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan və "ağıllı" enerji idarəetmə texnologiyaları vasitələrindən istifadə nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, indi dünyada elektrik avtomobillərindən geniş istifadə olunur. Təkcə Çin ildə mlyonlarla belə avtomobil istehsal edir. Artıq Azərbaycanda da həmin avtomobillərin sayı sürətlə artır. Dövlət belə avtomobillərin istifadəsini təşviq etmək üçün bir çox güzəştlər edir, o cümlədən idxal gömrük rüsumları azaldılır ki, bu da birbaşa elektromobillərin satış qiymətinə təsir edir.

Məlumdur ki,  hər bir sektorun inkişafı ona yatırılan sərmayə ilə bağlıdır. Hazırda Azərbaycanın neft-qaz sektorunda dünyanın ən qabaqcıl texnika və texnologiyalarından istifadə edilir. İndi isə ölkəmiz qarşısına "yaşıl enerji"yə keçməyi hədəf qoyub. Sözsüz ki, bunun üçün yeni yaranan sektora çoxlu sərmayə yatırılması tələb olunur. Energetika nazirinin müavini Elnur Sultanov deyir ki, ölkəmizin 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olması üçün 200 milyard dollar sərmayəyə ehtiyacımız var. Nazir müavini bununla bağlı bildirir ki, daha qətiyyətli olmaqla böyük həcmdə investisiyaların cəlb edilməsini təmin etməliyik: "Xalis sıfır yanaşması zamanın tələbidir, əks halda dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 giqovat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat-saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq".

Məlumdur ki, bizim "yaşıl enerji" sektorunun inkişafına bu qədər sərmayə qoymaq imkanımız yoxdur. Ancaq Azərbaycanın "Əsrin müqaviləsi"ndən sonra bu sahədə zəngin təcrübəsi var və xarici partnyorlarla əməkdaşlıq etməkdə böyük etimad qazanmış ölkəyik. Eyni zamanda Azərbaycandakı mövcud qanunvericilik bazası xarici investorlara zəmanət verir ki, qoyduqları vəsaitdən nigaran qalmasınlar. Bununla yanaşı, bizdə dünyanın ən liberal investisiya mühiti mövcuddur. Elə bütün bunlara görədir ki, Azərbaycanın "yaşıl enerji"yə keçmək üçün bir çox ölkələr və nüfuzlu şirkətlərlə əməkdaşlıq etməsində problemi yoxdur. Bunun sayəsində ölkəmizdə nəhəng günəş və külək-elektrik stansiyaları tikilib. Əlavə olaraq bu sahədə imkanları genişləndirmək, daha çox sərmayə və texnologiyalar transfer etmək üçün Çin şirkətləri ilə əməkdaşlıq edilir.

Energetika naziri Pərviz Şahbazov "China Energy International Group Co.,Ltd." şirkətinin vitse-prezidenti və "China Energy Overseas Investment Co.,Ltd." şirkətinin sədri Lin Xiadon ilə görüşdə ölkəmizin enerji sisteminə əlavə həcmlərdə bərpaolunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsində əməkdaşlıq, həmçinin bərpaolunan enerji avadanlıqlarının ölkəmizdə istehsalının təşkili və "yaşıl enerji" dəhlizləri üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub. Görüçdə Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq günəş-elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanlarının dəyərləndirilməsi də müzakirə mövzusu olub. Görüş zamanı "China Energy"nin vitse-prezidenti külək və günəş enerjisi layihələrinə investisiyaların artırılması niyyətində olduqlarını bildirib. Şirkət həmçinin Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin ölkəmizdə istehsalına, habelə tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa hazır olduqlarını söyləyib. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!