08 Noyabr 2024 09:45
107
SİYASƏT
A- A+
Ermənilər sülh istəmirlər

Ermənilər sülh istəmirlər


ABŞ-nin İrəvanda keçirdiyi sosioloji sorğunun nəticəsi bunu deyir


Ermənistanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da yeganə səbəbi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən İrəvanın cəfəng iddiaları, bəhanələridir.

Ermənistan rəhbərliyi bütün reallıqları etiraf edirsə və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, niyə sülh müqaviləsinin imzalanması uzanır?  Belə çıxır ki, bir tərəfdən sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Nikol Paşinyan iqtidarı, digər tərəfdən revanşist qüvvələrə, yəni öz ordusunun tör-töküntüsünə rəhbərlik edə bilmir. Bunu "əsaslandıran" baş nazir orduda 5-ci kolonun olduğunu iddia edir. 

Bu isə o deməkdir ki, sülh müqaviləsi bağlanmayana və tam delimitasiya, demarkasiya prosesi getməyənə qədər sülh müqaviləsinin imzalanması prosesi uzanacaq, Ermənistanın təxribatları davam edəcək. Yəni sülh müqaviləsinin imzalanmaması birbaşa Ermənistan rəhbərliyinin siyasi iradəsizliyindən irəli gəlir. Görünən budur ki, Paşinyan hökuməti 4 ildə xalqı sülhə qətiyyən hazırlaya bilməyib. Sual yaranır: Ermənistan cəmiyyəti müharibəmi istəyir? 

ABŞ-nin sorğu mərkəzi GALLUP Ermənistanda sorğu keçirib. Sorğunun nəticələri Ermənistan cəmiyyətinin xəstə təfəkkürdən xilas ola bilmədiyini bir daha nümayiş etdirib. Ermənistan vətəndaşları faktiki olaraq antisülh düşüncəsindədirlər. Sorğuda iştirak edənlərin yarısı ilin sonuna qədər sülh müqaviləsinin mümkünlüyünə inanmadığını bildirib. "Sizcə, ilin sonuna qədər "sülh müqaviləsi" bağlamaq mümkündürmü" sorğusunda iştirak edən vətəndaşların yalnız 8,3 faizi "əlbəttə, bəli" deyib. "Bəlkə də" cavabını 17,5 faiz, "xeyr"  cavabını 23,4 faiz, "qətiyyən yox"u isə 41,2 faiz verib. Respondentlərin 9,6 faizi suala cavab verməkdə çətinlik çəkib.

"Ermənistan Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidirmi" sualına 7 faiz "bəli, alternativimiz yoxdur", 90 faiz isə "xeyr, daha güzəştə getmək üçün heç nə yoxdur" cavabını verib, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.

"Konstitusiya Məhkəməsinin Müstəqillik Bəyannaməsində Qarabağın adının heç bir hüquqi qüvvəyə malik olmadığını hesab etməsinə münasibətiniz necədir?" sualına 5 faiz "tamamilə müsbət", 9,8 faiz "kifayət qədər müsbət", 21,3 faiz "olduqca mənfi", 51,5 faiz "ümumiyyətlə, mənfi" reaksiyasını göstərib. 12,4 faiz isə qərarsız qalıb. "Gələn bazar günü parlament seçkiləri keçirilsə, hansı partiyaya və ya bloka səs verərdiniz?" sualına 16,5 faiz "Mülki müqavilə" partiyasına, 6,4 faiz "Ermənistan" blokuna, 30,1 faiz səs verməyəcəyini bildirib. 17,1 faiz cavab verməkdə çətinlik çəkdiyini, 11,5 faiz cavab verməkdən imtina etdiyini, 4,6 faiz heç kimi seçməyəcəyini bildirib.

"Sizcə, Ermənistanda ən mühüm problem nədir?", - sualına 1100 respondentin 76,2 faizi təhlükəsizlik və sərhəd məsələlərini qeyd edib. 19,4 faiz siyasi sabitliyin, 16,4 faiz iqtisadi inkişafın, 9,6 faiz məşğulluq və sosial məsələlərin adını çəkib.

Göründüyü kimi,  sorğuların nəticələri Ermənistan tərəfdən nə qədər təhlükənin olduğunu göstərir. Belə halda Nikol Paşinyan hakimiyyəti qarşıda gözlənilən acı nəticələrin məsuliyyətini üzərinə götürməlidir. Çünki  İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!