08 Noyabr 2024 09:50
106
SİYASƏT
A- A+
Avropa İttifaqı məsuliyyətdən yayınır

Avropa İttifaqı məsuliyyətdən yayınır


Ursula fon der Lyayenin COP29-a qatılmayacağını bəyan etməsi göstərir ki, onun təmsil etdiyi qurum iqlim dəyişikliyi problemlərinə laqeyd yanaşır


Bir neçə gündən sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayacaq. Ona görə qarşıdakı günlərdə beynəlxalq ictimaiyyətin diqqəti bir daha Azərbaycana yönələcək. Bu tədbir iqlim problemlərinə həsr edilsə də, eyni zamanda respublikamızın mükəmməl təqdimatı olacaq.

Amma görünən odur ki, respublikamızın növbəti beynəlxalq uğur ərəfəsində olması Qərbdə mənzillənmiş anti-azərbaycançı şəbəkəni narahat edir. Bu həmin siyasi mərkəzlərdir ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyərək, ölkəmizə qarşı uzun müddətdir ki, böhtan və qarayaxma kampaniyası aparmaqla məşğuldurlar.

COP29 ərəfəsində isə onlar bir qədər də fəallaşıblar. Təkcə oktyabr ayında Azərbaycanla bağlı atılan qərəzli addımlar, başladılan total qarayaxma kampaniyası bir daha bu siyasi mərkəzlərin riyakarlığını ortaya qoyur. ABŞ Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə müraciəti, Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycana qarşı növbəti dəfə qərəzli qətnamə qəbul etməsi, habelə Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə qəbuledilməz və böhtançı bəyanat səsləndirməsi, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin AŞPA iclasında Azərbaycana qarşı səsləndirdiyi əsassız fikirlər, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu riyakarlığı dəstəkləməsi bunu təsdiq edir.

 Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasına, Fransanın müstəmləkəçilik siyasətinə, bəzi Avropa ölkələrində insan haqları sahəsindəki problemlərə, islamofobiyaya heç vaxt münasibət bildirməyən, onlara göz yuman siyasi dairələrin Azərbaycana böhtan atması onların mənəviyyatsızlığından xəbər verir. Lakin onların nə deməsinin, nə qəbul etməsinin isə qalib Azərbaycan üçün zərrə qədər əhəmiyyəti yoxdur. Azərbaycan bundan sonra da öz yüksəlişi və uğurları ilə onların bütün qarayaxma kampaniyalarını iflasa uğradacaq.

Qeyd etmək lazımdır ki, iqlim dəyişmələrinin yaratdığı problemlər uzun illərdir ki, dünyanın diqqət mərkəzindədir. O cümlədən Avropa İttifaqı (Aİ) da bu problemə daim həssas münasibət nümayiş etdirdiyini, "yaşıl enerji"yə keçidi dəstəklədiyini bildirib. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanması mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak etmiş və bərpaolunan enerjiyə keçid baxımından Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xəttinin çəkilişinin olduqca vacib olduğunu bildirmişdi.

Lakin Ursula fon der Lyayenin bu günlərdə COP29-a qatılmayacağını bildirməsi Aİ-nın bəyan etdiyi prinsiplərlə bağlı tamamilə fərqli və ziddiyyətli davranış ortaya qoyur. Ursula fon der Lyayenin COP29-a qatılmayacağını deməsi həm də onu göstərir ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək məsələ nə onu, nə də rəhbərlik etdiyi Avropa Komissiyasını, ümumiyyətlə, narahat etmir. 

Görünən odur ki, beynəlxalq ictimaiyyət planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir. Aİ faktiki olaraq məsuliyyətdən qaçır. Digər tərəfdən, Ursula fon der Lyayenin bu qərarı onun özünün də antiazərbaycançı mövqeyindən və anti-azərbaycançı şəbəkənin təsiri altında olmasından xəbər verir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!