08 Noyabr 2024 08:00
995
SİYASƏT
A- A+
Azərbaycanı ucaldan zəfər

Azərbaycanı ucaldan zəfər


2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı və Şuşanın azad edildiyi gün -  noyabrın 8-i tariximizə  Zəfər Günü kimi həkk olundu. Bu böyük qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, Ermənistana və erməni faşizminə sarsıdıcı zərbə vuruldu.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, düzgün və əsaslandırılmış strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi və torpaqlarımızın azad olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyini, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan özünün tarixi ərazilərini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi ilə bütün dünya "yenilməz Ermənistan ordusu" mifologiyasına son qoyulduğunu gördü.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması tarixə Vətən müharibəsində Azərbaycanın hərbi Zəfəri, Ermənistanın isə kapitulyasiyası kimi daxil oldu. Bununla da Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edilərək tarixə çevrildi. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti bərpa olunmaqla yanaşı, həm də erməni faşizminin başı əzildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya göstərdi.

Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqı Vətən müharibəsində öz Prezidentinin ətrafında sıx səfərbər oldu. Bu baxımdan 44 günlük savaş həm də xalqımızın milli və siyasi həmrəyliyinin təcəssümünə çevrildi. Hər kəs öz sahəsində bu milli mücadiləyə özünün layiqli töhfəsini verdi.

Torpaq həm də uğrunda ölən varsa vətəndir. Azərbaycan xalqı torpaqlarının azadlığı uğrunda şəhidlər verdi. Qarabağ və Şərqi Zəngəzur şəhid qanları ilə daha da müqəddəsləşdi. Bu Zəfər Günündə Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir daha böyük ehtiramla yad edir, qazilərimizə şəfa arzulayırıq. 

Qeyd etmək lazımdır ki, torpaqlarımızın işğaldan azad olunması ilə 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələbləri yerinə yetirildi, bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yarandı.  Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Vətən müharibəsində qələbənin yekunlarından biri olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış planının sürətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir. 4 il böyük bir müddət deyil. Amma bu dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri onilliklərə bərabərdir. Bu ərazilərdə keçmiş məcburi köçkünlərin məskunlaşmasının təmin edilməsi məqsədilə qısa müddətdə geniş quruculuq işləri aparılıb, yollar salınıb, enerji stansiyaları açılıb, hava limanları fəaliyyətə başlayıb. Bütün bunlar hər birimizdə qürur və fəxarət hissi yaradır.  Artıq Şuşa, Laçın, Xocalı, Füzuli və Cəbrayıl şəhərlərində, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərində həyat yenidən başlayıb. İndiyədək 8 min nəfərdən çox keçmiş məcburi köçkünün doğma yurduna qayıtması Böyük qayıdış prosesinin sürətlə reallaşdığını göstərir.

Ümumiyyətlə, ötən 4 ildə cərəyan edən bütün hərbi-siyasi proseslər Vətən müharibəsindəki qələbəmizi daha da şərəfləndirib, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti təcəssümlərinə çevrilib. Bu dövrün ən mühüm hadisələrindən biri 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarının nəticəsi olaraq bütün torpaqlarımız üzərində milli suverenliyimizin bərpa edilməsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla Azərbaycan dövləti və xalqı qarşısında növbəti bir tarixi missiyanı şərəflə yerinə yetirdi, Qarabağı XIX əsrdən bəri kök salmış erməni separatizmindən xilas etdi. Uzun onilliklər boyu erməni məkrinin yuvası olmuş Xankəndi tarixi Azərbaycan şəhəri kimi simasını özünə qaytardı.

Bu dövrün digər mühüm hadisəsi Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsidir. Bu, Vətən müharibəsindəki qələbəmizə kölgə salmaq istəyən sapı özümüzdən olan bütün qaragüruhçu ünsürlərə verilən ən layiqli cavab oldu. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağ iqtisadi rayonunu tərk etməsi onların səsləndirdiyi cəfəng "proqnozlar" və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Prezident İlham Əliyev bununla onların bütün marginal və antimilli arqumentlərini darmadağın etdi.

Ötən 4 ilin başqa bir siyasi-diplomatik hadisəsi Qazax rayonunda Ermənistanla sərhəddə 30 ildən artıq işğal altında qalan kəndlərimizin azad edilməsidir. Bu, Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlərin məntiqi davamı olmaqla bir daha tariximizi şərəfləndirdi, Prezident İlham Əliyevin siyasi kursunun dövlətimizin milli maraq və mənafelərini layiqincə təmin etdiyini göstərdi.

Bütün bu qələbələrin və nailiyyətlərin fonunda Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoyub. Vətən müharibəsindəki Zəfər və bütün digər hərbi-siyasi hadisələr dövlət və xalq olaraq hər zaman qürurla istinad edəcəyimiz tarixi uğurlarımız olacaq. 

Zəfərimizin 4-cü ilini qarşıladığımız günlərdə Azərbaycanda həm də COP29 təntənəsi yaşanır. Cəmi bir neçə gündən sonra respublikamızın evsahibliyi edəcəyi bu beynəlxalq tədbir öz işinə başlayacaq. Belə mötəbər tədbirin Azərbaycanda təşkil olunması barədə qərar həm də zəfərlərimizin və uğurlarımızın məntiqi davamı kimi qiymətləndirilməlidir. 

COP29-da iştirak etmək üçün Azərbaycana çoxsaylı dövlət və hökumət başçıları, parlament sədrləri, rəsmi şəxslər səfər edəcəklər. Bu baxımdan COP29 iqlim dəyişmələri ilə qlobal mübarizəyə öz töhfələrini verməklə yanaşı, həm də Azərbaycanın uğurlarını, Vətən müharibəsindəki Zəfərimizi dünyaya bəyan edəcək. Bütövlükdə isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs göstərir ki, bundan sonra da dövlətimizin tarixi nailiyyətlərinə qürurla şahidlik edəcəyik.


Mübariz QURBANLI, 

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib  

22:25
10 Dekabr

Londondakı Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib  

22:23
10 Dekabr

Rəis müavini: Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır  

22:22
10 Dekabr

Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib  

22:21
10 Dekabr

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub YENİLƏNİB  

22:20
10 Dekabr

“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib  

22:18
10 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB 

21:51
10 Dekabr

Salonikidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:47
10 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  

20:54
10 Dekabr

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb  

19:33
10 Dekabr

Müdafiə Nazirliyi: Komando bölmələrinin döyüş hazırlığı yüksək səviyyədə saxlanılır 

19:32
10 Dekabr

Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib

19:32
10 Dekabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün İsveçə yollanıb

19:31
10 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:17
10 Dekabr

İƏT Komissiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub

18:15
10 Dekabr

AMADA dəyirmi masa keçirib

18:06
10 Dekabr

Salah noyabrın ən yaxşı futbolçusu seçilib

18:04
10 Dekabr

Həbsxana arxivləri Əsəd rejiminin cinayətlərinin açılması üçün çox vacibdir  

18:02
10 Dekabr

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müxalifətin planlarını açıqlayıb

18:01
10 Dekabr

Cənubi Koreya parlamenti prezidentinin həbsilə bağlı qətnaməni təsdiqləyib

17:58
10 Dekabr

Sürücüsüz yük avtomobili təqdim edilib

17:50
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!