07 Noyabr 2026 09:35
93
Mədəniyyət
A- A+
Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir


8 Noyabr - Zəfər Günü münasibətilə Respublika Uşaq Kitabxanası ilə 1 nömrəli Uşaq İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində maarifləndirici tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Kitabxana əməkdaşları iştirakçılara Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti haqqında ətraflı məlumat veriblər.

Proqram çərçivəsində uşaqların ifasında Vətənə həsr olunmuş şeirlər səsləndirilib. İştirakçılar öz çıxışları ilə doğma torpağa, Vətənə və Zəfərə olan sevgi və qürurlarını ifadə ediblər. Tədbirin davamında uşaqların iştirakı ilə "Xarıbülbül" mövzusunda yaradıcılıq üzrə ustad dərsi təşkil olunub. Uşaqların yaradıcı bacarıqlarının nümayiş olunduğu ustad dərsi tədbirə xüsusi rəng qatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!