07 Noyabr 2026 08:20
124
SİYASƏT
A- A+
Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun və diplomatiyasının parlaq qələbəsi idi

Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun və diplomatiyasının parlaq qələbəsi idi


2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlayanda ordumuzun cəsur zabit və əsgərləri bir andaca qələbə əzmi ilə yurdumuzun müdafiəsinə atıldılar. Ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyən düşmən illərdən bəri möhkəmləndiyi mövqelərdən geri çəkildi.

Bütün istiqamətlərdə hücuma keçən Azərbaycan Ordusu bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını, həmçinin böyük strateji əhəmiyyətə malik Şuşanı erməni quldurlarından azad etdi. 30 ilə yaxın davam edən işğal sona çatdı. Bu qələbə dövlət-xalq-ordu birliyinin nümayişi idi.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Bəyanat siyasi ekspertlər tərəfindən Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndirildi. Üçtərəfli Bəyanata əsasən, Qarabağa heç bir xüsusi status verilmirdi. Başqa sözlə, keçmiş DQMV tarixə qovuşmuş, Azərbaycan öz gücü, qüdrəti ilə regionda tarixin gedişini dəyişmişdi. Ən nəhayət, bir zamanlar "Qarabağ Ermənistandır, nöqtə", - deyən N.Paşinyan kapitulyasiya sənədinə imza atmaqla həm də işğalçı olduğunu təsdiq etmişdi.

Azərbaycan xalqı isə 30 ilə yaxın gözlədiyi Zəfər sevincini yaşadı. Xalqa müraciətlərində Prezident İlham Əliyevin milli şüara çevrilmiş "Qarabağ Azərbaycandır!" sözləri artıq reallıq idi. Həmin gün dövlətimizin başçısı xalqa müraciətində deyirdi: "…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!"

Üçtərəfli Bəyanat Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbəni beynəlxalq müstəvidə də rəsmiləşdirdi. Çünki bu sənəd özündə Ermənistan ordusunun Azərbaycan ərazilərindən tam çıxarılmasını, hərbi təhdidlərin dayandırılmasını və regionda yeni təhlükəsizlik sisteminin Azərbaycanın maraqları əsasında formalaşdırılmasını əks etdirirdi. Üçtərəfli Bəyanatın mühüm müddəalarından biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında maneəsiz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası idi. Yaxın tariximizdən məlumdur ki, ötən əsrin 80-ci illərinin sonlarından ermənilər həmin yolu bağlamışdılar. 

Bu amil də xüsusi olaraq qeyd edilməlidir ki, bəyanat illərdən bəri davam edən status-kvonu tamamilə dəyişmişdi. Prezident  İlham Əliyevin israrlı mövqeyi, polad iradəsi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi və siyasi rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdu. Bəyanatdan sonra Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri Laçın, Kəlbəcər və Ağdam rayonlarını tərk etdilər. Azərbaycan Ordusunun və Azərbaycan diplomatiyasının qələbəsi nəticəsində bir güllə atılmadan, qan tökülmədən bu rayonlar erməni qəsbkarlarından azad olundu. Beləcə, ordumuzun döyüş meydanlarında qazandığı zəfər siyasi müstəvidə də qələbə ilə davam etdi. 

Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistan öhdəliyini yerinə yetirmədi, işğalçı dövlət qoşunlarını və separatçı qüvvələrini Qarabağdan çıxarmadı. Əksinə, gizli şəkildə silah-sursat, o cümlədən minaları qanunsuz yollarla Qarabağa daşımağa, döyüş mövqelərini möhkəmləndirməyə  çalışdı. Bu da Azərbaycanı Qarabağda qalmış erməni silahlı dəstələrinə qarşı 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatı keçirməyə məcbur etdi. Azərbaycan Ordusu Qarabağda məskunlaşmış erməni separatizminin kökünü birdəfəlik kəsmək, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin məhv və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının icrasını təmin etmək üçün bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. 23 saat 43 dəqiqə davam edən uğurlu və qətiyyətli əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim oldular. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, ölkəmiz regionda suverenliyini tam bərpa etdi.  

Uğurla başa çatan əməliyyat zamanı separatçıların, xunta rejiminin  rəhbərləri həbs olunaraq ədalət məhkəməsinə verildi. Gec də olsa, haqq-ədalət öz yerini tapdı. Bu quldurlar törətdikləri cinayətlərə görə layiqli cəzalarını aldılar. 

İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qazanılan Zəfər həm də uzun illər aparılan diplomatiyanın, milli iradənin və dövlətçilik strategiyasının uğurudur. Xalqımıza böyük sevinc bəxş etmiş bu Zəfər Ulu Öndər Heydər Əliyevin illər əvvəl müəyyənləşdirdiyi siyasi kursun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin kursu uğurla davam etdirməyinin parlaq təntənəsidir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Zəfərin əbədi təntənəsi

08:30
07 Noyabr

Qürur məbədi

08:25
07 Noyabr

Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun və diplomatiyasının parlaq qələbəsi idi

08:20
07 Noyabr

Tarixi ədalətin təntənəsi

08:15
07 Noyabr

Milli qürurumuzun ünvanı

08:10
07 Noyabr

Şuşa - Şanlı Zəfərimizin rəmzi 

08:05
07 Noyabr

OTUZ İLLİK İŞĞALIN 44 GÜNLÜK ZƏFƏR YEKUNU

08:00
07 Noyabr

“Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

04:00
07 Noyabr

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:58
07 Noyabr

“BAKIENERÆİTİKİNTİ” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

03:50
07 Noyabr

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

23:10
06 Noyabr

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

22:48
06 Noyabr

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

22:39
06 Noyabr

“Neftçi” “Kəpəz”ə qalib gəlib

22:21
06 Noyabr

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib  

21:23
06 Noyabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

21:09
06 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb  

20:59
06 Noyabr

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib  

20:51
06 Noyabr

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib  

20:50
06 Noyabr

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər  

20:42
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!