06 Noyabr 2026 19:58
200
SİYASƏT
A- A+
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib  

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib  


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

“Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu”nun iştirakçıları olan 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçiləri xalqımızın tarixində ən şanlı səhifələrdən olan 8 Noyabr Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Sizə müraciət etməkdən böyük qürur hissi keçiririk!

Siz Azərbaycan xalqına tarixi Qələbə yaşatmış, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, xalqımızın milli qürurunu və ləyaqətini özünə qaytarmış, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandansınız. Sizin qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və müdrik strategiyanız nəticəsində xalqımızın onilliklər boyu qəlbində yaşatdığı Zəfər arzusu artıq gerçəkləşib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli iradənin, dövlətçilik əzminin, xalq-iqtidar birliyinin və tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan Zəfər Azərbaycanı yeni tarixi mərhələyə çıxardı, ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan yalnız torpaqlarını azad etmiş, suverenliyini bərpa etmiş dövlət deyil. Azərbaycan regionun siyasi və iqtisadi reallıqlarını müəyyən edən, beynəlxalq münasibətlər sistemində mövqeyi və sözü ilə seçilən, artan imkanları və nüfuzu ilə orta güc mərkəzinə çevrilən dövlətdir. Müharibədə Qələbə qazanmış Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi Sizin siyasi liderliyinizin mühüm tarixi nəticəsidir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi, müasir şəhər və kəndlərin salınması qalib Azərbaycanın gələcəyə baxışının ifadəsidir. Qarabağ və Şərqi Zəngəzurda yenidən həyatın canlanması Qələbəmizin əbədi və dönməz nəticələrini nümayiş etdirir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. Bu gücün təməlində bizi birləşdirən azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimiz, tarixi yaddaşımız və ümummilli həmrəyliyimiz dayanır. Bu baxımdan milli ideoloji təhlükəsizliyin qorunması, cəmiyyətin yad təsirlərdən və dezinformasiyalardan müdafiəsi, dövlətçilik maraqlarının, tarixi həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin təbliği xüsusi əhəmiyyət daşıyır.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə keçirilən COP29, Ümumdünya Şəhərsalma Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər Azərbaycanın qlobal proseslərdə artan rolunu, təşkilatçılıq imkanlarını və beynəlxalq etimadını təsdiqləyir, bizi həm də öz dəyərlərimizi qorumağa, onları müdafiə etməyə ruhlandırır.

Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin fəal təmsilçiləri olaraq bu istiqamətdə öz məsuliyyətini dərindən dərk edir və dövlətimizin milli maraqlarının, mənəvi və Konstitusion dəyərlərinin qorunmasına bundan sonra da töhfə verməyə hazır olduğunu bildirir.

Hörmətli cənab Prezident!

Biz – Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Gəncədə toplaşdığımız Forum çərçivəsində mina qurbanlarının iştirakı ilə keçirilən amputant futbol oyununu seyr edərkən bir daha əmin olduq ki, Azərbaycan xalqının yenilməz ruhunu heç bir mina, heç bir müharibə yarası sarsıda bilməz – bu insanların meydanda nümayiş etdirdiyi iradə, həyat eşqi və mübarizə əzmi bizim Qələbəmizin xalqımızın qəlbində əbədi məskən salmasının parlaq təzahürü idi.

Möhtərəm cənab Prezident!

Bu əlamətdar gün ərəfəsində bir daha bəyan edirik ki, Azərbaycan QHT-ləri Sizin rəhbərliyinizlə həyata keçirilən siyasəti tam dəstəkləyir, müstəqil və qüdrətli Azərbaycanın gələcəyinə böyük inamla baxır.

Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə gələcək qələbələrimizin təminatıdır!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

23:10
06 Noyabr

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

22:48
06 Noyabr

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

22:39
06 Noyabr

“Neftçi” “Kəpəz”ə qalib gəlib

22:21
06 Noyabr

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib  

21:23
06 Noyabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

21:09
06 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb  

20:59
06 Noyabr

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib  

20:51
06 Noyabr

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib  

20:50
06 Noyabr

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər  

20:42
06 Noyabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

20:33
06 Noyabr

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər  

20:29
06 Noyabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

20:29
06 Noyabr

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan  

20:23
06 Noyabr

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən  

20:19
06 Noyabr

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib  

19:58
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3

19:39
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!