06 Noyabr 2026 13:15
216
SİYASƏT
A- A+
Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 5-6-da Koreya Respublikasının paytaxtı Seulda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 13-cü Baş Assambleyasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, 36 ölkədən 83 siyasi partiyanın nümayəndələrinin qatıldığı tədbir “Dəyişən dünyada etimadın bərpası” mövzusuna həsr olunub. Açılış mərasimində Koreya Respublikasının Prezidenti Li Ce Myunun tədbir iştirakçılarına videomüraciəti təqdim olunub, “Mincu” (Demokratik) Partiyasının rəhbəri Kim Min-seok, Xalqın Gücü Partiyasının rəhbəri Canq Donq-hyeok, ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq və Milli Assambleyanın sədri Ço Ceonqsik çıxış ediblər.

Baş Assambleyada siyasi partiyalar arasında dialoqun inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, süni intellektin imkanlarından istifadə və iqlim dəyişikliyi ilə mübarizə məsələləri müzakirə edilib.

Birinci plenar sessiyada çıxış edən Tahir Budaqov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin regionda sülh və əməkdaşlıq üçün yaratdığı yeni imkanlardan, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən, innovasiyaların tətbiqi və ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdən bəhs edib. O, həmçinin YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransların siyasi dialoqun və partiyalararası əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Tahir Budaqov Azərbaycan, Banqladeş, Çin, Malayziya və Vyetnam nümayəndələri ilə birlikdə 13-cü Baş Assambleyanın Büro sədrinin müavini seçilib.

Noyabrın 6-da Baş Assambleya çərçivəsində keçirilən ICAPP Media Forumunun 8-ci iclasında çıxış edən Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə süni intellektin jurnalistikaya təsiri, dezinformasiyaya qarşı mübarizə və etibarlı informasiya mühitinin qorunmasının əhəmiyyətindən danışıb.

Bağlanış sessiyasında plenar sessiyaların və ICAPP Media Forumunun 8-ci iclasının nəticələrinə dair hesabatlar təqdim olunub, Seul Bəyanatı qəbul edilib. 14-cü Baş Assambleyaya 2028-ci ildə ev sahibliyi edəcək Vyetnam Kommunist Partiyasının nümayəndələrinə təşkilatın bayrağı və sədr çəkici təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  

13:31
06 Noyabr

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  

13:22
06 Noyabr

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNƏCƏK

13:21
06 Noyabr

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

13:18
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

13:17
06 Noyabr

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 9,3 faiz yüksəlib

13:16
06 Noyabr

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

13:15
06 Noyabr

Sabah hava yağıntılı olacaq

13:14
06 Noyabr

Lu Mey: Çin və Azərbaycan arasında minatəmizləmə əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

13:12
06 Noyabr

Anar Axundov: Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7 faiz artıb  

13:09
06 Noyabr

Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır

13:08
06 Noyabr

Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

13:03
06 Noyabr

Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb

12:57
06 Noyabr

Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb  

12:27
06 Noyabr

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb  

12:07
06 Noyabr

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

12:01
06 Noyabr

Banqladeşli nazir: Yeni texnologiya tətbiq olunmamışdan əvvəl həll edilməli problem düzgün müəyyənləşdirilməlidir  

12:00
06 Noyabr

Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb  

11:51
06 Noyabr

Vətən müharibəsinin hər günü şanlı tarix və Zəfər salnaməsidir  

11:41
06 Noyabr

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

11:36
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!