06 Noyabr 2026 11:36
237
CƏMİYYƏT
A- A+
Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca, Macarıstanın regional inkişaf və kənd inkişafı naziri Viktoriya Lorints, Türkiyənin Kibertəhlükəsizlik İdarəsinin rəhbərinin müavini Yusuf Tancan, Yunanıstanın daxili işlər nazirinin müavini Paraskevi Xaralampocyanni, Sent-Vinsent və Qrenadinin təhsil, innovasiya, rəqəmsal transformasiya və informasiya sahələri üzrə dövlət naziri Lavern Kinq, Madaqaskarın əmək, məşğulluq və dövlət qulluğu naziri Denis Frankonio Mak və Seneqalın dövlət qulluğu, əmək və dövlət qulluğu islahatları naziri Mamadu Lamin Diante ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqlar Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar.

Sammitin dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan və səmərəli təşkili, eləcə də beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi üçün mühüm platforma olduğu qeyd edilib.

Pakistan tərəfi ilə keçirilən görüşdə “ASAN xidmət” modelinin bu ölkədə uğurla tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun və əlçatanlığının artırılmasına verdiyi töhfə diqqət mərkəzində olub.

Tədbir çərçivəsində pakistanlı nazir “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Yunanıstan tərəfi ilə görüşdə “ASAN xidmət” modelinin fəaliyyəti və tətbiq imkanları diqqət mərkəzində olub, bu təcrübənin öyrənilməsinə maraq ifadə edilib.

Macarıstan tərəfi ilə keçirilən görüşdə isə Azərbaycanın “ASAN xidmət” modeli ilə yanaşı, ASAN könüllülük konsepsiyasının da öyrənilməsinə xüsusi maraq ifadə olunub.

Sent-Vinsent və Qrenadin tərəfi də “ASAN xidmət” modelinin öyrənilməsi və ölkədə tətbiqi imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildirib.

Madaqaskar tərəfi Azərbaycan brendi olan, vətəndaşlara əlçatan, şəffaf və bürokratik maneələrdən kənar dövlət xidmətləri modelinin – “ASAN xidmət”in fəaliyyət prinsipləri ilə tanış olmaq, bu təcrübəni öyrənmək və ölkələrində tətbiq imkanlarını nəzərdən keçirməkdə maraqlı olduğunu ifadə edib.

Seneqal tərəfi ilə görüş zamanı 2025-ci ilin iyunun 3-də t tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər planına dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb  

11:51
06 Noyabr

Vətən müharibəsinin hər günü şanlı tarix və Zəfər salnaməsidir  

11:41
06 Noyabr

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

11:36
06 Noyabr

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

11:14
06 Noyabr

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib  

11:03
06 Noyabr

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib  

10:49
06 Noyabr

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

10:29
06 Noyabr

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!