06 Noyabr 2026 09:59
230
CƏMİYYƏT
A- A+
Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

30 illik gözlənti, doğma yurdun itirilməsinin ağrısı, eyni sualı verən minlərlə məcburi köçkün: “Biz nə vaxt evimizə qayıdacağıq?” və nəhayət, tarixi ədalətin təntənəsi...

Cəbhəyanı ərazilərdə uzun illər Azərbaycan xalqı ilə çiyin-çiyinə sınaqlardan keçmiş tanınmış litvalı jurnalist Riçardas Lapaytis Zəfər Günü ərəfəsində “Qarabağ gündəliyi” kitabını təqdim edəcək.

O, AZƏRTAC-ın müxbirinə müsahibəsində təəssüratlarından, Qələbəyə inamından, eləcə də bu gün təkcə Qafqaz üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıyan əzmkarlıq dərslərindən danışıb.

“Tezliklə bütün Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə Gününü – işğaldan azad olunma gününü, ədalətsizlik üzərində qələbəni, təxminən 30 il gözlənilən günü qeyd edəcək.

Bu baxımdan, kitabın nəşri böyük hədiyyə olub. Hətta, deyərdim, bu, əsl təsadüfdür. Belə ki, kitabın məhz bu günlərdə işıq üzü görəcəyini əvvəlcədən planlaşdırmamışdım. Lakin düşünürəm ki, kitabın məhz bu dövrdə çapdan çıxması həyatımın ən gözəl təsadüflərindən biridir. Kitabın Litvada, Zəfər Günü münasibətilə Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və səfir Tamerlan Qarayevin şəxsi təşəbbüsü ilə Vilnüsdə təqdim olunması da rəmzi məna daşıyır. Biz Azərbaycanın Zəfər Gününü qeyd edəcək, eyni zamanda, “Qarabağ gündəliyi” kitabını da təqdim edəcəyik. Bu, mənim üçün olduqca mühüm hadisədir”, – deyə jurnalist bildirib.

Müsahibimiz belə bir gündə keçirdiyi hissləri bölüşüb: “Ürəyim doludur, deməyə o qədər söz var ki, onları ifadə etmək çətindir. Azərbaycan xalqı ilə birlikdə keçdiyim 30 il ərzində, cəbhəyanı ərazilərdə aylarla yaşadığım və qaçqın düşərgələrində çalışdığım müddətdə insanların tarixi vətənlərini bir daha görə bilmədən dünyadan köçdüyünün şahidi olmuşam. Bu gün nə hiss edirəm? Azərbaycan əsgərinə və hər şeydən əvvəl bu addımı atmaq qərarına gələn Azərbaycan Prezidentinə qarşı dərin qürur və hörmət hissi keçirirəm.

Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edərkən Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərində qarşılaşdığı ən çətin sual barədə danışdığını xatırlayıram. İnsanlar ondan soruşurdular: “Biz nə vaxt evimizə qayıdacağıq?” Bir anlıq təsəvvür edin. Son dərəcə mürəkkəb siyasi şəraitdə belə bir sualı eşitmək və ona cavab axtarmaq necə də çətin idi. Amma Allaha şükürlər olsun ki, həmin gün gəlib çatdı”.

Vətən müharibəsi zamanı R.Lapaytis hər gün baş verən hadisələri izləyir, ilk soyuqlar düşənə və qar yağana qədər Azərbaycan əsgərinin Şuşaya daxil olması, şəhərdə Azərbaycan bayrağının dalğalanması üçün dua edirdi.

“Yəqin ki, zaman keçdikcə Ukrayna da, işğalla üzləşmiş digər ölkələr də bunu anlayacaqlar. Bu məqamda Prezident İlham Əliyevin sözlərini təkrarlamaq istərdim: “Heç vaxt işğalla barışmayın. Necə ki, Azərbaycan xalqı barışmadı”. Baxın, onların inamı, əzmkarlığı və cəsarəti Qarabağın azad olunmasına gətirib çıxardı.

Bütün Azərbaycan xalqı və ən çətin anlarda yanımızda olan əsl dostlar qarşısında böyük qürur hissi keçirirəm. Hamınızın qarşısında baş əyirəm. Hər bir azərbaycanlıya ən səmimi hörmətimi və sevgimi çatdırıram”, – deyə tanınmış jurnalist sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!