06 Noyabr 2026 12:07
230
CƏMİYYƏT
A- A+
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb  

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb  


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında milli birliyin, həmrəyliyin və Vətənə sədaqətin təcəssümü kimi xüsusi yer tutduğu bildirilib. Qeyd olunub ki, bu əlamətdar gün xalqımızın öz dövlətçiliyinə, dəyərlərinə və ərazi bütövlüyünə bağlılığını nümayiş etdirən, gələcək nəsillər üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyan qürur mənbəyidir.

Bəyanatda bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi əməliyyatlara başlaması nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi üçün ciddi təhdidlər yaranıb, yaşayış məntəqələri, mülki infrastruktur və sosial obyektlər zərər görüb. Azərbaycan Respublikası beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərinin işğaldan azad olunması və əhalisinin təhlükəsizliyinin təmin olunması istiqamətində əks-hücum əməliyyatları həyata keçirib.

Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində 44 gün davam edən Vətən müharibəsi tarixi Zəfərlə başa çatıb, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələr əldə edilib.

Qeyd olunub ki, bu Qələbə ədalətin təcəssümü ilə bərabər, keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası, mülki əhalinin həyat və təhlükəsizliyinin təmini, uzun illər müddəaları yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası baxımından mühüm nəticələr doğurub.

Bəyanatda postmüharibə dövründə sülh və əmin-amanlıq üçün təhlükə yaradan işğalçı və separatçı qüvvələrin təxribatlarının qarşısının alınması ilə bölgədə təhlükəsizliyin təmin edildiyi, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin suverenliyinin tam təmin olunması ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlandığı diqqətə çatdırılıb.

Həmçinin bildirilib ki, ötən ilin avqustunda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması regionda sülh gündəliyinin irəli aparılması, qonşuluq münasibətlərinin formalaşdırılması və xalqların dinc yaşaması üçün yeni perspektivlər yaradıb.

Səbinə Əliyeva əldə olunmuş müsbət nəticələrə baxmayaraq, müharibə dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, eləcə də işğal dövründə regionun ekoloji sisteminə, təbii sərvətlərinə, flora və faunasına vurulmuş ağır ziyan nəticəsində baş verən fəsadların aradan qaldırılması kimi mühüm humanitar məsələlərin öz həllini gözlədiyini vurğulayıb.

Ombudsman beynəlxalq təşkilatları, ombudsman və milli insan hüquqları təsisatlarını müharibənin humanitar nəticələrinin aradan qaldırılması, itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinə dəstək göstərilməsi, mina təhlükəsinə qarşı mübarizə və dayanıqlı sülhün təşviqi istiqamətində səylərini davam etdirməyə çağırıb.

Bəyanatın sonunda Zəfər Gününün altıncı ildönümündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, ölkəmizə və regionumuza davamlı sülh, təhlükəsizlik, əmin-amanlıq və firavan gələcək arzulanıb.

Bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların rəhbərlərinə, beynəlxalq və regional ombudsman təsisatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də diaspor təşkilatlarımıza göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  

13:31
06 Noyabr

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  

13:22
06 Noyabr

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNƏCƏK

13:21
06 Noyabr

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

13:18
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

13:17
06 Noyabr

Dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri 9,3 faiz yüksəlib

13:16
06 Noyabr

Tahir Budaqov ICAPP-ın Büro sədrinin müavini seçilib

13:15
06 Noyabr

Sabah hava yağıntılı olacaq

13:14
06 Noyabr

Lu Mey: Çin və Azərbaycan arasında minatəmizləmə əməkdaşlığı qlobal təhlükəsizliyə töhfə verir

13:12
06 Noyabr

Anar Axundov: Qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7 faiz artıb  

13:09
06 Noyabr

Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalına başlayır

13:08
06 Noyabr

Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

13:03
06 Noyabr

Peru mətbuatı Azərbaycanın Zəfər Günündən yazıb

12:57
06 Noyabr

Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb  

12:27
06 Noyabr

Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb  

12:07
06 Noyabr

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

12:01
06 Noyabr

Banqladeşli nazir: Yeni texnologiya tətbiq olunmamışdan əvvəl həll edilməli problem düzgün müəyyənləşdirilməlidir  

12:00
06 Noyabr

Şirvanda Vətən müharibəsi şəhidi Ramil Əliyevin xatirəsi anılıb  

11:51
06 Noyabr

Vətən müharibəsinin hər günü şanlı tarix və Zəfər salnaməsidir  

11:41
06 Noyabr

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

11:36
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!