06 Noyabr 2026 17:36
187
SİYASƏT
A- A+
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  


Noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu (WUF) və digər beynəlxalq platformalar çərçivəsində sədrlikləri, irəli sürdüyü təşəbbüslər, keçirdiyi yüksək səviyyəli tədbirlər və əldə olunan nəticələr xüsusi vurğulanıb.

Ölkəmizdə noyabrın 5-6-da BMT İdarəetmə İnnovasiyaları Sammitinin uğurla keçirilməsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində təcrübəsinin, xüsusilə “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə təşviqi və müxtəlif ölkələrdə tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər qeyd olunub.

Nazir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək həyata keçirilməsi prosesinə verdiyi töhfələr, bu istiqamətdə milli səviyyədə görülən tədbirlər, eləcə də beynəlxalq inkişaf gündəliyinə dəstək məqsədilə həyata keçirilən donorluq və humanitar fəaliyyət barədə məlumat verib.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın genişləndirilməsinin, C6 formatının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi, Orta Dəhlizin potensialından səmərəli istifadə, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsal transformasiya və regional tranzit imkanlarının inkişafı məsələlərinə toxunulub.

Nazir Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, müasir infrastrukturun yaradılması və ərazilərin iqtisadi reinteqrasiyası istiqamətində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın işğalı dövründən qalmış mina və partlamamış hərbi sursat təhlükəsinin bərpa-quruculuq prosesinə, insanların təhlükəsizliyinə və dayanıqlı inkişafa yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.

Tərəflər, həmçinin mövcud qlobal və regional təhdidlər, beynəlxalq sülh və təhlükəsizliyə təsir edən çağırışlar, iqtisadi və sosial inkişafın təşviqi, eləcə də BMT çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

18:23
06 Noyabr

Göbələk infeksiyalarına qarşı yeni molekullar hazırlanıb  

18:23
06 Noyabr

Çin dizel ixracını azaltmağı planlaşdırır

18:17
06 Noyabr

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

18:13
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB

18:09
06 Noyabr

Rubio istefa verəcəyi barədə məlumatları təkzib edib

18:09
06 Noyabr

Donald Tramp: ABŞ Hörmüz boğazında tam nəzarəti təmin edib

17:59
06 Noyabr

XVI əsrə aid şifrəli qıfılın kodu açılıb  

17:47
06 Noyabr

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

17:36
06 Noyabr

"Qırmızı qızıl" azalır  

17:31
06 Noyabr

Fransada aksiyaçıların sayı artıb

17:15
06 Noyabr

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

17:05
06 Noyabr

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

17:04
06 Noyabr

Rumıniyanın milli xəbər agentliyi Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirdən yazıb  

16:58
06 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:56
06 Noyabr

BMT: 90 milyona yaxın köçkün insan iqlim riskləri ilə üz-üzədir

16:54
06 Noyabr

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub YENİLƏNİB 

16:46
06 Noyabr

Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ

16:43
06 Noyabr

Surinamla ticarət, investisiya, energetika sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

16:43
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər YENİLƏNİB

16:41
06 Noyabr

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

16:32
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!