06 Noyabr 2026 19:18
206
CƏMİYYƏT
A- A+
Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, sammitin bağlanış sessiyasında BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbirin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və dövlət idarəçiliyində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, sammit çərçivəsində aparılan müzakirələrin və nəticələrin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmə sistemlərinin müasirləşdirilməsinə və gələcəyə hazır dövlət institutlarının formalaşdırılmasına töhfəsi qeyd olunub. Ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, birgə təşəbbüslərin inkişaf etdirilməsinin və vətəndaşyönümlü dövlət xidmətlərinin genişləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunan sammitdə təşkilata üzv ölkələrin nazirləri və yüksəksəviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edib.

Tədbir çərçivəsində dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzular müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

Qarğıdalı genləri düyünün məhsuldarlığını onlarla faiz artıra bilər  

18:58
06 Noyabr

Kaliforniya qubernatoru 548 məhkumun cəzasını ömürlük həbslə əvəz edib

18:46
06 Noyabr

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

18:36
06 Noyabr

İnternetə yeni qoşulanları kiberfırıldaqçılardan necə qorumaq olar?

18:34
06 Noyabr

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

18:32
06 Noyabr

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

18:23
06 Noyabr

Göbələk infeksiyalarına qarşı yeni molekullar hazırlanıb  

18:23
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB

18:19
06 Noyabr

Çin dizel ixracını azaltmağı planlaşdırır

18:17
06 Noyabr

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

18:13
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB

18:09
06 Noyabr

Rubio istefa verəcəyi barədə məlumatları təkzib edib

18:09
06 Noyabr

Donald Tramp: ABŞ Hörmüz boğazında tam nəzarəti təmin edib

17:59
06 Noyabr

XVI əsrə aid şifrəli qıfılın kodu açılıb  

17:47
06 Noyabr

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

17:36
06 Noyabr

"Qırmızı qızıl" azalır  

17:31
06 Noyabr

Fransada aksiyaçıların sayı artıb

17:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!