07 Noyabr 2026 09:29
119
SİYASƏT
A- A+
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  


ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.

AZƏRTAC ABŞ Dövlət Departamentinə istinadla xəbər verir ki, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən yayılan birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.

“Bu forum üç ölkənin siyasi qərar qəbul edən rəsmilərini və texniki mütəxəssislərini bir araya gətirərək, regionda uzunmüddətli sabitliyin təmin olunması, iqtisadi fəallığın artırılması, regional bağlantıların inkişafı və ticarət rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətə şərait yaradır. Bu əməkdaşlıq, eyni zamanda, Prezident Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də qəbul edilmiş tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha vurğulayır”,- deyə bəyanatda deyilir.

İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə iki texniki planlaşdırma qrupunun yaradılması razılaşdırılıb.

Bildirilib ki, bu qruplar mürəkkəb texniki məsələlərin həllinə, layihənin icrasının növbəti mərhələlərinə keçidə və marşrutun digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsinə xidmət edəcək.

Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!