08 Sentyabr 2024 09:05
91
Təhsil
A- A+

Qubanın kəndində yeni məktəb binasının açılışı olub

 

Qubanın Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbi üçün tikilən yeni binasının açılış mərasimi keçirilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Azərbaycanda aparılan təhsil islahatlarından, təhsilə göstərilən dövlət qayğısından söz açıb. 
İ.Mahmudov vurğulayıb ki, rayon üzrə bu il də yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclər çoxdur. Ümumilikdə qubalı abituriyentlər əvvəlki illərdən fərqli olaraq ali məktəblərə yüksək balla daxil olurlar. Bu, rayonda təhsilin keyfiyyətinin yüksəlməsinin nəticəsidir.    
Azərbaycan elm və təhsil nazirinin müşaviri Elnur Əliyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev də müəllim və şagird heyətini məktəbin yeni binasının açılışı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, təhsilin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsindən danışıblar.  Mərasimdə həmçinin şəhid baçısı Sevil Mursalova və kənd ziyalıları çıxış edərək yeni məktəb binasının ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini bildiriblər. 
Qeyd edək ki, 264 şagirdlik yeni məktəb binası 3 mərtəbəli olmaqla 21 sinif otağından, akt, idman zalları və mini stadiondan, kitabxana, informatika, hərbi hazırlıq kabinetlərindən, laboratoriyadan, bufetdən və digər otaqlardan ibarətdir.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video