07 Sentyabr 2024 09:20
4737
Oxucu məktubları
A- A+
Tarixi mədəniyyət abidələrimizi göz bəbəyimiz kimi qorumalıyıq

Tarixi mədəniyyət abidələrimizi göz bəbəyimiz kimi qorumalıyıq

 

Azərbaycanın  hər bölgəsi, o cümlədən Abşeron yarımadası  tarixi və mədəni abidələrlə  zəngindir və demək olar ki, onların hamısı dövlət mühafizəsi altındadır. 
Təəssüf ki, tarix və mədəniyyət abidələrimizə bəzən biganəlik göstərilir, onlar ya  dağıdılır, ya da yaxşı qorunmur.
Götürək dövlət qeydiyyatında və mühafizəsində olan Bakının Sabunçu  rayonu Ləhiş bağlar massivinin ərazisindəki  4483 nömrəli bağ sahəsinin cənub-qərbində, 35-ci dalanın sonunda yerləşən tarixi qəbirlər, qədim yaşayış yeri və kurqan abidələr kompleksini. Həyəcanla bildirmək istəyirik  ki,  bu arxeoloji abidələr bir qrup şəxs tərəfindən mütəmadi dağıntılara məruz qalır. Əgər belə davam etsə və ciddi tədbirlər görülməsə, abidələr tamamilə məhv olacaq. Nəticədə ərazi öz tarixinin bir çox fraqmentini itirəcək. 
Tarixi abidələr təkcə mənəvi dəyər daşımır, arxeoloji ərazilərdəki bu artefaktlar həm də mühüm məlumat mənbəyidir. Unutmayaq ki, bir xalqın konkret coğrafi məkanda əsrlərdən bəri təşəkkül tapdığını, kimliyini isbat edən əsas fakt məhz belə tarixi-mədəni abidələr sayılır. Bu yadigarlar həm də keçmişdən gələcəyə bir körpüdür. Odur ki, tarixi mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Gəlin abidələrimizi, tarixi irsimizi göz bəbəyimiz kimi qoruyaq, onları gələcək nəsillərə layiqli şəkildə ötürək. 

Fəxrəddin GÖZƏLOV,
"Qəsr" Mədəni İrsi və Tarixi Abidələri  Qoruyaq" İctimai Birliyinin İdarə Heyətinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

17:06
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:04
13 May

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

17:02
13 May

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

16:58
13 May

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

16:41
13 May

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilir YENİLƏNİB

16:38
13 May

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

16:27
13 May

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

15:51
13 May

“AzerGold” tərəfindən Azərbaycanda ilk dəfə geoloji kəşfiyyat informasiya sistemi yaradılıb

15:40
13 May

Qazaxıstan Xəzərin dayazlaşması ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparır

15:36
13 May

Gürcüstanın Baş naziri ABŞ Prezidentinə açıq məktubla müraciət edib

15:04
13 May

Bakıda mozaikaların bərpası davam edir

14:57
13 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

14:55
13 May

Ukrayna Putinlə danışıqlara qoyulan qadağanı aradan qaldıra bilər

14:53
13 May

Çin “Boeing” təyyarələrinin alınmasına qoyulan qadağanı aradan qaldırıb

14:51
13 May

Türkiyəli ekspert: Ermənistan regionda etimad mühiti yaradılması addımından uzaqdır

14:47
13 May

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

14:45
13 May

Cari ildə əsas kapitala 5 milyarddan çox vəsait yönəldilib

13:45
13 May

Altmış nəfərə qarşı dələduzluq edən turizm şirkətinin qadın rəhbəri həbs olunub

13:43
13 May

Sabahın hava proqnozu açıqlanıb

13:41
13 May

AÇG və “Şahdəniz” yatağından hasil edilən neftin mütləq əksəriyyəti ixrac edilib

13:26
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!