17 Dekabr 2025 16:51
958
PARLAMENT
A- A+
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, 2025-ci il ərzində əlaqələrdə, qarşılıqlı səfər və görüşlərdə müşahidə olunan müsbət dinamikadan məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin tərəflər arasında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və bunu tarixi hadisə kimi dəyərləndirib. Diplomat tərəflər arasında sülhün əldə edilməsi istiqamətində irəliləyişlərin həm region, həm qitə, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu söyləyib.

Milli Məclisin sədri diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib. Bu kontekstdə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də Azərbaycan–Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.

S.Qafarova, həmçinin Milli Məclisin Avropa İttifaqına üzv ölkələrin parlamentləri ilə sıx əməkdaşlığını qeyd edib. O, özünün bu istiqamətdə səfərlərini və görüşlərini məmnunluqla xatırlayıb.

Azərbaycan parlamentinin sədri Avropa Parlamentinin ölkəmiz əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş nailiyyətlərin bu qətnamələrin nə dərəcədə qərəzli olduğunu bir daha sübut etdiyini deyib.

Söhbət zamanı, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri nəzərdən keçirilib. O cümlədən, enerji sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların olduğu diqqətə çatdırılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina Fasoda silahlılar 11 polisi öldürüblər  

17:09
22 Yanvar

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib

16:44
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb  

16:33
22 Yanvar

Dünya mediası: "Qarabağ"ın Avropa arzusu davam edir  

16:27
22 Yanvar

Tramp Venesuelanın neft fondlarına nəzarəti ələ alıb  

16:23
22 Yanvar

Almaniya Kansleri: Böyük güclərin formalaşdırdığı bir dünya artıq yeni reallıqdır  

16:19
22 Yanvar

Putin Sülh Şurasına 1 milyard dollar ayırmağa hazır olduğunu bildirib

16:13
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır  

15:41
22 Yanvar

Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub

15:39
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!