17 Dekabr 2025 20:58
160
CƏMİYYƏT
A- A+
Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  


17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə müdafiə sənayesi naziri Vüqar Mustafayev və nazirliyin əməkdaşları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında geniş tərkibdə davam etdirilib. Rəsmi hissənin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Sonra MSN-in 20 illik fəaliyyətini əks etdirən “Dəmirin səsi” adlı film nümayiş olunub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev peşə bayramı və MSN-in yaradılmasının 20 illik yubileyi ilə əlaqədar kollektivi təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir bildirib ki, müasir dövrdə müdafiə sənayesi artıq yalnız silah və hərbi texnika istehsalı ilə məhdudlaşmır, elmi-texnoloji inkişafın, insan kapitalına yatırılan sərmayələrin və milli iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib. O qeyd edib ki, son 20 ildə iqtisadi cəhətdən güclənən Azərbaycan bu sahədə milli maraqlara əsaslanan, müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub.

V.Mustafayev Prezident İlham Əliyevin müdafiə sənayesi ilə bağlı müəyyən etdiyi hədəflərə toxunaraq, dövlətimizin başçısının bu sahədə yüksək texnologiyaların tətbiqi və milli istehsal potensialının artırılması ilə bağlı verdiyi tapşırıqların nazirliyin bütün struktur bölmələrində fəaliyyətin səmərəliliyini artırdığını diqqətə çatdırıb.

Nazir müasir müharibələrin xarakterinin dəyişdiyini qeyd edərək, XXI əsrdə döyüş meydanında pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, süni intellekt əsaslı idarəetmə sistemləri, elektron müharibə və kiberməkanın həlledici rol oynadığını bildirib. O, Vətən müharibəsinin bu reallıqları təcrübədə təsdiqlədiyini və yerli istehsalın, texnoloji çevikliyin əhəmiyyətini açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

Silahlı Qüvvələrin ehtiyaclarının operativ və keyfiyyətli təmin edilməsi məqsədilə müdafiə sənayesi müəssisələrində genişmiqyaslı modernizasiya işləri aparıldığını, istehsal sahələrinin yeniləndiyini, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsinin artırıldığını vurğulayan V.Mustafayev zavodların istehsal imkanlarının artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edildiyini, eyni zamanda, ixrac potensialının genişləndirildiyini diqqətə çatdırıb.

Nazir müdafiə sənayesi sahəsində özəl sektorun roluna xüsusi diqqət yetirərək, hazırda 15 özəl şirkətin bu sahədə lisenziya əsasında fəaliyyət göstərdiyini, bu şirkətlərin dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar apardıqlarını diqqətə çatdırıb. O, artıq bir sıra özəl şirkətlərin məhsullarının dövlət sifarişi çərçivəsində Silahlı Qüvvələrə təhvil verildiyini də vurğulayıb.

V.Mustafayev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrdə müşahidə olunan müsbət dinamikadan bəhs edərək, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri və regional sülh gündəliyi çərçivəsində aparılan müzakirələrin həm təhlükəsizlik mühitinə, həm də müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

O, çıxışında kadr potensialının inkişafı və innovasiya fəaliyyətinin də prioritet istiqamətlərdən olduğunu bildirərək, intensiv təlim proqramları, ali təhsil müəssisələri ilə əməkdaşlıq və xaricdə təhsil imkanları hesabına müdafiə sənayesi üçün ixtisaslı kadr ehtiyatının formalaşdırılması istiqamətində əməli işlər görüldüyünü diqqətə çatdırıb.

Nazir sonda vurğulayıb ki, müdafiə sənayesi yalnız istehsal müəssisələrindən ibarət deyil, dövlət, ordu, elm və biznes arasında qarşılıqlı əlaqəyə əsaslanan kompleks ekosistem kimi fəaliyyət göstərir. Onun gücü ayrı-ayrı elementlərdə deyil, bu elementlər arasında qurulan effektiv əməkdaşlığa dayanır. Dövlət strukturları, ali təhsil və elmi-tədqiqat müəssisələri və özəl sektor ekosistemin əsas sütunlarını təşkil edir və dayanıqlı inkişaf yalnız onların koordinasiyalı fəaliyyəti ilə mümkündür.

“Vektor DS” şirkətinin rəhbəri Hicran Valehov çıxış edərək peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi münasibətilə MSN-in kollektivini təbrik edib, onların peşəkarlığını və göstərdikləri fədakarlığı yüksək qiymətləndirib. O, Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı və ixrac potensialının artırılmasının ölkəmizin strateji maraqlarına xidmət etdiyini və bu prosesdə dövlət-özəl tərəfdaşlığının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

H.Valehov yerli istehsal imkanlarının gücləndirilməsindən və beynəlxalq bazarlarda Azərbaycan istehsalı olan müdafiə təyinatlı məhsullara olan maraqdan bəhs edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ölkəmizdə müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, AzTU ilə MSN-in yaxından əməkdaşlıq etdiyini, müdafiə sənayesi sahəsində tədris və tədqiqat fəaliyyətlərini genişləndirməyə, sənayenin innovativ inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.

Rektor universitet və sənaye arasında əməkdaşlıq platformalarının yaradılmasının, həmçinin yeni layihələrin həyata keçirilməsinin milli müdafiə sənayesinin daha da güclənməsinə təkan verdiyini diqqətə çatdırıb.

V.Vəliyev gələcək nəsil mühəndislərin və tədqiqatçıların hazırlanmasında MSN-in rolunun əhəmiyyətindən danışıb və bu sahədə qarşılıqlı dəstəyin və əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.

Çıxışlardan sonra qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiyinə görə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları müxtəlif növ təltiflərlə mükafatlandırılıblar.

Tədbir bədii proqramla davam etdirilib.

Sonda V.Mustafayev və qonaqlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi diqqət və qayğının kiçik bir hissəsini özündə əks etdirən fotosərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!