17 Dekabr 2025 21:27
390
CƏMİYYƏT
A- A+
Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib


Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçin Azərbaycanın media nümayəndələri ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlikdə baş tutan görüşdə tədbirin Belarus tərəfi üçün əhəmiyyəti vurğulanıb və il ərzində görülən işlərə, aktual hadisələrin işıqlandırılmasına və peşəkar analitik materialların hazırlanmasına görə jurnalistlərə təşəkkür edilib. D.Pineviç iyirmiyə yaxın media qurumunun nümayəndələrinin iştirak etdiyi kollektiv görüşün informasiya-müzakirə platforması kimi dəyərləndirildiyini və Belarus–Azərbaycan münasibətlərinin daha da təkmilləşdirilməsinə yönəldiyini qeyd edib.

O bildirib ki, səfirlik ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə informasiya mübadiləsini davam etdirəcək. Səfirin sözlərinə görə, bu əməkdaşlığın inkişafına rəhbərlər və sahibkarlar, müxtəlif dövrlərdə Belarus diplomatları və diplomatik missiyanın indiki kollektivi öz töhfəsini verib.

2025-ci ilin yekunlarına toxunan D.Pineviç ikitərəfli əməkdaşlığın əsas müsbət istiqamətlərini diqqətə çatdırıb. Xüsusilə Belarus və Azərbaycan arasında siyasi qarşılıqlı fəaliyyətin intensivliyinin artdığını, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin dəyişməz qaldığını vurğulayıb.

“Yola salınan il qlobal beynəlxalq gündəmdə artan turbulentlik və parçalanmaya baxmayaraq, münasibətlərdə strateji tərəfdaşlığın möhkəmlənməsi ilə səciyyələnib. Hər iki ölkənin prezidentləri müdrik rəhbərlikləri ilə konstruktiv qarşılıqlı fəaliyyət nümunəsi nümayiş etdirirlər. Onların siyasi portfelində 12 ikitərəfli səfər və beynəlxalq platformalarda dəfələrlə görüşlər yer alır”, – deyə diplomat əlavə edib.

Onun sözlərinə görə, cari ildə Belarusun Baş naziri Aleksandr Turçinin və Parlamentin Respublika Şurasının sədri Natalya Koçanovanın, eləcə də onun müavininin Azərbaycana səfərləri uğurla həyata keçirilib. Bu səfərlər Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak məqsədi daşıyıb.

“Səfirlik bu mövzu ilə bağlı Bakıda keçirilən MDB Parlamentlərarası Assambleyasının konfransında da fəal iştirak edib. Beynəlxalq platformalarda Belarusun dəstəklənməsinə görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk və hər zaman qarşılıqlı şəkildə cavab veririk. Azərbaycan Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almasına dəstək verib, Belarus isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Azərbaycanın sədrliyinin uzadılmasını və UNESCO-nun orqanlarına keçirilən seçkilərdə ölkənizi dəstəkləyib”, – deyə D.Pineviç vurğulayıb.

İqtisadi-ticari əməkdaşlıqdan danışan səfir sənaye kooperasiyası təcrübəsinin genişləndirildiyini qeyd edib: “Oktyabr ayında Bakıda Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib. İlk dəfə olaraq iclas iki gün davam edib və Qarabağa səfəri də əhatə edib. Orada, həmçinin birgə layihələrimiz həyata keçirilir”.

Sənaye kooperasiyasının inkişafına toxunan səfir qeyd edib ki, Gəncə Avtomobil Zavodunun bazasında sistemli iş davam etdirilir və yarandığı vaxtdan bu günədək orada 14 min Belarus traktoru yığılıb. Hazırda yanğın-xilasetmə və digər texnikaların yığımı da həyata keçirilir. Bundan əlavə, “Vertus” şirkətinin Belarus–Azərbaycan birgə istehsalı olan 279 lift buraxılıb. Onun sözlərinə görə, müxtəlif mərhələlərdə icra olunan digər layihələrə də start verilir.

Səfir Azərbaycanda əczaçılıq sənayesinin yüksək inkişaf tempinə də diqqət çəkib: “Mən cənab Prezidentin də açılışında iştirak etdiyi əczaçılıq zavodlarını görmüşəm. Mütəxəssis kimi qeyd etməliyəm ki, istifadəyə verilmiş müəssisələrin səviyyəsi çox yüksəkdir və bu, yeni dərman vasitələrinin istehsalı üçün böyük potensial yaradır”.

Humanitar əməkdaşlıqdan danışan diplomat bildirib ki, ötən il ərzində birdəfəlik aksiyalardan daimi qarşılıqlı fəaliyyətə keçid edilib. Onun sözlərinə görə, iki ölkənin ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlər üzrə 70-dən çox əməkdaşlıq sazişi mövcuddur. Səfir əlavə edib ki, tərəfdaşlığın inkişafı fonunda ikili — Azərbaycan və Belarus diplomlarının verilməsi ilə birgə təhsil proqramlarının yaradılması imkanı nəzərdən keçirilir.

“Belarus tərəfindən Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsi məsələləri üzrə məsləhət dəstəyi göstərilib. Bu, Prezident İlham Əliyevin 2030-cu ilədək 21 yeni peşə məktəbinin istifadəyə verilməsi barədə qərarı fonunda xüsusi aktuallıq kəsb edir”, – deyə səfir vurğulayıb.

D.Pineviç hazırda səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və fəallaşdırılması istiqamətində iş aparıldığını da qeyd edib. Aktual sahələr kimi transplantologiya, onkologiya və ortopediya qeyd olunub. Bildirilib ki, ümumilikdə səhiyyə sistemi ikitərəfli fəal əməkdaşlıq üçün qarşılıqlı maraq doğurur.

Turizm mövzusuna da toxunan diplomat vurğulayıb ki, 2026-cı ildən etibarən Belarusda bu sahədə birbaşa hökumətə tabe olan yeni dövlət qurumu — Milli Turizm Agentliyi fəaliyyətə başlayacaq.

“Tibbi turizm və tarixi əhəmiyyətli məkanlara turist səfərləri sahələri də daxil olmaqla, bir-birimizi tamamlayacaq bir çox sektorlarımız var”, – deyə o əlavə edib.

Səfir tarixi yaddaşın qorunması mövzusunu da xüsusi qeyd edərək bildirib ki, 2025-ci il Belarus üçün mühüm əhəmiyyət daşıyır.

“Bu il ilk növbədə Böyük Vətən müharibəsində ümumi Qələbəmizin 80 illiyi ilə bağlıdır. Azərbaycan nümayəndələri Minskdə keçirilən tədbirlərdə iştirak ediblər. Yubiley münasibətilə iki fundamental kitab nəşr olunub və onların müəllifləri bu görüşə qatılıblar. Akademik Ziyad Səmədzadə media nümayəndələrinə “Bakı nefti. Faşizm üzərində Qələbənin açarı” adlı əsərini təqdim edib”, – deyə diplomat bildirib.

O, həmçinin Belarus torpaqlarının alman-faşist işğalçılarından azad edilməsində iştirak etmiş azərbaycanlı qəhrəmanların xatirəsinin ölkədə böyük ehtiramla yad edildiyini vurğulayıb.

Görüş zamanı səfir daha bir unikal nəşri — Belarusun 20 il ərzində yenilənmiş Milli Atlasını da təqdim edib. Belarus dövlətinin vizit kartı sayılan bu fundamental elmi-məlumat xarakterli kartoqrafik nəşr 20 fəsildən, 700-dən çox xəritədən, eləcə də zəngin illüstrativ və mətn materiallarından ibarətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 177 mina və 636 partlamamış hərbi sursat zərərsizləşdirilib  

12:36
12 Yanvar

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir 

12:31
12 Yanvar

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib YENİLƏNƏCƏK

12:23
12 Yanvar

Boqdan İvan: Rumıniya Avropa İttifaqının aparıcı təbii qaz istehsalçısıdır  

12:01
12 Yanvar

Donald Tramp hökumətlə İrana qarşı mümkün tədbirləri müzakirə edəcək  

11:48
12 Yanvar

BƏƏ naziri: Geosiyasi gərginliklər və iqtisadi qeyri-müəyyənliklər enerji sektorunda əlavə təzyiqlər yaradır  

11:39
12 Yanvar

Ötən il 54 min 500 şəxsə əlillik təyin olunub  

11:37
12 Yanvar

ABŞ-ın neft qaçaqmalçılığının qarşısını alması qiymətin yüksəlməsinə səbəb olub  

11:22
12 Yanvar

İranda iğtişaşlar zamanı təxminən 150 təcili yardım maşını zədələnib  

11:11
12 Yanvar

Hindistanın sonuncu peyk buraxılış raketinin missiyasında uğursuzluq qeydə alınıb  

11:01
12 Yanvar

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib  

10:58
12 Yanvar

Son iki gündə 115 cinayətin açılması təmin edilib

10:48
12 Yanvar

Dünya bazarında qızıl 94 dollaradək bahalaşıb  

10:43
12 Yanvar

Dünya birjalarında neft bahalaşıb

10:31
12 Yanvar

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

10:23
12 Yanvar

Tramp: İran ABŞ-a danışıq təklif edib  

10:02
12 Yanvar

Şamaxıda zəlzələ olub  

09:39
12 Yanvar

Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək  

09:32
12 Yanvar

Fransalı fermerlər etiraz aksiyalarını davam etdirirlər  

09:30
12 Yanvar

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub  

09:27
12 Yanvar

Avropa tərəfi MERCOSUR sazişini bu həftə imzalayacaq  

08:29
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!