10 Yanvar 2026 08:05
384
SİYASƏT
A- A+
Azərbaycandan dünyaya mesajlar

Azərbaycandan dünyaya mesajlar


Ötən il də ölkəmiz beynəlxalq tədbirlərin etibarlı ünvanı kimi diqqət çəkdi 


Bu gün Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi, qlobal miqyaslı problemlərin dialoq yolu ilə həll edildiyi platforma kimi tanınır. Bu mənada ötən il də istisna olmadı və Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə uğurla evsahibliyi edərək dünya birliyində etibarlı tərəfdaş olduğunu və ona olan etimadı layiqincə doğrultduğunu bir daha təsdiqlədi. Müxtəlif sahələri əhatə edən bu tədbirlər ölkəmizin təşkilatçılıq qabiliyyətinin yüksək səviyyədə olmasını ortaya qoymaqla yanaşı, artan siyasi, iqtisadi, mədəni nüfuzunu da nümayiş etdirdi. 

Bu tədbirlərin bir çoxunun həm də Azərbaycanın qüdrətinin, sülh təşəbbüslərinin, quruculuq və qayıdış zəfərlərinin rəmzi olan Qarabağda keçirilməsi isə xüsusi hal kimi vurğulanmalıdır. Ötən il Laçında üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünün, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17- ci Zirvə görüşünün, Ağdamda ECO Gənclər Forumunun, Laçında ECO Qadınlar Forumu və Şuşada 6-cı ECO Biznes-Forumunun təşkil edilməsinin özü rəmzi məna daşıyırdı. Bu, ilk növbədə Azərbaycan həqiqətlərinin, Qarabağ zəfərinin beynəlxalq platformalar vasitəsilə bir daha dünyaya bəyanı demək idi.


Quruculuq işləri, logistika imkanları, yüksəksəviyyəli şərait

 

Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici dövlət, hökumət başçıları və digər beynəlxalq qonaqlar həm işğal dövründə bu ərazilərdə törədilən vandalizm aktlarının şahidi oldular, həm də Azərbaycan dövlətinin qısa zaman ərzində bu yerlərdə həyata keçirdiyi mühüm quruculuq və bərpa işlərinin, logistika imkanlarının, yaradılan yüksəksəviyyəli şəraitin şahidinə çevrildilər. 

Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev  bu məqama da xüsusi diqqət çəkdi: "Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes-Forum, Gənclər Forumu, Qadınlar Forumu". 

Dövlətimizin başçısı söylədi ki, biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik: "Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır".

Ötən il 28 May - Müstəqillik Günündə həm strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Laçın Beynəlxalq Hava Limanının açılışı həyata keçirildi, həm də qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistanın liderlərinin Laçında Zirvə görüşü keçirildi. Laçında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü dünyaya üç qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin nümayişi oldu. 

Laçın Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub: "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".

Sözügedən tarixdə Şərqi Zəngəzur torpağında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirak etdikləri 28 May - Müstəqillik Gününə həsr olunmuş konsertdə Prezident İlham Əliyev onu da dedi ki, ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi.


Xankəndi - yeni inkişaf və sülh mərkəzi 


Ötən il iyulun 3-4 tarixlərində  dünyanın gözü Azərbaycana, ölkəmizdə keçirilən növbəti beynəlxalq əhəmiyyətli tədbirə yönəlmişdi. Həmin tarixdə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının  "Davamlı və İqlimə dayanıqlı Gələcək naminə ECO-nun Yeni Baxışı" mövzusuna həsr edilmiş 17-ci Zirvə görüşü keçirildi. Bu görüşdən əvvəl isə -  iyulun 1-də Ağdamda ECO Gənclər Forumu, iyulun 2-də isə Laçında ECO Qadınlar Forumu və Şuşada 6-cı ECO Biznes-Forumu təşkil edildi.

Türkiyə, Pakistan, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin və təşkilata üzv ölkələrin hökumət nümayəndələrinin iştirak etdiyi ECO-nun 17-ci Zirvə görüşündə mühüm fikirlər səsləndirildi, çağırışlar edildi. 

Görüşdə ECO-ya üzv dövlətlərin liderləri və hökumət başçıları Azərbaycanın təşkilat daxilindəki mühüm rolunu, iqlim dəyişikliyi ilə mübarizədə səylərini vurğuladılar. Həmçinin ölkəmiz tərəfindən bu beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə təşkil edilməsi, göstərilən qonaqpərvərlik təqdir olundu və Zirvə görüşünün məhz azadlığına qovuşdurulan Xankəndidə keçirilməsinin xüsusi məna daşıdığı qeyd edildi. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı: "Tədbirimizin işğaldan azad edilmiş bir şəhərdə - Xankəndidə keçirilməsi Zirvə görüşümüzə xüsusi bir əhəmiyyət və məna qazandırır. İlham qardaşımın uzaqgörən yanaşması ilə bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına ürəkdən inanıram". 

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommünikesini eyni zamanda burada müzakirəsi aparılan məsələləri ECO-nun gələcək yol xəritəsi kimi dəyərləndirsək, yanılmarıq. 

Xankəndi Kommünikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib, Zirvə görüşünün mövzusuna uyğun olaraq, ECO-nun gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib və digər vacib məsələlər sənəddə öz yerini tutub. 

Regional əməkdaşlığa, tərəqqiyə xidmət edən həmrəylik tədbiri kimi tarixə düşən ECO-nun 17-ci Zirvə görüşündə Prezident İlham Əliyev söylədi ki, Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi: "Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq".

Yeri gəlmişkən bildirək ki, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. 2024-cü ildə Prezident "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam" imzalayıb.  


Türk dünyasının birliyini əks etdirən Zirvə 


Ötən il ölkə həyatında baş verən vacib hadisələrdən biri oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi oldu. "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr edilən və qurumun üzv və müşahidəçi ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirən Qəbələ Zirvəsi regionda, həmçinin qlobal səviyyədə aktual məsələlərin müzakirə edildiyi platforma kimi diqqət çəkdi. 12-ci Zirvə görüşü ölkələrimiz arasındakı əməkdaşlığı gücləndirməyə, həmçinin türk dünyasında birliyi, sülhü və tərəqqini daha da irəli aparmaq məqsədilə mühüm sənədləri təsdiq etməyə geniş imkan yaratdı. Toplantıda qəbul olunan sənədlər və Zirvə görüşünün Bəyannaməsi təşkilatın qarşıdakı fəaliyyəti üçün strateji istiqamət oldu.

Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Prezident İlham Əliyev tarixi Zirvənin mühüm mahiyyəti barədə dedi: "Bu, bir daha türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər". 

Qarabağ Zəfərinin 5 illiyi ilə üst-üstə düşən TDT-nin Qəbələ Zirvə görüşündə Azərbaycan lideri 2026-cı ildə I Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif etdi. Ümumiyyətlə, dövlətimizin rəhbərinin toplantıdakı çıxışı zamanı səsləndirdiyi vacib əhəmiyyətli təkliflər türk birliyinin əbədi və sarsılmaz olmasına, türk irsinin qorunmasına xidmət edən təşəbbüslər kimi yadda qaldı. 

Göründüyü kimi, Azərbaycan dünya əhəmiyyətli, qlobal miqyaslı tədbirlərə uğurla evsahibliyi edir və bütün bunlar ölkəmizin hərtərəfli inkişafından və beynəlxalq nüfuzundan xəbər verir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan çempionatında növbəti medalçılar bəlli olub 

21:54
10 Yanvar

Şamaxıda zəlzələ olub  

19:55
10 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:59
10 Yanvar

Ukrayna Rusiyanın neft və dron anbarlarına zərbələr endirib  

18:57
10 Yanvar

İzmir sahillərində miqrantları daşıyan qayıq batıb: ölənlər və itkin düşənlər var  

15:49
10 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!