08 Yanvar 2026 08:20
991
SİYASƏT
A- A+
Dərin təhlil, obyektiv yanaşma, ədalətli mövqe

Dərin təhlil, obyektiv yanaşma, ədalətli mövqe


Prezident İlham Əliyevin ilin başlanğıcında yerli mediaya müsahibə verməsi və həm ölkə, həm də beynəlxalq gündəmi dərindən təhlil etməsi ənənəvi hal alıb. Bu il də istisna olmadı və yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı ötən ilin yekunlarını dəyərləndirdi, ölkənin daxili və xarici siyasəti, mühüm regional və qlobal hadisələr, aktual məsələlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verdi. 

Hər dəfəsində olduğu kimi, Prezidentin verdiyi bu müsahibə bir daha göstərdi ki, o, ölkədə baş verən hadisələrə yaxından və hərtərəfli şəkildə bələddir. İctimaiyyəti maraqlandıran məsələlər barədə dolğun məlumat verən, yeni dövrün tələblərinə uyğun yaranmış problemlərdən çıxış üçün adekvat həll yolları göstərən dövlət başçısının müsahibəsini həm də ölkəmizin qarşısında duran gələcək çağırışlar üçün strateji yol xəritəsi də adlandırmaq olar: "Artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma eyni zamanda yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".


Bundan sonra xalqımız sülh şəraitində yaşayacaq 


Başdan sona qədər səmimi atmosferdə keçən müsahibədə diqqətçəkən əsas məqam Prezident İlham Əliyevin şəxsi siyasi strateq məziyyətinə uyğun olaraq jurnalistlərin  suallarına tutarlı faktlara və düzgün məntiqə əsaslanan cavablar verməsi oldu. Bu onu göstərdi ki, Prezident İlham Əliyev qlobal siyasi prosesləri yalnız izləməklə kifayətlənmir, eyni zamanda onları dərindən analiz edir və baş verən proseslərin ölkəmizin, xalqımızın milli mənafelərinə uyğun formada cərəyan etməsi üçün böyük əzm nümayiş etdirir və buna qətiyyətlə nail olur. 

Ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycanın bu qələbəsini qlobal arenada siyasi müstəvidə qəbul etdirməsinin özü ölkəmizin taleyində tamamilə yeni tarixin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu ölçüyəgəlməz miqyaslı qələbənin qazanılmasında Prezident İlham Əliyevin şəxsi səyləri dayanır. Ötən il 8 avqust tarixində Vaşinqton Sammitində sülh sazişi mətninin paraflanması və digər mühüm razılaşmalar əldə edilməsi de-fakto regionda sülhü təmin edib. 

Yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı ölkəmiz adına əldə olunan tarixi uğurlardan bəhs edərək, Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın birnömrəli ofisində siyasi möhür vurduğunu deməsi də bunun təsdiqi idi: "Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq". 

Prezident onu da əlavə etdi ki, cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.


"Mənim üçün Azərbaycan məhz o torpaq idi"


Yanvarın 5-də verdiyi müsahibə dövlət başçısının cəmiyyəti narahat edən məsələlərə yaxından bələd olduğunu, ölkə vətəndaşlarının gündəlik qayğılarının daim diqqət mərkəzində saxlanıldığını bir daha göstərdi. Bu yanaşma Prezidentin cəmiyyətlə daim təmasda olduğunu, onları narahat edən problemlərin həlli istiqamətində siyasət yürütdüyünü aydın şəkildə ortaya qoydu.

"Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür" deyən dövlət başçısı əlavə etdi ki, kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq.

Bütün bunlar cəmiyyət üçün əhəmiyyətli olan məsələlərə şəxsi həssaslıqla yanaşıldığını göstərən nümunələrdir. Ümumiyyətlə, müsahibəsində istər siyasi, iqtisadi, sosial, mədəni olsun, bütün mövzuları ən xırda detallarına kimi əhatə etməsi Prezident İlham Əliyevin dərin məlumatlılığından xəbər verirdi. 

Ölkə gündəmində olan məsələləri təhlil edən Prezident müsahibəsində yalnız rəsmi mövqeyini ifadə etmədi, həmçinin baş verən hadisələrlə bağlı səmimi hisslərini açıq şəkildə bildirdi. 

Bu mənada torpaqla bağlı ünvanlanan suala verdiyi cavab həm də Prezident İlham Əliyevin Qarabağın, ümumiyyətlə, torpağımızın hər qarışının onun üçün hansı əlahiddə məqamda olduğunun duyğu yüklü ifadəsi idi: "Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid olduğu yer torpaq idi mənim üçün... Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda mənim üçün Azərbaycan məhz o torpaq idi". 

Prezident müsahibəsində beynəlxalq proseslərə dair səsləndirdiyi fikirlərlə qlobal siyasi hadisələri yaxından izlədiyini və onları dərindən analiz etdiyini ortaya qoydu. Dünyada gedən geosiyasi dəyişikliklər, qlobal münaqişələr və beynəlxalq əlaqələrlə bağlı dəqiq faktlara əsaslanan və məntiqli müqayisələrə dayanan şərhlər də bunun təsdiqidir. Baş verənləri Azərbaycanın milli maraqları baxımından dəyərləndirən və düzgün strateji xətt müəyyənləşdirən Prezident İlham Əliyev müsahibəsində dedi: "...Öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda məsuliyyətimiz göz önündədir".  

Təkcə bu iqtibas ölkəmizin liderinin Azərbaycanın  gələcəyi ilə bağlı dəqiq strateji yanaşmaya, eyni zamanda dünyada cərəyan edən prosesləri obyektiv və düzgün qiymətləndirərək doğru nəticələr çıxarmaq və gələcəyə dair dəqiq proqnozlar vermək bacarığına malik olmasını özündə ehtiva edir.

Bu baxımdan Azərbaycan Prezidentinin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibənin ölkə daxilində olduğu kimi, beynəlxalq müstəvidə də geniş rezonans doğurması, buradakı prinsipial açıqlamaların beynəlxalq KİV-də işıqlandırılması da təsadüfi deyildi. Bütün bunlar Prezident İlham Əliyevin fikirlərinin həm qlobal gündəmlə səsləşdiyini, həm də Azərbaycanın qətiyyətli mövqeyinin beynəlxalq səviyyədə mühüm əhəmiyyətə malik olduğunun təzahürüdür. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!