17 Dekabr 2025 19:23
362
SİYASƏT
A- A+
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  


Dekabrın 17-də Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, iclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.

Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.

Dekabrın 19-dək davam edəcək 17-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində görüşləri keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkərana yağan intensiv yağışın yaratdığı fəsadlar aradan qaldırılır  

16:47
21 Yanvar

Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib  

16:38
21 Yanvar

Qurban Qurbanov: “Qarabağ” Bundesliqada çıxış etsəydi, autsayder olmazdı

16:37
21 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası    

16:32
21 Yanvar

Uitkoff: ABŞ İranla danışıqlar aparmır  

16:25
21 Yanvar

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

16:21
21 Yanvar

Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

16:17
21 Yanvar

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

16:05
21 Yanvar

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

16:03
21 Yanvar

Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  

15:53
21 Yanvar

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:30
21 Yanvar

BMTM Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib  

15:23
21 Yanvar

Azərbaycan Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən ölkələrdən biridir  

15:22
21 Yanvar

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühiti barədə məlumat verilib  

14:59
21 Yanvar

İlk köç karvanı Xankəndi şəhərinə çatıb

14:48
21 Yanvar

Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb  

14:39
21 Yanvar

Minimum əmək haqqı ilə bağlı yeni qanun layihəsi müzakirə olunur

14:32
21 Yanvar

Azərbaycan Prezidentinin Davosa səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir  

14:31
21 Yanvar

Şimali Aral dənizində suyun həcmi 5 il ərzində 34 milyard kubmetrə qədər arta bilər  

14:11
21 Yanvar

Dünya bazarında qazın qiyməti artmaqda davam edir  

13:51
21 Yanvar

Rumıniya mətbuatı: Avropanın qaz tədarükündə Azərbaycanın rolu danılmazdır  

13:49
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!