21 Yanvar 2026 15:23
650
SİYASƏT
A- A+
BMTM Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib  

BMTM Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib  


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin rəsmi saytında yanvarın 7-də dərc edilmiş, Bəşir Kitaçayevin müəllifi olduğu “Azərbaycanın “Nə müharibə, nə də sülh” strategiyası Ermənistanla yaxınlaşmanı məhdudlaşdırır” sərlövhəli məqaləsinə cavab verib.

AZƏRTAC xəbər verir ki, BMTM-in cavabında qeyd edilib: “Təəssüf ki, bu məqalə Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin istər aktiv münaqişə dövründə, istərsə də hazırkı sülh prosesi kontekstində Ermənistan-Azərbaycan münasibətlərinə dair birtərəfli mövqe nümayiş etdirdiyi ilk nümunə deyil. Bu ideoloji sərtlik Ermənistan və Azərbaycan arasında baş verən proseslərin balanslı və obyektiv şəkildə qiymətləndirilməsinə mane olur.

Sözügedən məqalədə iddia olunur ki, Azərbaycanın postmünaqişə strategiyası qeyri-müəyyən xarakter daşıyır. Başqa sözlə, Azərbaycan rəsmi səviyyədə sülh gündəliyini təşviq etsə də, daxili siyasi məqsədlər naminə Ermənistanla bağlı düşmənçilik narrativlərini qoruyub saxlayır. Məqaləyə görə, Azərbaycanda sülh son məqsəd kimi deyil, xarici düşmən obrazının saxlanılması yolu ilə idarə olunan və nəzarətdə saxlanılan vəziyyət formalaşdırmağa yönəlmiş vasitə kimi nəzərdən keçirilir.

Aydındır ki, bu interpretasiya proseslərin selektiv təhlilinə əsaslanır və keçmiş Ermənistan-Azərbaycan münaqişəsini, eləcə də hazırkı sülh prosesini formalaşdıran hüquqi, tarixi və struktur reallıqları nəzərə almır.

Ermənistan təxminən üç onillik ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal altında saxlamış, nəticədə 700 mindən artıq insan məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğala son qoyulmasını tələb edən öhdəlik xarakterli qətnamələrinə baxmayaraq, vəziyyət təqribən otuz il ərzində dəyişmədi. Münaqişə, eyni zamanda, Xocalı, Ağdaban və Başlıbeldə dinc azərbaycanlılara qarşı etnik əsasda törədilmiş kütləvi zorakılıq aktları ilə də yadda qalıb.

Məqalədə Ermənistanda siyasi ritorikada, ictimai müzakirələrdə, tədris materiallarında və sosial mediada mövcud olan anti-Azərbaycan əhval-ruhiyyəsinə diqqət yetirilmir. Bu isə müəllifin asimmetrik yanaşma ortaya qoyduğunu göstərir.

Yazının növbəti hissəsində iddia edilir ki, Azərbaycan rəsmilərinin “tarixi Azərbaycan torpaqları” ifadəsinə istinadları Ermənistana qarşı davam edən ərazi iddialarının mövcudluğuna işarə edir. Halbuki Azərbaycanın rəsmi mövqeyi, Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edildiyi kimi, münaqişənin artıq başa çatdığı və Bakının Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığıdır.

Əksinə, Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı açıq ərazi iddiaları mövcuddur ki, bu da iki ölkə arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə əsas maneələrdən biridir.

Eyni zamanda, 1988-1992-ci illərdə Ermənistan SSR ərazisindən zorla deportasiya edilmiş 250 mindən artıq azərbaycanlının taleyi Azərbaycan üçün əsas narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Cenevrə Konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası, Qaçqınlar haqqında Konvensiya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt daxil olmaqla beynəlxalq hüquqi sənədlər qayıdış hüququnu açıq şəkildə təsbit edir.

Qeyd etmək istərdik ki, uzun illər işğala məruz qalan tərəf olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edən məhz Azərbaycan olub.

Xatırladaq ki, 2025-ci il Azərbaycan-Ermənistan arasında sülh prosesində bir sıra önəmli hadisələrlə yadda qalıb və Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real baza yaradıb. Vaşinqton Bəyannaməsində də qeyd olunduğu kimi, razılaşdırılmış mətnlərdən dayanıqlı sülhə keçid praktik addımların atılmasını tələb edir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, dayanıqlı sülhün təmin olunması üçün keçmiş münaqişənin institusional qalıqları aradan qaldırılmalıdır. Bu, xüsusilə Ermənistanın Konstitusiyasında və digər hüquqi-normativ sənədlərində Azərbaycana qarşı nəzərdə tutulan ərazi iddialarına dair müddəaların ləğv edilməsi ilə bağlıdır.

Azərbaycan praktiki addım olaraq öz ərazisi vasitəsilə Qazaxıstan və Rusiya taxıllarının Ermənistana tranzitinə icazə verib ki, bu, münaqişə illəri ərzində mövcud olmayan bir təcrübədir. Daha bir önəmli addım olaraq, Bakı yaxın zamanda Gürcüstan marşrutu vasitəsilə Ermənistana neft məhsullarının çatdırılmasını təmin edib. Bu addımlar Azərbaycanın normallaşmaya və tərəflər arasında etimadın artırılmasına hazır olduğunu açıq şəkildə göstərir.

Buna baxmayaraq, Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin timsalında bəzi araşdırma mərkəzləri hələ də selektiv, asimmetrik və qərəzli analitikaya əsaslanaraq Azərbaycanın postmünaqişə dövrü siyasətinə şübhə ilə yanaşmaqda davam edir. Həmçinin məzmunlu dialoq çağırışlarını görməzdən gələrək BMTM tərəfindən edilən müraciətlərə cavab verməkdən imtina edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

Dünya birjalarında neft bahalaşması davam edir

10:31
03 Aprel

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 7 nəfər xəsarət alıb

10:25
03 Aprel

Nazir Məcnun Məmmədov Naxçıvanda təsərrüfatlara baş çəkib, su obyektlərinin vəziyyəti ilə tanış olub  

10:24
03 Aprel

Azərbaycan nefti 141 dollardan baha satılır

09:57
03 Aprel

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!