Əzəmətli, nəhəng və genişmiqyaslı quruculuq nümunəsi
İlham Əliyevin qətiyyəti və əzmi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcər rayonuna səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı ilə yadda qaldı.
Dövlət başçısı rayon ərazisində görülən işlərlə tanış oldu və bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərdi.
Uğurla reallaşan milli ideya
2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının müasir tarixində yeni dövrün başlanğıcı oldu. Bu dövrün milli prioriteti isə işğaldan azad edilmiş ərazilərimizin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunmasıdır. Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Cəmi 4 il ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar. İndiyədək 7 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurda qayıdıb və bərpa-quruculuq işləri tamamlandıqca onların sayı da yüksəlir.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq edib. Proqramda qarşıya qoyulan məqsədlərə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yüksək standartlara cavab verən yaşayış məntəqələri, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, etibarlı su, elektrik, qaz, istilik təminatı, habelə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan "yaşıl" texnologiyaların tətbiqi ilə "yaşıl enerji" zonası yaradılır, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə, sosial xidmət, yol-nəqliyyat infrastrukturu qurulur. O cümlədən geri dönən vətəndaşlarımızın məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzindədir və hər bir məqsəd birinci növbədə əhalinin layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir. Eyni zamanda barbar düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur.
Heydər Əliyev Fondunun möhtəşəm töhfələri
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər Prezident İlham Əliyevin quruculuq əzmini, qətiyyətini və Azərbaycan dövlətinin iqtisadi gücünü nümayiş etdirir. Təsadüfi deyil ki, indi Azərbaycan dövləti Livan boyda, dörd Lüksemburq boyda bir ərazidə bərpa və quruculuq işləri aparır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni təməllərin qoyulması və inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur.
Qarabağ və Şərqi Zəngəzurun bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da böyük fəallıq nümayiş etdirir, quruculuq işlərinə layiqli töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri möhtəşəmliyi ilə fərqlənir. Fond hazırda bu ərazilərdə tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Ötən 4 ilə yaxın müddətdə onların bir qismi tam icra olunub. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidlərinin, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamın, Şuşada Yaradıcılıq Mərkəzinin, Zəngilan məscidinin, Ağdam Cümə məscidinin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri dövlətə və xalqa xidmətin ən gözəl örnəyidir. Qarşıdakı dövrdə isə fond tərəfindən işğaldan azad edilmiş ərazilərimizin bərpasına yeni möhtəşəm töhfələr veriləcək.
Kəlbəcər sürətlə yenidən qurulur
İşğaldan azad edilmiş digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.
Xatırladaq ki, 2020-ci ildə havaların soyuq və şaxtalı olduğu bir dövrdə azad olunmasına baxmayaraq, Kəlbəcərdə dərhal quruculuq işlərinə başlanılmış, ilk növbədə rayonun enerji ilə təminatı yoluna qoyulmuşdu. Rayonda ilk inşa olunan obyekt də enerji infrastrukturudur. Sonrakı dövrdə dağ çaylarının bol olduğu Kəlbəcərdə yeni su-elektrik stansiyalarının inşasına başlanmış, onların bir çoxu istifadəyə verilmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox yüksəklikdə, uca dağlar qoynunda yerləşən Kəlbəcərdə aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün xüsusi bir təntənəsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentybarın 2-də Kəlbəcərə etdikləri səfər də bu baxımdan əlamətdar oldu. Dövlət başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə "Yuxarı Vəng" və 4,3 MVt gücündə "Zar" su-elektrik stansiyalarının, "İstisu" mineral su zavodunun açılışında iştirak edib. "İstisu" zavodunun təməli 2022-ci ilin iyununda qoyulmuşdu və onun istifadəyə verilməsi göstərir ki, artıq Kəlbəcərin iqtisadi potensialı hərəkətə gətirilir.
Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və onların bir qismi Kəlbəcərin payına düşür. Su-elektrik stansiyalarının inşası həm də Qarabağ və Şərqi Zəngəzurdakı "yaşıl quruculuğun" göstəricisidir.
Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin və İstisu qəsəbəsinin təməlini də qoyub. İkinci yaşayış kompleksində 160 ailənin yaşaması planlaşdırılır. Şəhərdə birinci yaşayış kompleksinin inşası isə davam edir və tezliklə öz doğma sakinlərini qarşılayacaq.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Dövlətimizin başçısının qətiyyəti, iradəsi və quruculuq əzmi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
10 Sentyabr
“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublika...
10 Sentyabr
“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əm...
10 Sentyabr
“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında...
10 Sentyabr
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Resp...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsd...
10 Sentyabr
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi ...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdi...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!