16 Dekabr 2025 17:59
411
SİYASƏT
A- A+
Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

Dini Azadlıq üzrə Amerika Mərkəzinin baş icraçı direktoru, ABŞ Daxili Təhlükəsizlik Departamentində keçmiş direktor müavini, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı direktoru Janna Skot AZƏRTAC-a müsahibə verib. J.Skot müsahibəsində Azərbaycanın Tramp administrasiyası üçün strateji əhəmiyyətindən, Vaşinqton razılaşmalarının əhəmiyyəti, Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri, beynəlxalq ictimaiyyətin regionda uzunmüddətli sülhün təmin edilməsinə verə biləcəyi töhfələr barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanın Tramp administrasiyası üçün strateji əhəmiyyətini necə qiymətləndirirsiniz və ABŞ-ın Cənubi Qafqaz siyasətinin uzunmüddətli istiqamətləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü dövləti olmaqla ABŞ, xüsusilə də Tramp administrasiyası üçün mühüm strateji tərəfdaşdır. ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyi və nəqliyyat və kommunikasiya sahəsində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir. Dövlət katibi Marko Rubionun 2025-ci ildə Azərbaycanın Müstəqillik Günü münasibətilə yayımladığı rəsmi bəyanatda iki ölkə arasında 33 illik tərəfdaşlıq vurğulanıb, təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf sahələrində intensiv əməkdaşlığın strateji əhəmiyyəti qeyd edilib.

- Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması perspektivlərini necə qiymətləndirirsiniz? Mövcud şəraitdə hansı sülh modeli daha real görünür?

- Sülh danışıqlarının mövcud mərhələsi hər iki ölkənin liderlərinin onilliklər ərzində davam etmiş münaqişədə yeni mərhələyə keçmək niyyətini nümayiş etdirdiyini təsdiqləyib. Liderlərin davamlı və dayanıqlı sülhə sadiqliyi siyasi iradənin formalaşdığını göstərir. İndiki mərhələdə əsas vəzifə razılaşdırılmış müddəaların praktiki həyata keçirilməsidir. Bu prosesin uğuru üçün hər iki ölkə cəmiyyətinin geniş dəstəyi zəruridir.

- Vaşinqton razılaşmalarının regionda sülhün və sabitliyin təmin edilməsinə töhfəsini necə qiymətləndirirsiniz? Bu sənədlər uzunmüddətli sülh üçün real baza yarada bilərmi?

- Vaşinqton razılaşmaları ABŞ-ın regiondakı diplomatik səylərinin mühüm komponentidir və tərəflər üçün yeni əməkdaşlıq çərçivəsi formalaşdırır. Sazişlər təhlükəsizlik, suverenliyin qarşılıqlı tanınması və iqtisadı əməkdaşlıq sahəsində mühüm prinsipləri təsbit etsə də, təkcə hüquqi sənədlərin mövcudluğu dayanıqlı sülhü təmin etmir. Sülhün davamlılığı insanların psixoloji hazırlığına, qarşılıqlı hörmət mədəniyyətinin formalaşmasına, cəmiyyətlərarası etimadın bərpasına əsaslanır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın xalqların sosial və psixoloji rifahını nəzərə alan addımları müsbət qiymətləndirilir və gələcək proseslər üçün güclü əsas kimi çıxış edir.

- Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad mühitinin gücləndirilməsi istiqamətində hansı addımlar atıla bilər?

- Uzunmüddətli münaqişələrdən sonra etimadsızlıq cəmiyyətlərin təbii reaksiyasıdır. Nəsillər boyu formalaşmış stereotiplər mövcuddur. Bununla yanaşı, hər iki xalq yüksək dözümlülük, mənəvi iradə və sülhə meyl kimi mühüm keyfiyyətlərə malikdir. Etimadın bərpası üçün aşağıdakı addımlar mühüm hesab olunur:

- Hər iki ölkədə müxtəlif sosial qrupları təmsil edən sülh təşəbbüskarı qrupların formalaşdırılması;

- Tarixi məsələlərin, humanitar nəticələrin və münaqişənin ümumi xarakterinin alimlər və mütəxəssislər tərəfindən obyektiv müzakirəsi;

- Çətin dialoqlar zamanı neytral vasitəçilərin iştirakı ilə təhlükəsiz müzakirə mühitinin yaradılması;

- Birgə sosial, iqtisadi və infrastruktur layihələrinin icrası, xüsusən icma səviyyəsində əməkdaşlıq formatlarının genişləndirilməsi;

- Diaspor nümayəndələrinin, beynəlxalq tərəfdaşların və ekspertlərin prosesə töhfə verməsi və əldə olunan təcrübələrin bölüşdürülməsi.

Bu, mərhələli, davamlı və uzunmüddətli yanaşma tələb edən prosesdir.

- Beynəlxalq ictimaiyyət regionda uzunmüddətli sülhün təmin edilməsinə necə dəstək göstərə bilər?

- Beynəlxalq ictimaiyyətin rolu əhəmiyyətlidir. Bununla yanaşı, heç bir dövlət və ya qurum regionun nəzarətçisi funksiyasını öz üzərinə götürməməlidir. Xarici tərəfdaşların əsas rolu prosesə dəstək vermək, tərəflərin irəliləyişinə töhfə göstərmək və ehtiyac yarandıqda zəruri məsləhət və resurslarla təmin etməkdən ibarət olmalıdır. Alimlərin, hüquqşünasların, din xadimlərinin, media təmsilçilərinin, tələbələrin, biznes qurumlarının, dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə çoxsahəli əməkdaşlıq platforması formalaşdırıla bilər. Azərbaycan və Ermənistan bu təşəbbüslərə açıq olarsa, məqsədi sülh və sabitliyin möhkəmləndirilməsi olan geniş regional əməkdaşlıq imkanları yarana bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

16:24
20 Yanvar

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:23
20 Yanvar

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!