08 Sentyabr 2024 09:00
89
İDMAN
A- A+

Bir gündə 4 medal

 

Bu gün Parisdə XVII Paralimpiya Oyunları başa çatır. Planetin ən güclü idmançılarının yarışdığı turnirdə gərgin idman mübarizəsinin şahidi olduq. 
Azərbaycanda da hamı Parisdən medal xəbəri eşitmək ümidi ilə yarışları böyük həyəcanla izlədi.  Bundan əvvəl iştirak etdikləri 7 paralimpiadada qazandıqları medallarla xalqımızı sevindirən Paralimpiya yığmamızın hesabında 11 medal var. Bunlardan 4-ü qızıl, 2-si gümüş və 5-i isə bürünc medaldır.
Dünən daha 6 paralimpiyaçımız medal uğrunda görüşlər keçiriblər.  Ölkəmizin hesabına 4-cü qızıl medalı Orxan Aslanov yazdırıb. İdmançımız T13 kateqoriyasında uzunluğa tullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 7.29 metr göstərici ilə hamıdan güclü olub. Bu paralimpiya oyunlarında Orxanın 2-ci qızıl medalı olub. 29 yaşlı idmançımız "Tokio-2020"də də qızıl medal qazanmışdı.
Bir neçə gün bundan əvvəl "Paris-2024"də hesabına qızıl medal yazdıran  paraatletimiz Lamiyə Vəliyeva növbəti finalında çıxış edib. Təmsilçimiz T13 kateqoriyasında 400 m məsafədə növbəti medalını qazanıb. Braziliyalı Rayane Silva 1-ci olub. Lamiyə Vəliyeva 55.09 saniyəlik göstərici ilə gümüş medal qazanıb.
Paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası) növbəti medal uğrunda mübarizəyə qoşulub.
O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc qazanıb. 58,13 saniyəlik nəticə göstərən paraüzgüçümüz finiş xəttinə üçüncü çatıb. Bu, onun yarışlarda 3-cü medalı olub.
Qeyd edək ki, Raman Saley bunadək Parisdə 1 gümüş və 1 bürünc medal qazanmışdı. Dünən 3 paracüdoçumuz da tatamiyə çıxıb.
Qadınların yarışında J1 kateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanə paracüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışıb.
Qadınların (+70 kq) mübarizəsində J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) "ipponla" qalib gəlib. O 1/4 finalda Nazan Günəşə (Türkiyə) məğlub olub. İsmiyeva bürünc uğrunda təsəlliverici görüşdə venesuelalı Sanabriya Alkala ilə güləşməli olsa da, rəqib tatamiyə çıxmayıb. Nəticədə texniki qələbə qazanan Xatirə bürünc uğrunda görüşdə amerikalı Qarsiya Kristellaya uduzub.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzini məğlub edib. Kərimovanın bürünc uğrunda görüşdə rəqibi çinli Vanq Honqyu olub. Məğlub olan paracüdoçumuz yarışı medalsız başa vurub.
Kişilərin +90 kq çəki dərəcəsində J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edib. Niderlandlı Daniel Kneqtə qalib gələn Zəkiyev bürünc uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb. İdmançımız rəqibi monqolustanlı Qanbat Dashtserenə vaza-ari ilə qalib gəlib.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video