30 Avqust 2024 08:00
2501
İQTİSADİYYAT
A- A+
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi

İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi

 

"Azəri" hazırda təkcə Xəzərin Azərbaycan sektorunda deyil, dünyada istismar edilən ən böyük neft yataqlarından biridir. Əslində, "Azəri" öz qoynunda üç yatağı birləşdirib. Bunlar "Mərkəzi Azəri", "Qərbi Azəri" və "Şərqi Azəri"dir.  
Bu zəngin karbohidrogen yatağı Bakıdan 100 kilometr şərqdə, Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu ərazidə yerləşir. "Azəri"nin işlənməsi "Əsrin müqaviləsi" adını almış "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin mühüm bir mərhələsini təşkil edir. Odur ki, yataqdan ilk neftin alınması "Əsrin müqaviləsi"nin kulminasiya nöqtəsi oldu. Bu, Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının növbəti mühüm qələbəsi idi. Beləliklə, "Azəri"nin salnaməsinə nəzər salaq.
AÇG layihəsinin birinci mərhələsi sayılan İlkin Neft Layihəsi çərçivəsində "Çıraq"dan artıq 8 il idi neft çıxarılırdı. "Azəri"nin işlənməsi isə növbəti mühüm mərhələni təşkil edirdi. "Azəri"nin ilk nefti onun mərkəzi hissəsində quraşdırılmış Hasilat, Qazma və Yaşayış Platformasından alındı. "Mərkəzi Azəri"də hasilat əvvəlcədən qazılmış 10 öncəqazma quyularının birincisindən başlandı. Bu quyular hələ platforma quraşdırılmazdan əvvəl dayaq tavasından qazılmışdı. Qeyd edək ki, neftçıxarmada həmin üsuldan hasilatı tezləşdirmək üçün istifadə olunur. Bu əməliyyat "Mərkəzi Azəri"də də uğurla həyata keçirildi.
"Azəri" yatağının işlənməsi təkcə quyuların qazılması və neftin çıxarılmasından ibarət deyildi. Layihənin həyata keçirilməsi üçün genişmiqyaslı inşaat işləri görüldü. Bu işlər həm qurudakı obyektlərdə, həm də dənizdə aparıldı. Xatırladaq ki, bütövlükdə "Azəri" yatağı dörd platformanın istismar olunduğu bir dəniz məkanıdır. Onlardan ikisi mərkəzi hissədə quraşdırılıb. Belə ki, "Mərkəzi Azəri" yaxınlığındakı Kompressor və Suvurma Platformasına (KvəSP) körpü vasitəsilə birləşdirilib. Lakin KvəSP burada yerləşməsinə baxmayaraq, yatağın digər hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.
2005-ci il fevralın 18-də Prezident İlham Əliyev "Mərkəzi Azəri" platformasına gəldi. Burada neft hasilatına başlanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən dövlətimizin başçısı hadisənin əhəmiyyətini vurğuladı: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".
"Azəri"nin tikinti işləri bir neçə il davam etmişdi. Nəzərdə tutulduğu vaxtda yataqdan ilkin neftin alınması layihənin uğurla həyata keçirildiyini təsdiqlədi. Daha sonra 2005-2006-cı illərin qovuşuğunda "Qərbi Azəri" platforması neft verdi. 2006-cı ilin payızında isə "Şərqi Azəri"dən də hasilata başlandı.    
AÇG yataqları ölkəmizin əsas gəlir mənbələrindən biri olaraq qalır. Bu baxımdan "Azəri" xüsusi önəm daşıyır. Onu haqlı olaraq AÇG-nin "şah damarı" adlandırırlar. 2005-ci ilin mayında ilk dəfə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə  vurulan ilk neft də məhz "Azəri"nin mərkəzi hissəsindən çıxarılan neft idi.  
Yataqdan çıxarılan karbohidrogenləri Səngəçal terminalına çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı xətlər çəkilib. Terminalda isə həmin karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün geniş infrastruktur yaradılıb. "Azəri" nefti Səngəçala 30 düymlük sualtı borularla çatdırılır. Hasil olunan səmt qazının isə bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün və yanacaq kimi platformalarda istifadə olunur. Qalan hissəsi 28 düymlük sualtı xətlərlə terminaldakı texnoloji emal qurğularına nəql edilir və buradan ölkənin daxili istifadəsi üçün "Azəriqaz" şəbəkəsinə ötürülür.
Xatırladaq ki, hazırda AÇG-də iştirak payları belədir: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,31 faiz). 
İndi "Azəri" ailəsinin yeni bir qonşusu da var. 2017-ci ilin sentyabr ayında AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin əsrin ortasınadək uzadılması burada yeni bir platformanın yerləşdirilməsini gündəmə gətirdi. Bu ilin aprelindən hasilata başlayan  "Azəri Mərkəzi Şərqi" (ACE) platforması "Mərkəzi Azəri" və "Şərqi Azəri"nin arasındakı məsafədə quraşdırılıb. 
Prezident İlham Əliyev 7 il əvvəl sözügedən yenilənmiş saziş imzalanarkən demişdir: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox Olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır".  
Sonrakı nailiyyətlərimizi də saymaqla bitməz. Ən başlıcası, Azərbaycan 30 il  işğal altında olan torpaqlarımızı azad edib və orada böyük quruculuq işləri həyata keçirir. Prezidentimizin dediyi kimi: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".
Hazırda AÇG-dən hasilat fasiləsiz və təhlükəsiz şəkildə davam edir. Əməliyyatçı olan BP şirkətinin məlumatına görə, "Azəri" platformaları da ahəngdar işləyir. 2023-cü ildə AÇG-dən ümumi hasilat gündə orta hesabla 363 min barel olub. Bu həcmin 240 min barelini, yəni 66 faizdən çoxunu "Azəri" verib. Deməli, "Azəri" ölkəmizin gücünə güc qatmaqda davam edir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!