15 Yanvar 2025 01:55
716
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 3/10


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Sumqayıt bələdiyyəsi üzrə namizədliyi Müasir Musavat Partiyası tərəfindən irəli sürülmüş İbrahimov Elnur Fəxrəddin oğlu 12 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 yanvar 2025-ci il tarixli 03/10 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır. 

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o  komissiyanın iclasında iştirak etmişdir.

E.F.İbrahimov müraciətində göstərmişdir ki, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Sumqayıt bələdiyyəsi üzrə namizədliyi Müasir Musavat Partiyası tərəfindən irəli sürülmüş, imza vərəqələrini və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, lakin əmlakı barədə təqdim etdiyi məlumat düzgün hesab edilmədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. E.F.İbrahimov müraciətində iddia etmişdir ki, namizədliyin qeydə alınması ilə bağlı sənədlər yoxlanılarkən dairə seçki komissiyasına dəvət olunmamış, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmamış, dairə seçki komissiyası iclasının protokolu tərtib edilməmişdir. O şikayətində, həmçinin  namizədliyinin qeydə alınmasından imtinanın əsası kimi göstərilən bir minik avtomobilin etibarnamə ilə özgəninkiləşdirildiyini də iddia etmişdir.

Dairə seçki komissiyası E.F.İbrahimovu namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 yanvar 2025-ci il tarixli 03/10 saylı qərarını onunla əsaslandırmışdır ki, namizəd mülkiyyət hüququ əsasında ona məxsus olan minik avtomobilini  komissiyaya təqdim etdiyi əmlak barədə məlumatda göstərməmişdir. 

Araşdırma prosesində E.F.İbrahimovun seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, mübahisələndirilən hissədə  təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. İşçi qrupu tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli rəy və rəyə əlavə edilmiş digər təsdiqedici sənədlərdən görünür ki, namizəd E.F.İbrahimovun mülkiyyətində bir ədəd minik avtomobili mövcuddur. Bu hal həmçinin ərizəçinin özü tərəfindən müraciətə əlavə edilmiş digər təsdiqedici sənədlə də öz təsdiqini tapır. Bu səbəbdən dairə seçki komissiyası düzgün nəticəyə gələrək qeyd edilən əsasla E.F.İbrahimovun namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair qərar qəbul etmişdir.

Namizədliyin qeydə alınması ilə bağlı seçki sənədləri yoxlanılarkən dairə seçki komissiyasına dəvət olunmadığına dair ərizəçinin iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərindən alınan izahatlardan müəyyən edilir ki, imza vərəqələri və digər zəruri seçki sənədləri yoxlanılarkən maraqlı tərəfə, E.F.İbrahimova məlumat verilmiş, həmçinin o dairə seçki komissiyasının iclasına dəvət olunmuşdur. O, araşdırmada iştirak etmiş, Bakı şəhərində işinin olmasını bildirərək dəvət edildiyi dairə seçki komissiyasının iclasında iştirak etməkdən imtina etmişdir.

Beləliklə, namizəd E.F.İbrahimov tərəfindən dairə seçki komissiyasına təqdim edilən əmlak barədə məlumatda göstərilməyən bir minik avtomobili hal-hazırda onun  mülkiyyətində olduğundan E.F.İbrahimovun namizəd kimi qeydə alınmasından imtinaya dair 45 saylı Sumqayıt dördüncü seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar 2025-ci il tarixli 03/10 saylı Qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, 45 saylı Sumqayıt dördüncü seçki dairəsi dairə seçki komissiyasının bütün iclasları Seçki Məcəlləsinin 19.13-cü maddəsinə uyğun olaraq protokollaşdırılır.

Göstərilənlərə əsasən namizəd  E.F.İbrahimovun 12 yanvar 2025-ci il tarixli 4 saylı şikayəti əsassız olduğundan təmin edilməməli,  45 saylı Sumqayıt dördüncü seçki dairəsi dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. 

Yuxarıda qeyd olunanları əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 216.1-ci maddələrinə əsasən qərara alır: 

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Sumqayıt bələdiyyəsi üzrə namizədliyi Müasir Musavat Partiyası tərəfindən irəli sürülmüş İbrahimov Elnur Fəxrəddin oğlunun 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar 2025-ci il tarixli 03/10 saylı qərarı dəyişdirilmədən saxlanılsın. 

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


14.01.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB

11:23
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"

09:10
16 Fevral

Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

09:05
16 Fevral

Şəhid məzarları ziyarət edilib  

09:00
16 Fevral

Rəsmi İrəvanın "sülh" oyunları

08:55
16 Fevral

Bir qərinənin faciəsi

08:50
16 Fevral

Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə

08:45
16 Fevral

Milli ruhlu rəssamın yaradıcılıq yolu

08:40
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!