08 Sentyabr 2024 09:10
96
Təhsil
A- A+

Onlar Lerikin fəxridirlər

 

Lerik Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə, o cümlədən Qarabağ Universitetinə qəbul olunmuş rayon gəncləri ilə görüş keçirilib. 
Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, ali məktəblərə daxil olan lerikli gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. Məlumat üçün bildirək ki, bu il rayonun orta məktəblərini bitirən məzunlardan 140 nəfəri tələbə adını qazanmışdır. Onlardan 6 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır.  
RİH-in başçısı tələbə adını qazanaraq Qarabağ Universitetinə qəbul edilmiş  gənclərə bu ali məktəbin ilk tələbəsi olmağın böyük fəxr hissi doğurduğunu qeyd edib, gənclərə təhsillərində uğurlar arzulayıb.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev və Veri kənd tam orta məktəbinin direktoru Mahir Əliyev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra Lerik şəhər 3 nömrəli tam orta məktəbin məzunu, 660 balla Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olmuş Yusif Abbaszadə, Veri kənd tam orta məktəbinin məzunu, 633 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuş Elmar Samizadə, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyi qızıl medalla bitirərək 602 balla Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinə qəbul olmuş Nübar Fərəczadə, Qarabağ Universitetinin Menecment fakültəsinə qəbul olmuş Züvüc kənd tam orta məktəbinin məzunu Elmina Hüseynli və digərləri çıxış edərək uğurlarında əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyətiin təşəkkürnamə və hədiyyələri təqdim olunub.

Seyran CAVADOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video