08 Sentyabr 2024 08:30
96
DÜNYA
A- A+

Fransa Makrona qarşı ayağa qalxdı

 

Jan-Lük Melanşon: "Xalq üsyan edir, fasilə, barışıq olmayacaq"

 

Dünən Fransanın bir çox şəhər və qəsəbələrində prezident  Emmanuel Makronun qərarlarına qarşı etiraz aksiyaları başlayıb. Nümayişçilərin yekdil fikrinə əsasən, ölkə lideri xalqın səsinə, seçkilərin nəticələrinə hörmət etmir.
Yerli medianın xəbərinə görə, Fransanın 150-dən çox şəhər və qəsəbəsində təşkil olunan etiraz nümayişləri "Emmanuel Makronun çevrilişi və demokratiya uğrunda yürüş" təşəbbüsü ilə Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən keçirilir. Solçu partiyaların rəhbərləri də nümayişçilərə qoşulublar.
BFMTV  telekanalı şəhər prefekturasına istinadən xəbər verir ki, Parisdə Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə keçirilən nümayişdə 26 min nəfər iştirak edib.
Eyni zamanda "Yeniməz Fransa" Partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib ki, Parisdəki etiraz aksiyasına 160 min, Fransa üzrə isə 300 min adam gəlib. Etirazçılar ölkə prezidentini "zorakı çevriliş"də və demokratiya prinsiplərini pozmaqda ittiham edirlər. 
Buna səbəb Makronun növbədənkənar parlament seçkilərində qalib gələn solçu "Yeni Xalq Cəbhəsi" alyansının təklif etdiyi Lüsi Kasteni ölkənin baş naziri təyin etməkdən imtinası olub.
Aksiya iştirakçıları həm də sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyenin bu vəzifəyə təyin olunmasından narazıdırlar, çünki bunun millətçi  "Milli Birlik" Partiyasının güçlənməsinə daha çox təsir edəcəyinə inanırlar. Məlumdur  ki, ötən ayın sonunda "Yenilməz Fransa"nın deputatları Makronun impiçmenti barədə qətnamə irəli sürüblər. Solçular yeni baş nazir və onun hökumətinə etimadsızlıq səsverməsi keçirəcəklərini açıqlayıblar.
Fransa paytaxtından verilən məlumata görə, Parisdə Bastiliya meydanına toplaşmış nümayişçilər Nation meydanına doğru irəliləyiblər. Nümayişlərin uzunmüddətli olacağı bildirilir. "Fransız xalqı üsyan edir, onlar inqilaba başladılar", - deyən "Yenilməz Fransa" Partiyasının rəhbəri Jan-Lük Melanşon vurğulayıb ki, fasilə, barışıq olmayacaq…
Fransızları döyüş və uzunmüddətli mübarizəyə çağıran partiya lideri deyib: "Mən sizi uzunmüddətli döyüşə və mübarizəyə çağırıram. Vətəndaşlara hörmət edilməlidir".
Nümayişin təşkilatçıları olan qəzəbli tələbələr isə Makronun rəhbərliyi altında daha bir semestr keçirmək istəmədiklərini bildiriblər.
Nümayişçilər əllərində "İstefa, ya da inqilab", "Makron, istefa", "Qərb diktaturasına STOP", "Makrona qarşı müharibədəyik", " Makron demokratiyanı məhv edib" kimi şüarlar səsləndiriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə nümayişçilərin sayı 110 min nəfər təşkil edib.

R. HİLALOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video