08 Sentyabr 2024 08:35
85
SİYASƏT
A- A+

Azərbaycan dünyada "təhlükəsizlik adası" adlandırılır

 

"Bəs onda Fransa hansı təhlükəylə bağlı narahatlıqdan danışır?"

 

"Təəssüflə qeyd etmək lazımdır ki, Fransanın Azərbaycana qarşı təxribatları, qərəzli yanaşması, qarayaxma kampaniyaları hələ də davam edir. Amma Paris ölkəmizə qarşı hansı addımlar atsa da, hansı siyasət yürütsə də, Azərbaycanın qarşısında uduzur".
VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Fransa bu yanlış siyasəti ilə heç bir məqsədinə nail ola bilmir və buna görə də tez-tez qərəzli açıqlamalarının şahidi oluruq: "Niyə heç bir ölkə deyil, məhz Fransa Azərbaycana qarşı bu cür təxribat dolu addımlar atır sualına cavab tapmaq lazımdır. Bu gün Azərbaycanın İtaliya, bir çox Avropa ölkələri ilə yaxşı münasibətləri var, amma Fransa ilə əlaqələrdə gərginlik müşahidə olunur. Bunun əsas səbəbkarı Fransa, onun həyata keçirdiyi yanlış siyasətdir. Bu, yalnız qərəzdir. Əgər Fransanın bəyanatında qeyd olunduğu kimi, Azərbaycanda hər hansı təhlükə olardısa,  təkcə o deyil, digər dövlətlər də vətəndaşlarına xəbərdarlıq edərdilər. Bunu yalnız Fransa edirsə, bu, onun Azərbaycana qarşı təxribatının növbəti təzahürüdür", - deyə müsahibimiz əlavə edib.
C.Məmmədov qeyd edib ki, Azərbaycan əksər ölkələrlə yaxşı əlaqələrə malikdir, amma özünü Fransa prezidentindən daha çox Ermənistan prezidenti kimi aparan Makronun siyasəti nəticəsində hazırda bu iki ölkənin münasibətləri ən kritik, mürəkkəb dövrünə yetişib. Fransa Azərbaycana qarşı qərəzlərinə son qoymalı və normal münasibətlərin yaranması üçün real addımlar atmalıdır. Təəssüf ki, Parisin siyasətində hələlik bunu görə bilmirik. 
O vurğulayıb ki, bu gün Azərbaycanda hansısa təhlükədən söhbət gedə bilməz: "Ölkəmiz dünyada "təhlükəsizlik adası"dır. Dünya dövlətləri Azərbaycanda təhlükəsizliyin ən yüksək səviyyədə olmasından bəhs edirlər. Belə olan halda Fransa hansı təhlükəylə bağlı narahatlığını ifadə edir? Bu, çoxlu suallar doğurur. Fransa Azərbaycana qarşı siyasətini dəyişməli, təxribatlara son qoymalı, düzgün, ədalətli siyasət həyata keçirməlidir. Paris yalnız siyasətini dəyişəndən sonra münasibətlərdə irəliləyiş gözlənilə bilər".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video