15 Mart 2025 12:19
309
SİYASƏT
A- A+
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar" adlı panel iclas keçirilib - YENİLƏNİB  

Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar" adlı panel iclas keçirilib - YENİLƏNİB  


Qlobal Bakı Forumunun üçüncü günündə “Yeni dünya üçün yeni texnologiyalar" mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Alman Marşal Fondunun və Annenberq Siyasət Mərkəzinin eksperti Susan Nessin moderatorluğu ilə keçirilən paneldə Beynəlxalq Telekomunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas, Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs, Yunanıstanın sabiq Baş naziri (2009-2011) George Papandreu, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisinin İT mütəxəssisi, Baş katibin köməkçisi Bernardo Mariano, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç, Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş Baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov iştirak ediblər.

Beynəlxalq Telekomunikasiya İttifaqının Baş direktorunun müavini Tomas Lamanauskas çıxışında qeyd edib ki, yeni texnologiyaların tətbiqi prioritetdir. Lakin onların yaratdığı təhlükələri aradan qaldırmaq üçün də çox çalışmaq lazımdır. “Hazırda dünyada bütün sahələr üzrə süni intellekt texnologiyalarının yalnız 45 faizi tətbiq olunur, 25 faizi isə yoxlanılma mərhələsindədir. İşçi heyətə gəldikdə, qadınlar onun yalnız 20 faizini təşkil edir. Bu müzakirələrə hazırlaşanda biz idarəçilik sahəsində və təhlükəsizlik baxımından hansı məsələlərin vacib olduğu barədə danışdıq. Məlum oldu ki, Afrikada emal mərkəzinə cəmi 2 faiz məlumat göndərilir. Qeyd etmək lazımdır ki, BMT bu sahədə müxtəlif təşəbbüslər irəli sürüb, bura təhlükəsizlik, monitorinq və digərləri daxildir. Ötən il biz BMT sistemində 50-dək mexanizm hazırlamışıq. UNESCO-nun hazırladığı Etik davranış mexanizmini də xüsusi vurğulamaq istərdim. Bu baxımdan, süni zəka ilə bağlı BMT-nin baş katibinin çağırışını xüsusi qeyd etmək istəyirəm.

Düşünürəm ki, süni zəkanın bütün dünyada tətbiqi üçün qlobal mərkəzlər yaradılmalı, qanunvercilik təkmilləşdirilməli, insanların bacarıqları inkişaf etdirilməlidir. Dünya ölkələrinin yalnız 5 faizinin süni zəka sahəsində bacarıqlı kadrları var. Biz süni zəka sahəsində bacarıqlı kadrların sayının artırılması üçün 100-dən çox ölkəni bir araya gətirib, qlobal tədris mərkəzləri yaratmışıq”, - deyə Tomas Lamanauskas əlavə edib.

Oksford Universitetində Süni İntellekti İdarəetmə Təşəbbüsünün baş məsləhətçisi Sam Davs süni zəka texnologiyalarının diqqətdə saxlanılmasının vacibliyini qeyd edərək, dövlətlər arasında geosiyasi rəqabətin olduğunu deyib. "Hər kəs texnologiyada olan yenilikləri öz ölkəsində tətbiq etmək istəyir. Bununla bağlı müxtəlif ölkələr təlimlər keçirir", - deyə Sam Davs diqqətə çatdırıb.

Çində texnologiyalarla bağlı tənzimləyici qaydaların qüvvəyə mindiyini vurğulayan baş məsləhətçi süni zəkanın parçalanmaya gətirib çıxarma ehtimalını da istisna etməyib.

Yunanıstanın sabiq Baş naziri George Papandreu bildirib ki, texnologiya təhsil, iqlim dəyişikliyi kimi problemlər üçün yox, kütləvi qırğın silahlarının hazırlanması üçün daha çox istifadə olunur. Sabiq Baş nazir bunun nəzarətdən kənarda qaldığını, süni zəkanın ABŞ və Çin kimi iri dövlətlərin əlində olduğunu bildirib.

"Təhsildə, iqlim dəyişikliyində bu texnologiyalar çox vacibdir. Süni zəkanın demokratiya üçün neçə istifadə edilməsini düşünməliyik, çünki texnologiyalar bəşəriyyətə xidmət etməlidir", - deyə o vurğulayıb.

BMT-nin nümayəndəsi Bernardo Mariano qeyd edib ki, süni zəka üzərində təxminən 60 il araşdırma aparılıb və ChatGPT yaranıb. “Onun inkişafı bizi hazırda çox təəccübləndirir. Hökumətlər süni zəka ilə bağlı problemləri həll etməlidirlər. Süni zəkanın pozitiv tərəfləri kimi, neqativ və qaranlıq tərəfləri də var. Süni zəka hazırda fərdlər tərəfindən idarə olunur. Bu, əvvəllər heç vaxt görünməyib. Burada dövlətlərdən çox fərdlər irəli çıxır. BMT hökumətlərə mövcud problemlərlə yanaşı, yeni ortaya çıxmış texnologiyaların yaratdığı problemləri aradan qaldırmaq üçün dəstək göstərməlidir”, - deyə o əlavə edib.

Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev vurğulayıb ki, XII Qlobal Bakı Forumunda texnologiyaların etik şəkildə istifadəsi müzakirə olunan ən vacib məsələrdəndir. Yeni texnologiyalar, həmçinin süni zəka elmə və insanlara xidmət etməli, bəşəriyyətə yalnız fayda verməlidir.

Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç çıxışında qeyd edib ki, süni texnologiyalar lazım olan sahələrə dəyər qatmalıdır. Bu sahədə dünya liderlərin rolu hələ də məlum deyil.

İnnovasiyaların inkişafı üçün əlverişli məkanın vacibliyini vurğulayan Miliça Pejanoviç süni zəkanın mənfi məcrada dəyişilməsinə diqqət yetirməyin önəmindən söz açıb.

Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov bu gün texnologiyaların gündəlik həyatımızı formalaşdırdığını, həmçinin siyasi sahəyə də təsir göstərdiyini deyib: "Bu, həm də insan həyatının məxfiliyinə təsir göstərir. Burada hərtərəfli yanaşma olmalıdır". O, böyük texnoloji şirkətlərin etik davranışı qazancdan daha üstün tutduğunu qeyd edib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov isə bildirib ki, Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. “Bizim üçün vətəndaşların rəqəmsal biliklərinin artırılması çox vacibdir. İnsanların süni zəkadan faydalanması üçün Azərbaycanda çox unikal sistem yaratmışıq. Hazırda biz 4SİM olaraq, İqtisadiyyat Nazirliyi və Vergi Xidmətinin “Çağrı mərkəzi”ndə zənglərin araşdırılması üçün məhz süni zəkanın tətbiqi üzərində işləyirik. Bir sıra sahələrdə Azərbaycanda artıq süni zəka tətbiq olunur. Vətəndaşların üzünün tanınması proqramını istifadəyə vermişik. Hazırda milyona yaxın vətəndaş bu proqramdan istifadə edir”, - deyə Fariz Cəfərov diqqətə çatdırıb.

Panel iclası müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!