19 Yanvar 2025 09:00
163
CƏMİYYƏT
A- A+
Ölümə meydan oxuyanlar...

Ölümə meydan oxuyanlar...


35 il öncə Azərbaycan xalqına qarşı amansız cinayət törədildi, 1990-cı il yanvarın 

19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən dinc əhaliyə amansızlıqla divan tutuldu.  Bakıda və respublikanın bir neçə rayonunda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu...

20 Yanvar faciəsi müstəqillik uğrunda apardığımız mübarizənin rəmzi kimi tariximizə yazıldı. Lakin o gecə xain plan quranlar vətən uğrunda canımızdan keçməyə hazır olduğumuzu nəzərdən qaçırmışdılar... Unutmuşdular ki, bu xalq milli mücadilədən əsla vaz keçməz...


Şəhidlər xiyabanı sanki qərənfil dənizində üzür


20 Yanvar şəhidlərinin son mənzili olan Şəhidlər xiyabanı xalqımızın qürur, fəxr yeridir. Soyuq yanvar havasında xiyabanda matəmin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işləri vaxtında başa çatdırılıb. Hər il olduğu kimi, burada taleyi bir gecədə dəyişən qərənfillərdən xüsusi kompozisiyalar hazırlanıb. Xiyaban sanki qərənfil dənizində üzür. Hara baxırsan, al qərənfillərin nizamla düzüldüyü mənzərə görünür.

Ümumxalq Hüzn Gününə  sayılı günlərin qaldığı bir vaxtda Bakının ən uca yeri - Şəhidlər xiyabanında izdiham müşahidə olunur, ziyarətçilərin ardı-arası kəsilmir. Bu, xalqımızın müstəqilliyi və azadlığı yolunda qurban gedənlər qarşısında vətəndaşlıq borcunun, onların müqəddəs və əbədi xatirəsinə göstərilən hörmət və ehtiramın ifadəsidir. Qəhrəmanların xatirəsini yad edərkən Ümummilli Liderimiz Heydər Əliyevin bu fikirləri yada düşür: "20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".


"Əgər bu gün müstəqil ölkədə yaşayırıqsa, bu, qəhrəmanlarımız sayəsindədir"


Şəhidlər xiyabanını ziyarətə gələnlər arasında böyükdən-kiçiyə, yaşlıdan-körpəyə -  hər kəsi görmək olar. Ziyarətçilərin əksəriyyətinin məktəblilər olması isə təqdirəlayiqdir. 115 saylı məktəbin tarix müəllimi Sevinc Rəhimova şagirdlərini mütəmadi olaraq hər il Şəhidlər xiyabanını ziyarət etməkçün gətirdiyini deyir: "Bu gün 7-ci sinif şagirdləri ilə gəlmişəm. Yeniyetmə dövründə bunun xüsusilə vacib olduğunu düşünürəm. Düzdür, vətənpərvərlik qanımızda var. Amma biz də yeniyetmələrin yöngöstərəni olaraq onlara Vətənin hər qarışının qiymətini bilməyi öyrətməliyik. Biz matəm gününü yalnız bu müqəddəs məkana gəlməklə yad etmirik. Xalqımızın tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsini məktəbdə, dərslərimizdə yad edir, tədbirlər keçiririk".

Vətən sevgisi uşaqlara həm də kiçik yaşlarından aşılanmalı, təlqin edilməlidir. 62 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Rəna Xanlarova deyir ki, məhz buna görə xiyabana məktəbəqədər hazırlıq qrupu ilə gəlib: "Əsas məqsədimiz cəmiyyətimizin gələcəyi olan uşaqları Azərbaycana layiq vətəndaş kimi yetişdirməkdir. Sevindirici hal odur ki, uşaqlarımız özləri də tariximizi öyrənmək, qəhrəmanlarımızı tanımaq istəyirlər. Xalqımıza yaşadılan bu və digər faciələri, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızı unutmamalıyıq, unutdurmamalıyıq".

Şəhidlər xiyabanını ziyarət edərkən pilləkənləri əsasından güc alaraq qalxan yaşlı vətəndaş diqqətimizi çəkir. Valeh dayı deyir ki, yanvarın 19-undan 20-sinə keçən o məşum gecəni dünən yaşanmış kimi xatırlayır: "Şəhərin mərkəzində qalırdım. Qışqırıq, silah səslərini eşidib özümü çölə atmışdım. Hər yer qan gölünə çevrilmişdi. O gün şəhid olanların heç birinin günahı yox idi. Həmin vaxt and içdim. Nə qədər canım sağdır, nəfəsim gəlir, hər il xiyabanı ziyarətə gələcəyəm. Əgər bu gün müstəqil ölkədə yaşayırıqsa, bu qəhrəmanlarımız sayəsindədir".


Vətən sevgimizi heç kim bizdən ala bilməz


Bu gün Bakı matəm libasında olsa da, qürurluyuq. Çünki biz 1990-cı ilin 20 yanvar gecəsi təpədən-dırnağadək silahlanmış sovet ordusunun Azərbaycan xalqının azadlıq istəyini boğmaq məqsədilə tanklarla üzərinə yürüdüyü yalın əlli insanlar deyilik. Otuz ildən çox düşmən tapdağında qalan torpaqlarımızın hər qarışı azadlığına qovuşub, ərazi bütövlüyü təmin edilib. Rahat, dərindən nəfəs ala bilərik, biz ölümə qalib gəlmiş xalqıq. 

Şəhidlər xiyabanından çıxarkən əllərində bayraqlar, qərənfillər himn oxuya-oxuya gələn məktəbli dəstəsi ilə qarşılaşırıq. Onların səslərindəki əzm, gözlərindəki inam göstərir ki, Vətən sevgimizi heç kim bizdən söküb ala bilməz.


Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” bu mövsüm Premyer Liqada 50 qol vuran ilk komanda olub

13:51
19 Yanvar

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

12:59
19 Yanvar

DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

12:50
19 Yanvar

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

12:49
19 Yanvar

Əlcəzairin televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilir

12:47
19 Yanvar

Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

11:49
19 Yanvar

Rəşadət və qürur tariximiz

11:01
19 Yanvar

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

10:37
19 Yanvar

Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb

10:05
19 Yanvar

Mənim sualım var

10:00
19 Yanvar

Kədərin səsi - səssizlik

09:55
19 Yanvar

Azərbaycan öz haqqını qorumağa qadir, müstəqil dövlətdir

09:50
19 Yanvar

"20 Yanvar - Azadlığımıza gedən yol"

09:45
19 Yanvar

Tovuzda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilmişdir

09:40
19 Yanvar

GDU-da 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib

09:35
19 Yanvar

Qərənfillərin ağladığı gün

09:30
19 Yanvar

Azərbaycan İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

09:25
19 Yanvar

Şərin qurbanı olan, Əfqanıstanın od-alovundan sağ çıxan, övladının yanına tələsən, iki dəfə dəfn edilən… Quba şəhidləri

09:20
19 Yanvar

Tarix boyu yaşayacaq əsərlər

09:15
19 Yanvar

"Mən türkəm, qorxub təslim olan deyiləm"

09:10
19 Yanvar

"20 Yanvar" abidəsi azadlıq uğrunda mübarizənin simvoludur

09:05
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!