11 Yanvar 2025 08:55
510
İQTİSADİYYAT
A- A+
Naxçıvan "yaşıl enerji" qapılarını gələcəyə açır

Naxçıvan "yaşıl enerji" qapılarını gələcəyə açır


Müasir dünyada enerji ehtiyatları mühüm siyasi-iqtisadi güc amilinə çevrilib. Bu baxımdan Azərbaycanın "yaşıl enerji"sini Avropanın enerji təhlükəsizliyinin vacib elementi saymaq olar. 

Hazırda enerji istehsalında ətraf mühitin  çirklənməməsi, dünyanın zərər görməməsi vacibdir. Ölkəmiz bu istiqamətdə gərəkli addımlar atır. Ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi də məhz bu məqsədə xidmət edirdi. 

Məlumdur ki,  2030-cu ilə kimə Azərbaycanda "yaşıl enerji"nin payının 30 faizə çatdırılması planlaşdırılıb. Bu, ölkəmizin dünyanın "yaşıl enerji"sinə verdiyi töhfənin göstəricisi olacaq. Ölkəmizdə bu məqsədlə çoxlu bərpaolunan və alternativ enerji stansiyası tikiləcək ki, onun da əhəmiyyətli hissəsi Naxçıvan Muxtar Respublikasının  payına düşəcək. Elə indinin özündə Azərbaycanda ümumi enerji istehsalında "yaşıl enerji"nin payı 14 faiz olduğu halda, bu rəqəm Naxçıvanda  50 faizdir.  

Naxçıvan MR Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyevin dediyinə görə, hazırda regiondakı stansiyaların generasiya gücü 244,8 MVt-dır: "Amma yaxın illərdə 1500 MVt güc əlavə olunacaq. Bu, o deməkdir ki, Naxçıvanda enerji istehsalı 5 dəfə artacaq. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda 11 prioritet istiqamətdən  biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd  "yaşıl enerji" istehsalıdır. Proqramın qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun  da 19,89 faizi su, 12,75 faizi günəş elektrik stansiyalarının payına düşür".

Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti regionda ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bölgədə Günəş enerjisindən istifadə imkanları daha çoxdur. Çünki Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə regionda Günəş enerjisindən istifadə imkanı mövcuddur. Məhz bu fakt imkan verib ki, muxtar respublikada "yaşıl enerji" istehsalı üçün bir sıra addımlar atılsın. Xüsusən günəş və külək-elektrik stansiyalarının istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb. Hələ 2015-ci ildə "Xalxal" Günəş-Elektrik Stansiyası (GES) istifadəyə veriləndə məhz bu amilin - günəşin heç vaxt batmayacağı, istiliyinin bitib-tükənməyəcəyi əsas götürülmüşdü. Babək rayonunun Xalxal kəndindəki 35 hektarlıq ərazidə tikilən GES 10 ildir Naxçıvan sakinlərinə işıq verir. Bu stansiya 230 meqavat gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasından sonra generasiya gücünə görə Cənubi Qafqazda və ölkədə ikinci ən böyük GES-dir. Hazırda Naxçıvanda daha 2 - "Şərur" və "Kəngərli" GES-lər fəaliyyət göstərir. "Xalxal" hibrid stansiyası ilə birlikdə   Babək, Kəngərli, Şərur və Culfa rayonlarında fəaliyyət göstərən GES-lər 71,2 hektar ərazini əhatə edir.

2021-ci ildə Culfa rayonunda daha bir "yaşıl obyekt" -  Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib. Burada hər birinin gücü 280 vatt olan 3520 müasir aliminium çərçivəli günəş paneli, 50 kilovatt gücü olan 20 invertor, 10 kilovatt gücü olan 11 invertor-controller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. Daxilində 10/0,4 kilovoltluq transformator, 10 kilovoltluq qapalı paylayıcı və 0,4 kilovoltluq paylayıcı və idarəetmə otaqları inşa edilib. Alçaq və yüksəkgərginlikli, eləcə də rabitə, müşahidə və idarəetmə sistemləri üçün kabel xətləri çəkilib. Stansiyada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur. Hibrid elektrik stansiyası Culfa rayonunda enerji tələbatının 10 faizdən çoxunu ödəyir. Qeyd edək ki, stansiyada  açılan  yeni iş yerləri peşəkar mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcək. Gələcəkdə başqa stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır.

Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq "yaşıl enerji"nin Naxçıvan üzərindən Türkiyə və Avropaya ötürülməsi də ölkəmizin enerji prioritetləri sırasındadır. Bu isə Naxçıvanın "yaşıl dəhliz"ə çevrilməsində mühüm rol oynayacaq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən geniş istifadə təkcə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil, həm də az karbonlu enerji sistemi və dayanıqlı gələcək qurmaq, həmçinin xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır. Qarşıya qoyulan vəzifələrin və prioritet istiqamətlərin uğurla reallaşdırılması Naxçıvanın "yaşıl gələcəy"inə də yol açacaq.

  

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya Prezidentinin səfəri münasibətlərin inkişafına töhfə verəcək

08:25
14 Mart

BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir

08:20
14 Mart

MDB PA-nın daimi komissiyasının onlayn iclasında

08:15
14 Mart

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

08:10
14 Mart

Milli Məclisdə görüş

08:05
14 Mart

Bakı növbəti dəfə beynəlxalq tədbirə evsahibliyi edir

08:00
14 Mart

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

02:25
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

02:24
14 Mart

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında

02:23
14 Mart

"Yazın Şanslı Sığortası" tirajlı

02:22
14 Mart

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib  

23:49
13 Mart

Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib  

23:29
13 Mart

Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb

23:19
13 Mart

Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı  

22:47
13 Mart

Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi  

22:35
13 Mart

Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

22:26
13 Mart

Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB  

21:32
13 Mart

Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub

21:09
13 Mart

BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir  

20:35
13 Mart

İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır  

20:34
13 Mart

BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir  

20:33
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!