"Son dövrlər ölkəmizin dünyada artan nüfuzu Balkan dövlətləri ilə ikitərəfli əməkdaşlığın inkişafına da müsbət təsir göstərib. Bu müsbət tendensiya Azərbaycan-Şimali Makedoniya əlaqələrində də müşahidə olunur ".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. O bildirib ki, Şimali Makedoniya 25 iyun 1995-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, 28 iyun 1995-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Məhz həmin tarixdən dostluq və əməkdaşlıq əlaqələri ardıcıl şəkildə inkişaf edib və 2023-cü ildən yeni mərhələyə yüksəlib.
Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini vurğulayan deputat əlavə edib ki, hazırda Azərbaycan-Şimali Makedoniya münasibətləri dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanaraq qarşılıqlı maraq doğuran müxtəlif sahələri əhatə edir: "Heç şübhəsiz, ali və yüksəksəviyyəli səfərlər əlaqələrin inkişafında vacib amillərdən biridir. Bu baxımdan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin davamlı inkişafına mühüm töhfə verəcək. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasındakı münasibətlərin strateji inkişafı imkanlarını təqdim etməklə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər və səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan və Şimali Makedoniya əməkdaşlığı yalnız ikitərəfli formatla məhdudlaşmır, həm regional, həm də qlobal məsələlərdə ortaq maraqlara əsaslanır".
Z.Şükürov qeyd edib ki, dövlət başçısının bildirdiyi kimi, indiyədək ticari-iqtisadi sahədə böyük nəticələr əldə olunmasa da, Şimali Makedoniya Prezidentinin rəsmi səfəri və nümayəndə heyətlərinin səmərəli görüşləri bu istiqamətdə də inkişafa mühüm töhfə verəcək. Prezident İlham Əliyev Azərbaycan və Şimali Makedoniya arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də iqtisadi, enerji və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Xüsusilə danışıqlarda enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi rolu və bu kontekstdə Şimali Makedoniya ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi əsas müzakirə mövzularından biri olub.
Deputat bildirib ki, Avropada Azərbaycan qazına ehtiyac var və Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun bariz nümunəsidir. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan hazırda Avropaya enerji resurslarının tədarükündə mühüm aktor kimi çıxış edərək bu qitənin 10 ölkəsinə təbii qaz ixrac edir. "Dövlət başçımız siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyini qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini də vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda fəal iştirakı, eləcə də regional və qlobal sabitliyə töhfə vermək məqsədilə göstərdiyi səylər Şimali Makedoniya ilə münasibətlərdə də öz əksini tapır. Xatırladaq ki, Prezident İlham Əliyevin keçən il noyabrın 14-də Bakıda keçirilən COP29 konfransı çərçivəsində də Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşü olmuşdur. Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələrin gücləndirilməsi də mühüm məsələlərdən biri kimi diqqətdə saxlanılır. İki ölkə xalqları arasında tarixi və mədəni bağlar daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu xüsusda dünya miqyasında layiqli yer tutan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumunda Şimali Makedoniya Prezidentinin iştirakı humanitar əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq", - deyə siyasətçi əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında
Azercell abunəçilərinin nəzərinə
Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ
ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib
Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir
Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib
Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib
DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB
Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq
İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!