09 Sentyabr 2026 10:55
64
Mədəniyyət
A- A+
Mahir vokal ifaçısı

Mahir vokal ifaçısı


Müasir Azərbaycan incəsənəti sahəsində yaradıcılıq uğurları ilə seçilən sənətkarlardan biri də Prezident mükafatçısı, respublikanın Əməkdar artisti Fəridə Məmmədovadır. 

Fəridə Kamal qızı Məmmədova 29 sentyabr 1976-cı ildə Bakıda anadan olub.  Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib, Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I, Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülən F.Məmmədova Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısı olub. 

Müğənni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə R.Mustafayevin "Vaqif" operasında Xuraman, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, J.Bizenin "Karmen" operasında Mikaela, V.Mosartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordilici və Qrafinya, C.Verdinin "İl Trovatore" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, R.Leonkavallonın "I Pagliacci" operasında Nedda, C.Puççini " Il Tabarro" ("Plaş") və "Gianni Schicchi" operalarında Giorgetta və La Ciesca, P.I.Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza və s. obrazları yaradıb.

Fəridə xanım həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Tez-tez klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblları ilə çıxış edir. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarının əsərlərinəcən opera və kamera musiqisini əhatə edir. F.Məmmədova Almaniya, Fransa, İsveçrə, Avstriya, Hollandiya, Belçika, Çexiya, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Monqolustan və s. ölkələrdə konsert proqramları ilə çıxış etmiş, nüfuzlu beynəlxalq musiqi festivallarının (Beethovenfest - Bonn, young-euro-classic- Berlin, Culturescapes - İsvecrə, Türksoy Opera günləri, Aspendos festivalı - Türkiyə, Vilnius Mama jazz - Litva, Roaring hooves - Monqolustan, Musiqi alətlər teatrı, Prokofyev FEST - Moskva, Barsova və Maksakova adına Opera festivalı - Həştərxan və s.) iştirakçısı olmuşdur. Onun Qəbələ, Qara Qarayev müasir musiqi, M.Rostropoviç, Üzeyir bəy Hacıbəyli adına, "Zamanla üz-üzə", "İpək yolu" və s. festivallardakı çıxışları alqışlarla qarşılanmışdır. 

Müğənni yaradıcılığında kamera musiqisinə də kifayət qədər yer ayırır. Fəridə xanım tanınmış caz ustası Salman Qəmbərovla birlikdə musiqi tarixində ilk və hələlik yeganə təcrübə olan caz musiqisiylə klassik musiqinin sintezindən ibarət "Lieder Leaders" layihəsini ərsəyə gətirib. Almaniyada, İsveçrədə, Litvada və Bakıda böyük maraqla qarşılanan bu layihə Şubert, Maler, Bramsın bəstələrinin klassik vokal ifalarının cazla həmahəngliyini özündə ehtiva edən 11 kompozisiyadan ibarət minitamaşadır. 

Fəridə xanımın iştirakçısı olduğu layihələrdən biri də Qara Qarayev festivalı çərçivəsində "Sevgi hekayətləri" layihəsidir. Layihədə pianoçu Gülşən Ənnağıyeva  sadəcə müşayiətçi deyil, həm də iştirakçıdır. İdeya müəllifi Rauf Fərhadov, rejissoru Rauf Məmmədov olan bu layihə səhnəciklərdən ibarətdir. F.Məmmədova bu layihə ilə ötən il Moskvada Meyerxold adına Mərkəzdə və Pkokofyev festivalında çıxış edib və hər çıxış böyük alqışlarla qarşılanıb. Onun sənət uğurları sırasında Raxmaninov və Bramsın bəstələrindən ibarət professor Fərhad Bədəlbəyli ilə baş tutan konsertləri, görkəmli dirijor Kamal Abdullayevin 90 illik yubiley gecəsində çıxışı, Şimali Osetiyanın musiqiçiləri ilə rusiyalı dirijor Valeriy Xlebnikovun idarə etdiyi konsertdə Bakıda ilk dəfə olaraq Atsamaz Makoyevin "Beslan" simfoniyasında solo soprano partiyasını ifa etməsi, Maksakova adına Həştərxan Opera Festivalına ikinci dəfə dəvət olunması da var. 

5 yaşından incəsənətə bağlanan Fəridə xanım musiqiçi ailəsində dünyaya göz açıb. Atası Kamal Məmmədov Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrının (indiki Musiqili Teatrı - red.) dirijoru olub. Bəlkə də Fəridə xanımın teatrı musiqi qədər sevməsi buradan qaynaqlanır. Özünün mətbuata açıqlamasında dəfələrlə qeyd etdiyi kimi, o, anasının tövsiyəsi ilə atasının məşğul olduğu sahəyə gəlib. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas məktəbinin fortepiano sinfində alıb. Beşinci sinifdə olanda vokal imkanları özünü daha qabarıq büruzə verməyə başlayıb. Elə o zamandan da gənc Fəridə vokalçı, opera artisti olmaq qərarına gəlib. 10 yaşından müstəqil olaraq italyan və fransız dillərini öyrənməyə başlayıb. Tanınmış musiqiçi Rauf Atakişiyevin məsləhəti ilə taleyini həmişəlik vokal sənətinə bağlayıb. Beləliklə, istisna qaydada konservatoriyaya (Bakı Musiqi Akademiyası - red.) qəbul olunub, Təhsil Nazirliyinin xüsusi qərarı ilə həm fortepiano, həm də vokal şöbəsində ödənişsiz təhsil alıb. Hər iki fakültəni qırmızı diplomla bitirib. 

Konservatoriyanı bitirəndən sonra Fəridə xanım Tbilisidə Nodar Andquladzedən əlavə vokal dərsləri alıb. Bundan sonra Almaniyada olub, burada bilik və bacarığını daha da artırıb.

Müğənni ifalarında opera janrının çərçivələrindən kənara çıxmağa, çıxışını minitamaşaya çevirməyə üstünlük verir. Bəstəkarın yazdığını və özünün duyduqlarını ifadə etməyə çalışır. Mütəxəssislərin fikrincə, bu, çətindir, ümumiyyətlə, kamera janrında işləmək çox mürəkkəb prosesdir. Səhnəyə çıxıb sadəcə ifa etmək köhnəlmiş qaydadır. Əlbəttə, bu zaman əlavə ifadə vasitəsinə ehtiyac qalmadığı hallar da mövcuddur. Bu gün daha dinamik dövrdə yaşadığımız üçün ifaçıdan istedad tələb olunur ki, universal olmağı bacarsın, əsərə yaradıcı yanaşması ilə fərqlənsin. 

Mahir vokal ifaçısı Fəridə xanımın fikrincə, opera ifaçılığında səsin qədrini bilmək çox önəmlidir. Əgər 35 yaşına kimi repertuar düzgün tərtib olunmasa, ən gözəl səs, ən müstəsna istedad belə, insandan üz döndərə bilər. Bir də "ulduz xəstəliyi"nə tutulmamaq çox vacibdir. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

Orta dəhlizin inkişaf perspektivləri Bakıda müzakirə olundu

08:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!