09 Sentyabr 2026 09:40
211
İQTİSADİYYAT
A- A+
Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi


Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP şirkəti özü və  əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə  proqramlarına ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib. Sosial sərmayələr təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkəmizin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib.  

Budəfəki sosial layihə şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mərhələsidir. Belə ki, BP  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpaolunan enerji laboratoriyası hədiyyə edib. Bu laboratoriyanın yaradılması BP-nin bərpaolunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəldilmiş iki milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.                             

Təşəbbüs 2021-ci ildə Elm və Təhsil Nazirliyi və BP arasında yerli universitetlərin birində bərpaolunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca BP ilə ADNSU arasında sözügedən istiqamətdə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb. Nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik (Warwick) Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpaolunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.

Yeni laboratoriya bərpaolunan enerji sahəsində üç əsas istiqamət olan günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemləri ilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadəsi ilə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı verir.

Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək göstərəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi həmçinin bərpaolunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan yaradır.

Layihə çərçivəsində BP laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Buraya İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbi yardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir. 

Laboratoriyanın açılış mərasimində çıxış edən BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: "Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir. Bərpaolunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpaolunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksəksəviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək". 

BP-nin magistr proqramına dəstəyi bərpaolunan enerji laboratoriyasının yaradılması və müvafiq infrastruktur və avadanlığın təmin edilməsindən əlavə digər fəaliyyətləri də əhatə edib. Bunlar yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və professor-müəllim heyətinin inkişafına yönəlmiş tədbirlərdir. Buraya ADNSU-nun akademik heyətinin 45 üzvü üçün ingilis dili təlimləri və Uorik Universiteti ilə bilik və təcrübə mübadiləsi imkanlarının yaradılması daxildir.

Proqram  ümumilikdə 70 nəfər tələbədən ibarət birinci və ikinci tədris qruplarına dəstəyi, o cümlədən qonaq professorların iştirakını və ADNSU tələbələrinin  Böyük Britaniyada yay məktəbi proqramına qatılmasını nəzərdə tutur.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!